Məhkəmə qərarları › İş №2(012)-2860/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2860/2024

04.11.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2860/2024 04.11.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Əliyev Elmir Habil oğlunun katibliyi ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili-nümayəndəsi Vəkil, Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X1, Cavabdeh2 (Alieva Ainurun) nümayəndəsi X2 (Aliev Khikmetin) iştirakı ilə, İddiaçı "xxxx" MMC, Cavabdeh2 (Alieva Ainura) və müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatına qarşı «müqavilənin etibarsız hesab edilməsi, mənzilin boşaldılması və kreditin qalıq məbləği ödənilməklə mənzilin ona təhvil verilməsi» tələbinə dair ilkin iddiası, "xxxx" MMC-nin İddiaçı qarşı «pul» tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər "xxxx" MMC ilə Cavabdeh2 (Alieva Ainur) arasında bağlanmış Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində inşa edilən «AAAF-Park» yaşayış massivində B kompleksində inşa edilən bina 2, mərtəbə 3, ümumi sahəsi 90,1 kv.m. olan 2 otaqlı 16 saylı mənzilə dair 25 dekabr 2019-cu il tarixli, M-5077 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmçinin Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində inşa edilən «AAAF-PARK» yaşayış massivində B kompleksində inşa edilən bina 2, mərtəbə 3, ümumi sahəsi 90.1 kv.m. olan 2 otaqlı 16 saylı mənzilin boşaldılması, onun tərəfindən mənzilə görə kreditin qalıq məbləği ödənilməklə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində inşa edilən «AAAF-Park» yaşayış massivində B kompleksində inşa edilən 2 saylı 6 mərtəbəli yaşayış binasında ümumi sahəsi 90.1 kv.m. olan 2 otaqlı 16 saylı mənzilin ona təhvil verilməsi vəzifəsinin cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X5 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC ilə Cavabdeh2 (Alieva Ainur) arasında bağlanmış Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində inşa edilən “AAAF-PARK” yaşayış massivində B kompleksində inşa edilən bina 2, mərtəbə 3, ümumi sahəsi 90.1 kv.m.olan 2 otaqlı 16 saylı mənzilə dair 25 dekabr 2019-cu il tarixli, M-5077 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmçinin Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində inşa edilən “AAAF-PARK” yaşayış massivində B kompleksində inşa edilən bina 2, mərtəbə 3, ümumi sahəsi 90.1 kv.m.olan 2 otaqlı 16 saylı mənzilin boşaldılması, İddiaçı tərəfindən mənzilə görə kreditin qalıq məbləği ödənilməklə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində inşa edilən “AAAF-PARK” yaşayış massivində B kompleksində inşa edilən bina 2, mərtəbə 3, ümumi sahəsi 90.1 kv.m.olan 2 otaqlı 16 saylı mənzil İddiaçı təhvil verilməsi vəzifəsinin cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulmasına dair iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia tələbi üzrə ödənilmiş 100,80 manat dövlət rüsumu məbləğinin İddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili-nümayəndəsi Vəkil məhkəmə iclasında izahatında bildirdi ki, İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 24 dekabr 2013-cü il tarixli alqı-satqı müqaviləsi əsasında Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində inşa edilən «AAAF-Park» yaşayış massivində B kompleksində inşa edilən 2 saylı, 6 mərtəbəli yaşayış binasında ümumi sahəsi 90.1 kv.m. olan 2 otaqlı, 16 saylı mənzil cavabdeh tərəfindən hər bir kv.m.-nin qiyməti 700 manatdan hesablanmaqla ümumi dəyəri 63070 manata iddiaçıya satılmışdır. Bağlanmış müqavilə əsasında mənzilin dəyərinin bir hissəsi iddiaçı tərəfindən ödənilmiş və ödənilməmiş məbləği isə kredit olaraq hər ay "xxxx" ASC-yə ödənilmişdir. İddiaçı mənzilə görə kredit borcunu bir müddət ödəsə də daha sonra bu borcu ödəyə bilməmişdir. Bu səbəbdən də İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında «kredit borcunun ötürülməsi və qəbul edilməsi» barədə 18 dekabr 2019-cu il tarixdə müqavilə bağlanaraq iddiaçı ilə "xxxx" ASC arasında bağlanmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101s nömrəli Sərəncamının icrası ilə bağlı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı ilə "xxxx" ASC arasında imzalanmış "xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüququnun "xxxx" QSC-yə güzəşt edilməsinə dair» 21 aprel 2017-ci il tarixli müqaviləyə əsasən tələb hüququ "xxxx" QSC-yə xx.xx.2017-ci il tarixdə S-DİPK 247 nömrəli akt üzrə ötürülmüş, xx.xx.2019-cu il tarixə "xxxx" QSC-yə olan 25 dekabr 2013-cü il tarixli, 7827 nömrəli kredit müqaviləsinə əsasən əsas borc kimi 29301 manat məbləğində borcunu "xxxx" MMC-yə ötürmüşdür. Bu müqaviləyə əsasən "xxxx" MMC banka olan 29301 manat borcunu 10 gün müddətində ödəməli, İddiaçı isə mənzildən imtina etməli idi. İddiaçı mənzildən imtina ərizəsi versə də "xxxx" MMC iddiaçının adından banka olan 29301 manat borcu ödəməmişdir. Borcun ödənilməməsini isə iddiaçı bir müddət bundan öncə bilmişdir. Belə ki, iddiaçı kredit kartının alınması üçün banka müraciət etmiş və bu zaman ona bildirilmişdir ki, iddiaçının adına ödənilməmiş problemli kredit borcu vardır. Bundan sonra iddiaçı Azərbaycan Kredit Bürosundan çıxarış etmiş və ona məlum olmuşdur ki, 18 dekabr 2019-cu il tarixli müqavilə əsasında "xxxx" MMC-yə ötürmüş olduğu 29301 manat kredit borcu ödənilməmişdir. "xxxx" MMC müqavilə öhdəliklərini icra etməmiş, həmçinin 29301 manat kredit borcu iddiaçının adında problemli kredit olaraq qaldığından hazırda hər hansı bir bank və ya kredit təşkilatı iddiaçıya kredit ayırmır. Bu səbəbdən də "xxxx" MMC tərəfindən müqavilə üzrə öhdəlikləri icra edilmədiyindən İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 18 dekabr 2019-cu il tarixli kredit borcunun ötürülməsi və qəbul edilməsi barədə müqavilənin ləğv edilməsi və iddiaçı tərəfindən qalıq məbləğ ödənilməklə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində inşa edilən «AAAF- Park» yaşayış massivində B kompleksində inşa edilən 2 saylı, 6 mərtəbəli yaşayış binasında ümumi sahəsi 90.1 kv.m. olan 2 otaqlı, 16 saylı mənzilin boşaldılaraq iddiaçıya qaytarılması tələbi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmiş, Abşeron Rayon Məhkəməsində iddia tələbinə baxılarkən məlum olmuşdur ki, "xxxx" MMC «borcun ötürülməsi» müqaviləsi üzrə öhdəliyini icra etməsə də, yəni iddiaçının adına olan 29301 manat borcu "xxxx" QSC-yə ödəməsə də 24 dekabr 2013-cü il tarixli alqı-satqı müqaviləsi əsasında iddiaçıya satılmış Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində inşa edilən «AAAF-Park» yaşayış massivində B kompleksində inşa edilən 2 saylı, 6 mərtəbəli yaşayış binasında ümumi sahəsi 90,1 kv.m. olan 2 otaqlı, 16 saylı mənzili başqa şəxsə - Cavabdeh2 25 dekabr 2019-cu il tarixli, M-5077 nömrəli alqı-satqı müqaviləsi ilə satmışdır. "xxxx" MMC 18 dekabr 2019-cu il tarixli «kredit borcunun ötürülməsi və qəbul edilməsi» barədə müqavilə üzrə iddiaçının adına olan borcun onun tərəfindən 10 gün ərzində ödənilməli olması öhdəliyini icra etmədən müqavilənin bağlanmasından 7 gün keçmiş artıq iddiaçının adına olan mənzili başqa şəxsə satmışdır. Mənzili başqa şəxsə satmalarına baxmayaraq nə İddiaçı adına olan 29301 manat kredit borcu "xxxx" QSC-yə ödənilməmiş, nə də iddiaçının qeyd edilən mənzilə görə ilkin ödəniş kimi ödədiyi məbləğ və kredit üzrə ödədiyi aylıq ödənişləri iddiaçıya qaytarılmamışdır. Mənzilin başqa şəxsə satılması isə iddiaçıya Abşeron Rayon Məhkəməsində işə baxılarkən məlum olmuşdur. Bundan sonra iddia tələbini dəqiqləşdirərək məhkəmədən cavabdeh "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 18 dekabr 2019-cu il tarixli «kredit borcunun ötürülməsi və qəbul edilməsi barədə» müqavilənin ləğv edilməsi, həmçinin cavabdeh "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində inşa edilən «AAAF- Park» yaşayış massivində B kompleksində inşa edilən bina 2, mərtəbə 3, ümumi sahəsi 90,1 kv.m. olan 2 otaqlı, 16 saylı mənzilə dair 25 dekabr 2019-cu il tarixli, M-5077 nömrəli alqı-satqı müqaviləsinin ləğv edilməsi, İddiaçı tərəfindən mənzilə görə kreditin qalıq məbləği ödənilməklə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində inşa edilən «AAAF-Park» yaşayış massivində B kompleksində inşa edilən 2 saylı, 6 mərtəbəli yaşayış binasında ümumi sahəsi 90.1 kv.m. olan 2 otaqlı, 16 saylı mənzilin boşaldılaraq İddiaçı təhvil verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı iddia tələbi qismən təmin edilərək cavabdeh "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 18 dekabr 2019-cu il tarixli «kredit borcunun ötürülməsi və qəbul edilməsi barədə» müqavilənin ləğv edilməsi, iddia tələbinin digər hissələrinin isə təmin edilməməsi qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən apellyasiya şikayəti verilmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmədən Abşeron Rayon Məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmış, daha sonra Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarında kassasiya şikayəti verilməmişdir. Hazırda Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə "xxxx" MMC ilə onun arasında bağlanmış 18 dekabr 2019-cu il tarixli «kredit borcunun ötürülməsi və qəbul edilməsi» barədə müqavilə ləğv edildiyindən bu müqavilə üzrə nəticələr də etibarsız hesab edilir. Belə ki, "xxxx" MMC 18 dekabr 2019-cu il tarixli «kredit borcunun ötürülməsi və qəbul edilməsi» barədə müqaviləyə əsaslanaraq öz öhdəliyini icra etmədən və belə olan halda iddiaçının adına olan mənzilin alqı-satqı müqaviləsi qüvvədə olduğu halda qanunsuz və subyektiv hüququ olmadan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində inşa edilən «AAAF-Park» yaşayış massivində B kompleksində inşa edilən bina 2, mərtəbə 3, ümumi sahəsi 90,1 kv.m. olan 2 otaqlı, 16 saylı mənzili 25 dekabr 2019-cu il tarixli, M-5077 nömrəli alqı-satqı müqaviləsi ilə Cavabdeh2 satmışdır. Bu səbəbdən də hesab edirlər ki, "xxxx" MMC «borcun ötürülməsi müqaviləsi» üzrə öhdəliyini icra etmədən iddiaçıya məxsus mənzili subyektiv hüququ olmadan başqa şəxsə satmışdır ki, bu da öz növbəsində nəinki mülki hüquq pozuntusu, hətta cinayət məsuliyyətinə səbəb olan dələduzluq halıdır. Cavabdeh "xxxx" MMC-nin İddiaçı ilə aralarında bağladığı müqaviləni ləğv etməyə subyektiv hüququ yoxdur. İddia müddətinin ötürülməsi barədə qeyd edir ki, sözügedən mübahisə ilə bağlı Abşeron Rayon Məhkəməsinin icraatında olmuş mülki işə baxılarkən mübahisə predmeti olan evin alqı-satqısı barədə müqavilənin mövcud olduğu məlum olmuş, bu səbəbdən işin gedişi zamanı iddia tələbini dəyişdirmiş və müqavilənin etibarsız hesab edilməsi tələbini irəli sürmüşdürlər. Sözügedən mülki iş ilə bağlı Abşeron Rayon Məhkəməsində yekun məhkəmə qərarı çıxarıldıqdan sonra həmin qərardan apellyasiya şikayəti verilmiş, mülki işə apellyasiya instansiya məhkəməsində mahiyyəti üzrə baxılıb qərar qəbul edildikdən sonra onlar tərəfindən dərhal hazırki iddia tələbi irəli sürülmüşdür. Onlar tərəfindən iddia müddəti ötürülməmişdir.Bundan əlavə hesab edirlər ki, "xxxx" MMC tərəfindən bir müqavilə üzrə öhdəliklər icra edilmədən digər müqavilə ilə mübahisəli mənzil başqa şəxsə satıla bilməzdi və bu alqı-satqı müqaviləsi bağlandığı andan etibarsızdır. Mübahisəli mənzil İddiaçı adına olmamışdır, buna baxmayaraq iddiaçı vaxtilə mənzilə görə ödənişlər etmişdir və bu fakt bankın nümayəndəsi tərəfindən təsdiq edilmişdir. Bu səbəbdən də hesab edir ki, cavabdehlər "xxxx" MMC ilə Cavabdeh2 (Alieva Ainur) arasında bağlanmış Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində inşa edilən «AAAF-Park» yaşayış massivində B kompleksində inşa edilən bina 2, mərtəbə 3, ümumi sahəsi 90,1 kv.m. olan 2 otaqlı 16 saylı mənzilə dair 25 dekabr 2019-cu il tarixli, M-5077 nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, həmçinin Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində inşa edilən «AAAF-PARK» yaşayış massivində B kompleksində inşa edilən bina 2, mərtəbə 3, ümumi sahəsi 90.1 kv.m. olan 2 otaqlı 16 saylı mənzil boşaldılmalı, iddiaçı tərəfindən mənzilə görə kreditin qalıq məbləği ödənilməklə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində inşa edilən «AAAF-Park» yaşayış massivində B kompleksində inşa edilən 2 saylı 6 mərtəbəli yaşayış binasında ümumi sahəsi 90.1 kv.m. olan 2 otaqlı 16 saylı mənzilin iddiaçıya təhvil verilməsi vəzifəsinin cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulmalıdır.Odur ki, qeyd edilənlərə əsasən o, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X5 izahatında bildirdi ki, İddiaçı iddia tələbinin cavabdeh "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində inşa edilən “AAAF-Park” yaşayış massivində B kompleksində inşa edilən bina 2, mərtəbə 3, ümumi sahəsi 90.1 kv.m.olan 2 otaqlı, 16 saylı mənzilə dair 25 dekabr 2019-cu il tarixli, M-5077 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsinə dair qeyd edirlər ki, iddiaçı müqavilə tərəfi deyildir. xx.xx.2019-cu il tarixli, M-5077 nömrəli alqı-satqı müqaviləsinin tərəfləri olan MMC və Alieva Aynur arasında sözügedən daşınmaz əmlaka dair hər hansı bir mübahisə mövcud deyildir. Belə olan halda ikitərəfli bağlanmış, hər iki tərəfin iradəni əks etdirən əqdin müqavilənin etibarsızlığına heç bir əsas yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14-cü fəsli əqdlərin etibarsızlığını əks etdirən maddi hüquq normalarından bəhs edir. Sözsüz ki, ikitərəfli əqdin mübahisələndirilməsi hüququ tərəflərə (satıcı "xxxx" MMC və alıcı Alieva Aynur) şamil olunur. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Sözügedən müqavilə üzrə hər iki tərəf qarşılıqlı şəkildə öhdəliklərini tam icra etmişdir. İddiaçı iddia tələbinin Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində inşa edilən “AAAF-Park” yaşayış massivində B kompleksində inşa edilən bina 2, mərtəbə 3, ümumi sahəsi 90.1 kv.m.olan 2 otaqlı, 16 saylı mənzilin boşaldılması, İddiaçı tərəfindən mənzilə görə kreditin qalıq məbləği ödənilməklə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində inşa edilən “AAAF-Park” yaşayış massivində B kompleksində inşa edilən bina 2, mərtəbə 3, ümumi sahəsi 90.1 kv.m.olan 2 otaqlı, 16 saylı mənzil İddiaçı təhvil verilməsi vəzifəsinin cavabdeh "xxxx" MMCnin üzərinə qoyulmasına hissəsinə hüquqi qiymət verilmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-753/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsində qeyd olunur ki, məhkəmə iddia tələbinin cavabdeh "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində inşa edilən «AAAF-Park» yaşayış massivində B kompleksində inşa edilən 2 saylı, 6 mərtəbəli yaşayış binasında ümumi sahəsi 90,1 kv.m. olan 2 otaqlı, 16 saylı mənzilə dair 25 dekabr 2019-cu il tarixli, M-5077 nömrəli alqı-satqı müqaviləsinin ləğv edilməsi hissəsinə münasibətdə qeyd edir ki, müqavilənin ləğv edilməsi Azərbaycan Respublikası MM-in 421-ci maddəsinin məzmunundan göründüyü kimi müqavilə tərəflərin iradə ifadəsi ilə mümkündür. İddiaçı isə qeyd edilən müqavilənin tərəfi olmadığından həmin müqavilənin ləğvi üçün iddia qaldırmaqda subyektiv hüququ yoxdur. Odur ki, bu hissədə və eyni zamanda bundan asılı olaraq iddia tələbinin digər qalan hissəsində də iddia əsassızdır və təmin edilməməlidir. Birinci instansiya məhkəməsinin sözügedən yekun aktı Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1392/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bununla yanaşı, İddiaçı tərəfindən MMC-yə ünvanlanmış xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli ərizələri, habelə Asmar Mamedovanın notarial qaydada təsdiq edilmiş xx.xx.2019-cu il tarixli ərizəsi bir daha onu sübut edir ki, İddiaçı xx.xx.2013-cü il tarixli, E(b)/100 nömrəli müqaviləyə hüququ yaranmamışdır. Çünki İddiaçı ərizələrindən sözügedən mənzilin MMC-də işlədiyi vaxtda onun adına sənədləşməsini dəfələrlə etiraf etmişdir. Buna baxmayaraq İddiaçı hüquqdan sui-istifadə edərək, xx.xx.2019-cu il tarixində sərbəst qaydada MMC-yə ünvanladığı ərizəsində 5000 manat məbləğini tələb etmişdir. 2(012)-753/2023 nömrəli mülki işin materiallarına əlavə olunan X3 tərəfindən "xxxx" MMC-yə ünvanlanan ərizədən görünür ki, "xxxx" MMC-nin Xırdalan şəhəri, Heydər Əliyev prospektində özünə məxsus “AAAF Park” yaşayış massivindəki B kompleksində inşa edilən (inşa edilmiş), 2 saylı, 6 mərtəbəli yaşayış binasında ümumi sahəsi 90.1 kv.m.olan 2 otaqdan ibarət 16 saylı mənzilə dair İddiaçı adına olan müqavilədən və pay hüququndan imtina etməsinə və müqavilənin digər şəxsin adına keçirilməsinə etiraz etməmişdir. Gələcəkdə "xxxx" MMC-yə qarşı hər hansı maddi iradı və tələbi olmayacaqdır. X3 11 fevral 2018-ci il tarixində qeydə alınmış rəsmi nikaha əsasən İddiaçı həyat yoldaşıdır. İddiaçı iddia tələbinin İddiaçı tərəfindən mənzilə görə kreditin qalıq məbləği ödənilməklə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində inşa edilən “AAAF- Park” yaşayış massivində B kompleksində inşa edilən bina 2, mərtəbə 3, ümumi sahəsi 90.1 kv.m.olan 2 otaqlı, 16 saylı mənzil İddiaçı təhvil verilməsi vəzifəsinin cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulması hissəsi digər vicdanlı alıcı Alieva Aynura münasibətdə də əsassızdır. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o, vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-753/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 18 dekabr 2019-cu il tarixli “Kredit borcunun ötürülməsi və qəbul edilməsi barədə” müqavilənin ləğv edilməsi, xx.xx.2019-cu il tarixli, M-5077 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə əsas ola bilməz. xx.xx.2019-cu il tarixli, M-5077 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və ya ləğv edilməsi fərqli anlayış olmasına baxmayaraq mahiyyəti etibarilə eynilik təşkil edir. Belə ki, 2(012)-753/2023 nömrəli mülki işdə də iddiaçı Mirzəyevin iddia tələblərindən biri sözügedən xx.xx.2019-cu il tarixli, M-5077 nömrəli alqı-satqı müqaviləsinin ləğv edilməsi olmuşdur. Hazırda iddiaçı “etibarsızlıq” tələbini irəli sürdüyünə görə bir illik iddia müddətinin tətbiqinə əsas yaranır. Belə ki, iddiaçı Mirzəyev xx.xx.2022-ci il tarixində hüququnun pozulması bilmiş, iddia tələbinin artırılması və ya iddia tələbinin dəqiqləşdirilməsi hüququ olduğu halda etməyərək iddia müddətini ötürmüşdür. “Kredit borcunun ötürülməsi və qəbul edilməsi barədə” müqavilə ləğv edilməsi aidiyyatı olmayan müqavilənin etibarsızlığına səbəb olmur. İddiaçı məhkəməyə müraciət edərək, onun bankdan kredit götürmədiyini, kreditin "xxxx" MMC tərəfindən ödənildiyini, ancaq kredit götürmək istədikdə onun adına kreditin mövcud olduğundan xəbərdar olduğunu bildirsə də daha sonra bankdan götürdüyü kredit məbləğinin müəyyən hissəsini ödədiyini və banka 29000 manat borcu olduğunu qeyd edir. Kredit məbləği iddiaçının adına alındığından bankın borcu iddiaçıdan tələb etmək hüququ vardır. Bildirir ki, İddiaçı Xırdalan şəhəri, Heydər Əliyev prospektində, “AAAF Park” yaşayış massivindəki B kompleksində inşa edilən, 2 saylı, 6 mərtəbəli yaşayış binasında ümumi sahəsi 90.1 kv.m.olan 2 otaqdan ibarət 16 saylı mənzilə görə "xxxx" MMC-yə heç bir ödəniş etməmişdir. Qarşı tərəf "xxxx" MMC, "xxxx" ASC və iddiaçı arasında üçtərəfli müqavilə bağlandığını qeyd etsə də əslində onlar arasında 60 ay müddətinə kredit və ya digər müqavilə deyil, zaminlik müqaviləsi bağlanmışdır. Belə ki, bank iddiaçının adından "xxxx" MMC-yə 40000 manat ödəniş etmiş, iddiaçı banka olan öhdəliyini icra etmədiyindən "xxxx" MMC zamin olaraq ayda 1000 manat olmaqla banka ödəniş etmişdir. X9 tərəfindən mübahisəli mənzilə görə "xxxx" MMC-yə təqribən 40000 manat məbləğində ödəniş edilmişdir. Bildirir ki, onlar "xxxx" MMC olaraq banka olan 29300 manat məbləğində borcu ödəməyə və notarial qaydada barışıq sazişi bağlamağa razıdırlar. Bundan əlavə hesab edirlər ki, iddia tələbinə iddia müddəti tətbiq edilməlidir. Belə ki, Abşeron Rayon Məhkəməsində 2(012)-753/2023 nömrəli mülki iş üzrə İddiaçı iddia tələbində “müqavilənin etibarsızlığı” tələbini “ləğv edilməsi” tələbi ilə dəyişdirmişdir. Qeyd edir ki, iddiaçı Mirzəyev nümayəndə-vəkil vasitəsilə təmsil edilmişdir. Həmin mülki iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsində də bu məsələyə hüquqi qiymət verilmişdir. Belə ki, Abşeron Rayon Məhkəməsində 2(012)-753/2023 nömrəli mülki işin icraata başlama tarixindən iddia müddətinin axımı başlamışdır və İddiaçı etibarsızlığa dair tələbin pozulduğu andan irəli sürə bilərdi. Hazırki iddia tələbində müqavilənin etibarsızlığına dair tələb irəli sürməsi ilə iddia müddətinin axımı bitmişdir. Odur ki, qeyd edilənlərə əsasən o, hazırki mülki iş üzrə verilmiş qarşılıqlı iddia ərizəsinin geri qaytarılmasını, həmçinin iddia müddəti tətbiq edilməklə iddia tələbinin təmin edilməməsini xahiş etdi. Cavabdeh2 (Alieva Ainurun) nümayəndəsi X6 (Aliev Khikmet) məhkəmə iclasında izahat verərək bildirdi ki, o, Cavabdeh2 (Alieva Ainurun) atasıdır. Belə ki, Cavabdeh2 (Alieva Ainur) 25 dekabr 2019-cu il tarixində, M-5077 nömrəli mənzilin alqı-satqı müqaviləsi ilə "xxxx" MMC-dən mənzilin dəyəri olan 40545 manat məbləğində pulu nağd qaydada ödəyərək, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167, “AAAF-Park” yaşayış massivində B kompleksində inşa edilən bina 2, mərtəbə 3, ümumi sahəsi 90.1 kv.m.olan 2 otaqlı, 16 saylı mənzili almışdır və həmin tarixdən mənzili təmir etdirərək ailəsi ilə birlikdə indiyə kimi yaşayır. Alieva Ainur mənzili alan zaman mənzil ilə bağlı problemin olmasını bilməmiş, bu barədə ona heç kim məlumat verməmişdir, həmçinin mənzili təmir edib yaşayandan bu vaxta kimi heç kim mənzilə gəlib nəsə tələb etməmişdir. İndi isə İddiaçı adlı şəxs Alieva Ainur ilə bağlanmış xx.xx.2019-cu il tarixində M-5077 nömrəli müqavilənin etibarsız hesab edilməsini xahiş edir. Bu isə qanunsuz və əsassızdır. Qanunvericilikdə etibarsızlıqla bağlı iddia müddəti bir il müddəti müəyyən edilmişdir. Bu mülki işdən əvvəl digər, 2(012)-753/2023 saylı mülki iş də olmuşdur. Həmin işdə də iddia tələbi “etibarsızlıq” "xxxx" tələbi ilə dəyişdirilmişdir. İddiaçı cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia da qaldıra bilər. Amma Cavabdeh2 təqsiri olmamış, pulunu verib mənzil almışdır, hazırda da tam səlahiyyətlə istifadə edir və sərəncam verir. Azərbaycan Respublikası Mülki Məcəllənin 372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Hesab edirlər ki, hazırki iddia tələbi barədə iddia müddəti 2019cu ildən hesablanmalıdır, belə ki, həmin vaxt iddiaçıya məlum olmuşdur ki, iddiaçı tərəfindən cavabdeh "xxxx" MMC-yə ödənilmiş pul məbləği iddiaçıya qaytarılmamışdır. Bildirir ki, İddiaçı "xxxx" MMC ilə Cavabdeh2 (Alieva Ainur) arasında bağlanmış Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində inşa edilən “AAAF-Park” yaşayış massivində B kompleksində inşa edilən bina 2, mərtəbə 3, ümumi sahəsi 90,1 kv.m. olan 2 otaqlı 16 saylı mənzilə dair 25 dekabr 2019-cu il tarixli, M-5077 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini tələb etməyə subyektiv hüququ yoxdur, belə ki, onlar vicdanlı alıcıdırlar və İddiaçı "xxxx" MMC ilə bağladığı müqavilə xəyali xarakterli müqavilədir. Odur ki, yuxarıda qeyd olunanların nəzərə alınaraq, o, hazırki mülki iş üzrə iddia müddətinin tətbiq edilərək iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan 24 dekabr 2013-cü il tarixli, E(b)/100 nömrəli torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqısı haqqında müqavilədən görünür ki, "xxxx" MMC (satıcı) ilə İddiaçı (alıcı) arasında alqı-satqı müqaviləsi bağlanmış, bu müqaviləyə əsasən satıcı "xxxx" MMC Xırdalan şəhəri, H.Əliyev prospektində özünə məxsus «AAAF-Park» yaşayış massivində B kompleksində inşa edilən 2 saylı, 6 mərtəbəli yaşayış binasında ümumi sahəsi 90,1 kv.m. olan, 2 otaqdan ibarət 16 saylı mənzili alıcı İddiaçı satmağı, alıcı İddiaçı isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı vahid əmlakın dəyərini (qiymətini) ödəməyi, həmçinin satıcı "xxxx" MMC mənzili tikinti işləri başa çatdıqdan sonra təhvil verməyi, alıcı İddiaçı isə vahid əmlakı qəbul edib bunun razılaşdırılmış dəyərini 60 ay müddətinə müqaviləyə əlavə edilmiş cədvəl üzrə ödəməyi öhdəsinə götürmüşdür. Mənzilin dəyəri 63070 manat təşkil edir. İş materiallarında olan 25 dekabr 2019-cu il tarixli, M – 5077 nömrəli mənzilin alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC (satıcı) ilə Alieva Ainur (alıcı) arasında alqı-satqı müqaviləsi bağlanmış, bu müqaviləyə əsasən "xxxx" MMC Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında, “AAAF-Park” yaşayış massivinin B kompleksində inşa edilən bina 2, mərtəbə 3, ümumi sahəsi 90.1 kv.m.olan 2 otaqlı, 16 saylı mənzili Alieva Ainura (alıcıya) təhvil verməyi, Alieva Ainur (alıcı) isə bunun qarşılığında "xxxx" MMC-yə razılaşdırılmış pul vəsaitini müəyyən edilmiş müddət ərzində ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürmüşdür. Bu müqavilə üzrə mənzilin 1 kv.m.-lik sahəsinin qiyməti 450 manat olmaqla, müqavilənin qiyməti cəmi 40545 manat müəyyən edilmiş və Alieva Ainur (alıcı) müqavilə qiymətindən 40545 manatı, yəni müqavilə qiymətini tam şəkildə öz şəxsi vəsaiti hesabına ödəmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-753/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 (Alieva Ainur) qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" QSC və Mamedova Asmar) «müqavilənin ləğvi, mənzilin boşaldılması və təhvil verilməsi» barədə iddia tələbi qismən təmin edilmiş, İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 18 dekabr 2019-cu il tarixli kredit borcunun ötürülməsi və qəbul edilməsi barədə müqavilənin ləğv edilməsi və cavabdeh "xxxx" MMC-dən 50 manat dövlət rüsumuna görə pul alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)- 1392/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 (Alieva Ainur) qarşı «müqavilənin ləğvi, mənzilin boşaldılması və təhvil verilməsi» tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)- 753/2023 nömrəli qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-753/2023 nömrəli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ilkin iddia tələbi əsassız olduğundan rədd edilməli, qarşılıqlı iddia ərizəsi isə baxılmamış saxlanılmalı və bu barədə ayrıca qərardad qəbul edilməlidir. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edildi ki, İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 24 dekabr 2013-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində inşa edilən «AAAF-PARK» yaşayış massivində B kompleksində inşa edilən 2 saylı 6 mərtəbəli yaşayış binasında ümumi sahəsi 90,1 kv.m. olan 2 otaqlı 16 saylı mənzil cavabdeh tərəfindən hər bir kv.m.-nin qiyməti 700 manatdan hesablanmaqla ümumi dəyəri 63.070 manata iddiaçıya satılmışdır. Bağlanmış müqavilə əsasında mənzilin dəyərinin bir hissəsi iddiaçı tərəfindən ödənilmiş və ödənilməmiş məbləği isə kredit olaraq hər ay Azərbaycan Beynəlxalq Bankına ödənilmişdir. İddiaçı mənzilə görə kredit borcunu bir müddət ödəsə də daha sonra bu borcu ödəyə bilməmişdir. Bu səbəbdən də İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında «kredit borcunun ötürülməsi və qəbul edilməsi» barədə 18 dekabr 2019-cu il tarixdə müqavilə bağlanaraq iddiaçı 29,301 manat əsas borc məbləğini cavabdeh "xxxx" MMC-yə ötürmüşdür. Bu müqaviləyə əsasən "xxxx" MMC banka olan 29.301 manat borcunu 10 gün müddətində ödəməli, iddiaçı da mənzildən imtina etməli idi. İddiaçı mənzildən imtina ərizəsi versə də "xxxx" MMC onun adından banka olan 29.301 manat borcu ödəmədiyindən,iddiaçı Abşeron rayon məhkəməsində iddia qaldıraraq "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 18 dekabr 2019cu il tarixli «kredit borcunun ötürülməsi və qəbul edilməsi barədə» müqavilənin ləğv edilməsi, həmçinin cavabdeh "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində inşa edilən «AAAF-PARK» yaşayış massivində B kompleksində inşa edilən 2 saylı 6 mərtəbəli yaşayış binasında ümumi sahəsi 90,1 kv.m. olan 2 otaqlı 16 saylı mənzilə dair 25 dekabr 2019-cu il tarixli, M-5077 nömrəli alqı-satqı müqaviləsinin ləğv edilməsi, İddiaçı tərəfindən mənzilə görə kreditin qalıq məbləği ödənilməklə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində inşa edilən «AAAF-PARK» yaşayış massivində B kompleksində inşa edilən 2 saylı 6 mərtəbəli yaşayış binasında ümumi sahəsi 90,1 kv.m. olan 2 otaqlı 16 saylı mənzilin boşaldılaraq İddiaçı təhvil verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)-753/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 18 dekabr 2019-cu il tarixli kredit borcunun ötürülməsi və qəbul edilməsi barədə müqavilənin ləğv edilməsi və cavabdeh "xxxx" MMC-dən 50 manat dövlət rüsumuna görə pul alınaraq İddiaçı ödənilməsi qət edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1392/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-753/2023 nömrəli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.Hal-hazırda İddiaçı Abşeron Rayon Məhkəməsinin 2(012)-753/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə və Mülki Məcəllənin öhdəlik hüquq münasibətləriin tənzimləyən maddi hüquq normalarına istinad edərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə "xxxx" MMC ilə Cavabdeh2 (Alieva Ainur) arasında bağlanmış 25 dekabr 2019cu il tarixli, M-5077 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi ilə bağlı qeyd edir ki, əqdlərin etibarsız sayılmasının əsasları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337,339-341,343-350-ci maddələrində göstərilmiş,lakin,hal-hazırda sözügedən müqavilənin etibarsız sayılmasına əsas verən hallar müəyyən edilmir.Belə ki,məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, xx.xx.2019-cu il tarixli, M-5077 nömrəli alqı-satqı müqaviləsinin tərəfləri olan MMC və Alieva Aynur arasında sözügedən daşınmaz əmlaka dair hər hansı bir mübahisə mövcud deyildir və Cavabdeh2 (Alieva Ainur) mübahisə predmeti olan mənzili vicdanlı alıcı olaraq tam qanuni əsaslarla əldə etmişdir. Belə olan halda ikitərəfli bağlanmış, hər iki tərəfin iradəni əks etdirən əqdin müqavilənin etibarsızlığına heç bir əsas yoxdur. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o, vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. N.Hacıyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 07 mart 2020-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi Plenumu qeyd etmişdir ki,Mülki Məcəllənin 182.1-ci maddəsinə görə isə əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir (Konstitusiya Məhkəməsi Plenumunun S.N.Məmmədovanın şikayəti üzrə 2004-cü il 27 oktyabr tarixli Qərarı). Mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alğı-satqı müqaviləsinin və onun alıcı üçün verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülürsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilirsə, iddianın təmin olunmasından imtina edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun H.Cəfərovun şikayəti üzrə 2014-cü il 15 sentyabr tarixli Qərarı). Həmçinin məhkəmə hesab edir ki, İddiaçı iddia tələbinin mənzilə görə kreditin qalıq məbləği ödənilməklə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində inşa edilən “AAAF-Park” yaşayış massivində B kompleksində inşa edilən bina 2, mərtəbə 3, ümumi sahəsi 90.1 kv.m.olan 2 otaqlı, 16 saylı mənzilin ona təhvil verilməsi vəzifəsinin cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulması hissəsi iddia tələbinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi ilə bir başa bağlı olduğundan, həmin tələb də digər vicdanlı alıcı Alieva Aynura münasibətdə də əsassızdır. Bundan başqa cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və digər Cavabdeh2 (Alieva Ainurun) nümayəndəsi hər biri ayrı-ayrılıqda iddia müddətin tətbiqi barədə ərizə verərək,iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsini xahiş etmişlər.Məhkəmə hesab edir ki,həmin ərizələr də məhkəməyə iddianın rədd edilməsinə əsas verir.Belə ki, Abşeron Rayon Məhkəməsinin 2(012)- 753/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi üzrə iddia tələbi 15 noyabr 2022-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin icraatına daxil olmuş və məhkəmə hesab edir ki,iddia müddətinin axımı da həmin tarixdən hesablanmaqla bir illik iddia müddəti ötürülmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Azərbaycan Respublikasının Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinin tələblərinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinin tələblərinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Azərbaycan Respublikasının Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbayçan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qətetdi: İddiaçı "xxxx" MMC, Cavabdeh2 (Alieva Ainura) və müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatına qarşı "xxxx" MMC ilə Cavabdeh2 (Alieva Ainur) arasında bağlanmış Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində inşa edilən «AAAF- Park» yaşayış massivində B kompleksində inşa edilən bina 2, mərtəbə 3, ümumi sahəsi 90,1 kv.m. olan 2 otaqlı 16 saylı mənzilə dair 25 dekabr 2019-cu il tarixli, M-5077 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmçinin Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində inşa edilən «AAAF-PARK» yaşayış massivində B kompleksində inşa edilən bina 2, mərtəbə 3, ümumi sahəsi 90.1 kv.m. olan 2 otaqlı 16 saylı mənzilin boşaldılması, onun tərəfindən mənzilə görə kreditin qalıq məbləği ödənilməklə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində inşa edilən «AAAF-Park» yaşayış massivində B kompleksində inşa edilən 2 saylı 6 mərtəbəli yaşayış binasında ümumi sahəsi 90.1 kv.m. olan 2 otaqlı 16 saylı mənzilin ona təhvil verilməsi vəzifəsinin cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulması dair ilkin iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar