Məhkəmə qərarları › İş №2(012)-2862/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-2862/2024

04.06.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-2862/2024 04.06.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, İddiaçı Taptıq oğlunun cavabdeh İmişli Regional Cavabdeh notariat ofisinə qarşı mirasın qəbul edilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilib mirasın qəbulu müddətinin uzadılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Taptıq oğlu cavabdeh İmişli Regional Cavabdeh notariat ofisinə qarşı mirasın qəbul edilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilib mirasın qəbulu müddətinin uzadılması tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, onun mərhum anası X1 qalmış mirasın qəbul edilməsi üçün buraxılmış müddətin üzürlü hesab edilib qəbulu müddətinin uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri İmişli rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(036)-99/2024 saylı qərardadı ilə İddiaçı Taptıq oğlunun cavabdeh İmişli Regional Cavabdeh notariat ofisinə qarşı mirasın qəbul edilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilib mirasın qəbulu müddətinin uzadılması tələbinə dair iddia ərizəsi üzrə mülki işin baxılması üçün aidiyyəti üzrə Abşeron rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı Taptıq oğlu və cavabdeh İmişli Regional Cavabdeh notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda, məhkəmə işə iddiaçı və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki iş materiallarını araşdırıb hesab edir ki, İmişli rayon Məhkəməsinin mülki işin aidiyyəti üzrə baxılması üçün Abşeron rayon Məhkəməsinə göndərməsi ilə əlaqədar aidiyyətlə bağlı məhkəmələr arasında fikir ayrılığı yarandığından işin hansı məhkəmədə baxılmasına qiymət verilməsi üçün mülki iş Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin: 31.1. maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 39.2-ci maddəsinə əsasən, vərəsələr tərəfindən vərəsəlik qəbul edilənə qədər miras qoyanın kreditorları tərəfindən verilən vərəsəlik hüquq münasibətləri ilə əlaqədar iddialar miras qalan əmlakın və yaxud onun əsas hissəsinin olduğu yerin məhkəməsinə aiddir. Qanunun tələblərindən göründüyü kimi, hazırkı iddia tələbi Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 39.2-ci maddəsinin təsiri altına düşmür. Çünki iddia vərəsələr tərəfindən vərəsəlik qəbul edilənə qədər miras qoyanın kreditorları tərəfindən deyil miras qoyanın övladı tərəfindən verilmişdir. Belə olan halda iddia ərizəsi cavabdehin olduğu yerə görə verilib baxılmalıdır. Qanunun normasından göründüyü kimi iddiaçı iddia ərizəsini düzgün olaraq cavabdehin olduğu yerə görə vermişdir. Mülki Prosessual Məcəllənin 45.4-cü maddəsinə əsasən, bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Göstərilən qanunvericilik normalarına əsasən, məhkəmə hesab edir ki, mülki işə aidiyyəti üzrə hansı məhkəmədə baxılması ilə əlaqədar fikir ayrılığı olduğundan mülki işin aidiyyət qaydalarına uyğun olaraq hansı məhkəmədə baxılmalı olmasını müəyyən etmək üçün mülki iş Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 44, 45, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Taptıq oğlunun Cavabdeh İmişli Regional Cavabdeh notariat ofisinə qarşı mirasın qəbul edilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilib mirasın qəbulu müddətinin uzadılması tələbinə dair mülki işin aidiyyəti üzrə hansı məhkəmədə baxılmalı olmasını müəyyən etmək üçün mülki iş Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar