Məhkəmə qərarları › İş №2(012)-287/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-287/2021

02.04.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-287/2021 02.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ X9 Səfiyevanın sədrliyi, Arzu Siyavuş qızı Əliyevanın katibliyi, İddiaçı, onun vəkili Yolçuyev Mübariz Xalid oğlunun və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı miras qalmış əmlakın bölünməsi tələblərinə dair mülki işə 02 aprel 2021-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı miras qalmış əmlakın bölünməsi tələblərinə dair iddia ilə məhkəməyə müraciət edərək, X7 adına miras qalmış Abşeron rayonu, Qobu qəsəbəsində 8 sot torpaq sahəsi, **-BC-*** dövlət qeydiyyat nişanlı “Kamaz 5410” markalı yük maşını, **-ZA-*** dövlət qeydiyyat nişanlı “ODAZ 9370” yarımqoşqu və **-BX-*** dövlət qeydiyyat nişanlı “VAZ 21074” markalı minik avtomobillərinin vərəsələr arasında bölünməsi və miras qalmış əmlakın 2/3 hissə olmaqla İddiaçı və onun azyaşlı qızı X20 arasında bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 13 yanvar 2007-ci il tarixdə X15 ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Birgə nikahlarından 17 noyabr 2007-ci il tarixdə X13 anadan olmuşdur. X7 birinci nikahından da Cavabdeh adlı oğlu var. 12 avqust 2016-cı il tarixdə X15 vəfat etmişdir. Onun ölümündən sonra birinci növbə vərəsələr sırasına Cavabdeh, İddiaçı və X13 daxildir. 17.11.2016-cı il tarixdə Cavabdeh notariat kontoruna müraciət etsə də, ona vərəsəlik şəhadətnaməsi verilməmişdir. Mərhumun adına Abşeron rayonu, Qobu qəsəbəsində 8 sot torpaq sahəsi, **-BC-*** dövlət qeydiyyat nişanlı “Kamaz 5410” markalı yük maşını, **-ZA-*** dövlət qeydiyyat nişanlı “ODAZ 9370” yarımqoşqu və **-BX-*** dövlət qeydiyyat nişanlı “VAZ 21074” markalı minik avtomobilləri vardır. Mərhum tərəfindən heç bir vəsiyyətnamə qoyulmasa da, hazırda sözügedən əmlaklar cavabdeh tərəfindən qanunazidd şəkildə mənimsənilmişdir. Cavabdehin təqsiri üzündən iddiaçı əmlaka sahiblik edə bilməmiş və ondan istifadə edə bilməmişdir. Miras əmlakların aralarında bölünməsi üçün iddiaçı məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı vəkili-nümayəndəsi Vəkil məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə təqdim edərək, X7 miras qoyduğu **-BC-*** dövlət qeydiyyat nişanlı “Kamaz 5410” markalı yük maşını, **-ZA-*** dövlət qeydiyyat nişanlı “ODAZ 9370” yarımqoşqu və **-BX-*** dövlət qeydiyyat nişanlı “VAZ 2107” markalı minik avtomobili, Abşeron rayonu, Qobu qəsəbəsində X7 adına qeydiyyatda olan 24 sot torpaq sahəsi, ünvan 1 ünvanında yerləşən evdən ibarət olan miras əmlakı onun qanun üzrə vərəsələri X13, İddiaçı və Cavabdeh arasında bərabər paylar ilə bölünməsi və miras qalmış əmlakın 2/3 hissə olmaqla X8 və İddiaçı, 1/3 hissə olmaqla Cavabdeh verilməsi və İddiaçı və onun qızı azyaşlı X8 Cavabdeh sahibliyində və istifadəsinə olan mərhum X10 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində istifadə hüququ tanınması və onların həmin evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı mərhum X15 ilə rəsmi nikaha daxil olduqdan sonra ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə gəlin köçərək uzun müddət həmin evdə yaşayıb, azyaşlı qızı X13 həmin evdə dünyaya gəlib. Hazırda isə onlar kirayədə yaşayırlar. Həmin evi mərhumun atası tikdirərək mərhuma vermişdir. Həmin ev hazırda cavabdehin istifadəsindədir və o, ailəsi ilə birgə orada yaşayır. Həmin evə iddiaçının və onun qızının istifadə hüququnun tanınması zəruridir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, əri rəhmətə getdikdən sonra cavabdehə mirasla bağlı müraciət etmişdir. Mərhumun yasında iştirak edə bilməmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edərək izahatında bildirdi ki, iddiaçı öz istəyi ilə Kiyevə gedib və mərhum ondan boşanıb. Atası rəhmətə gedən zaman yas mərasimində belə iştirak etməyib. Əmisi və onun ailəsi həmin evdə qalır. İddiaçı həmin evdə 5-6 ay yaşamış, lakin əri ilə yola gedə bilməmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki iş materialları ilə birgə tədqiq edərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə rədd edilməlidir. Mülki iş materiallarından olan 287100 №-li nikah haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, X15 və İddiaçı arasında 11 yanvar 2007-ci il tarixdə Abşeron rayon İHB-nın Qobu qəsəbə nümayəndəliyində rəsmi nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada “Zülfüqarova” soyadı verilmişdir. Mülki iş materiallarından olan 109483 №-li doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, 17 noyabr 2007-ci il təvəllüdlü X4 atası X15, anası isə X1r, Kiyev şəhərində doğulmuşdur.. Mülki iş materiallarından olan 388897 №-li doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, xx xxxxxx 1995-ci il təvəllüdlü Cavabdeh atası X15, anası isə X3r. Mülki iş materiallarından olan 827927 №-li ölüm haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, X15 12 avqust 2016-cı il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 412 nömrə ilə qeyd edilmişdir. Mülki iş materiallarından olan Azərbaycan Respublikası Abşeron rayonu İcra Hakimiyyəti başçısının X19 Dairəsi üzrə İcra Nümayəndəliyi tərəfindən göndərilən 25.11.2020-ci il tarixli 42 №-li məktubdan müəyyən edilir ki, Qobu qəsəbəsi, Qarayev küçəsi, 16 saylı ünvanda yerləşən ev mərhum Cavabdeh adına olmuşdur. Evdə mərhumun oğlu X16 öz ailəsi ilə birgə yaşayır. Əlavə tikilmiş yardımçı 2 otaqda mərhum X7 oğlu Cavabdeh ailəsi ilə birlikdə yaşayır. Evin heç bir hüquqi sənədi yoxdur. Mülki iş materiallarından olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 1091/08 saylı 10 dekabr 2008-ci il tarixli qətnaməsindən müəyyən edilir ki, X7 iddia tələbi təmin edilərək, X15 ilə İddiaçı arasında Abşeron rayonu Qobu qəsəbə icra nümayəndəliyində 11.01.2007-ci il tarixdə bağlanmış nikah qeydinin ləğv edilməsi, 10 dekabr 2008-ci il tarixdən başlayaraq 17.11.2007-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün X5 İddiaçı xeyrinə hər ay sabit pul məbləğində 60 manat alimentin tutulması, həmin azyaşlının İddiaçı yanında saxlanılması qət edilmişdir. Həmçinin, həmin məhkəmə qətnaməsində cavabdeh İddiaçı izahatından müəyyən edilir ki, onlar ər-arvad olaraq 11.01.2007-ci il tarixdən 24.09.2007-ci il tarixədək ər-arvad olaraq iddiaçının qardaşının mülkiyyətində olan evdə yaşamışlar, 24 sentyabr 2007-ci il tarixdə iddiaçı onu Kiyev şəhərinə yola saldıqdan sonra onun orada iddiaçıdan bir qızı olmuşdur.İddiaçının qardaşının evində köçüb yaşamaq istəyir. Mülki iş materiallarından olan 14.03.2017-ci il tarixli, 37 №-li arayışdan müəyyən edilir ki, mərhum X10 bələdiyyənin 01 avqust 2007-ci il tarixli qərarı ilə fərdi ev tikintisi üçün 0,08 ha torpaq sahəsi ayrılmışdır. Mülki iş materiallarından olan çıxarışlardan müəyyən edilir ki, **-BC-*** dövlət qeydiyyat nişanlı “Kamaz 5410” markalı yük maşını 1991-ci il buraxılışı olub, 02.09. 1998ci il tarixdən Quliyev Əsgər Musa oğlunun mülkiyyətində olmuşdur., **-ZA-*** dövlət qeydiyyat nişanlı “ODAZ 9370” yarımqoşqunun sahibi 05.08.2009-cu il tarxdən X11r, etibarnamə ilə bir neçə səxsin istifadəsinə verilmişdir. Mülki iş materiallarından olan Baş Dövlət YPİ-nin iddiaçıya ünvanlanan 12.09.2017-ci il tarixli məktubdan müəyyən edilir ki, Quliyev Əsgər Musa oğlunun adında qeydiyyatda olan və etibarnamə əsasında müxtəlif şəxslərə verilməsi “KAMAZ 5410”markalı **-BC-*** dqn avtomobili və **-ZA-*** dövlət qeydiyyat nişanlı “ODAZ 9370” yarımqoşqunun sahibi X7 vəfat etməsi barədə baş idarədə müvafiq qeydlər edilmişdir. Müraciətdə göstərilən **-BX-*** dövlət qeydiyyat nişanlı “VAZ 21074” markalı minik avtomobilin sahibi 02.04.2008-ci il tarixdən hal-hazıra kimi X12r. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, İddiaçı cavabdehin atası Quliyev Əsgər Musa oğlu ilə 11.01.2007-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar Xətai rayon Məhkəməsinin 10 dekabr 2008-ci il tarixli qətnaməsi ilə onlar arasında olan nikah ləğv edilmişdir.Həmin qətnamədə cavabdeh İddiaçınin izahatından görünür ki, onlar ər-arvad olaraq 24.09.2007-ci il tarixədək iddiaçının qardaşının mülkiyyətində olan evdə yaşamışlar. İşin bu halı tərəflərin izahatı ilə də təsdiq olunur.Yəni, iddiaçı mərhum ərindən 24 sentyabr 2007-ci ildən faktiki olaraq ayrılmışlar. İddiaçı iddia tələbində X7 miras qoyduğu **-BC-*** dövlət qeydiyyat nişanlı “Kamaz 5410” markalı yük maşını, **-ZA-*** dövlət qeydiyyat nişanlı “ODAZ 9370” yarımqoşqu və **-BX-*** dövlət qeydiyyat nişanlı “VAZ 2107” markalı minik avtomobili, Abşeron rayonu, Qobu qəsəbəsində X7 adına qeydiyyatda olan 24 sot torpaq sahəsi, ünvan 1 ünvanında yerləşən evdən ibarət olan miras əmlakda payın müəyyən edilməsini məhkəmədən xahiş edir. Mülki iş materiallarından olan 14.03.2017-ci il tarixli, 37 №-li arayışdan göründüyü kimi mərhum X10 bələdiyyənin 01 avqust 2007-ci il tarixli qərarı ilə fərdi ev tikintisi üçün 0,08 ha torpaq sahəsi ayrılmışdır, **-BC-*** dövlət qeydiyyat nişanlı “Kamaz 5410” markalı yük maşını 1991-ci il buraxılışı olub, 02.09. 1998-ci il tarixdən Quliyev Əsgər Musa oğlunun mülkiyyətində olmuşdur., **-ZA-*** dövlət qeydiyyat nişanlı “ODAZ 9370” yarımqoşqunun sahibi 05.08.2009-cu il tarxdən X11r, etibarnamə ilə bir neçə səxsin istifadəsinə verilmişdir, **-BX-*** dövlət qeydiyyat nişanlı “VAZ 21074” markalı minik avtomobilin sahibi 02.04.2008-ci il tarixdən hal-hazıra kimi X12r. Qeyd edilənlərdən göründüyü kimi miras əmlakın kütləsinə X10 bələdiyyənin 01 avqust 2007-ci il tarixli qərarı ilə fərdi ev tikintisi üçün 0,08 ha torpaq sahəsinə dair hüquqlar, **-BC-*** dövlət qeydiyyat nişanlı “Kamaz 5410” markalı yük maşını və **-ZA-*** dövlət qeydiyyat nişanlı “ODAZ 9370” yarımqoşqu daxildir.Miras qoyan X15 12 avqust 2016-cı il tarixdə ölmüşdür Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1.maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1163-cü maddəsinə əsasən nikahı ləğv etmiş ər-arvad bir-birindən sonra vərəsə ola bilməzlər. Həmin Məcəllənin 1164-cü maddəsinə əsasən əgər arvadın (ərin) miras qoyanla nikahına mirasın açılmasından azı üç il əvvəl faktiki xitam verildiyi və ərlə arvadın ayrı yaşadıqları təsdiq edilərsə, məhkəmənin qərarı ilə arvad (ər) qanun üzrə vərəsəlik hüququndan məhrum edilə bilər. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. İşin müəyyən edilən faktiki hallarından göründüyü kimi, iddiaçının mərhum X15 ilə rəsmi nikahı ləğv edildiyindən MM-nin 1163-cü maddəsinə əsasən onun vərəsəsi ola bilməz.Ona görə də, məhkəmə hesab edir ki, elə bu əsasda onun miras əmlakla bağlı iddia tələbi təmin edilə bilməz. İddiaçının qanuni nümayəndə olan qızı Quliyeva Aysu Əsgər qızına münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarından göründüyü kimi həmin uşaq həmişə anasının himayəsində yaşamışdır və tərəflər arasında nikahın ləğvinə dair məhkəmə qətnaməsi ilə də, həmin uşaq ananın himayəsində saxlanmışdır. İddiaçı miras qoyanın ölümündən sonra MM-nin 1246-cı maddəsində nəzərdə tutulan müddətdə mirasın qəbulu üçün Notariat kontoruna müraciət etməmiş , habelə mirası faktiki qəbul etməmişlər.Ona görə də, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının qızı Aysuya münasibətdə də iddia tələbi əsassızdır və təmin edilməməlidir. İddia tələbinin ünvan 1 ünvanında yerləşən evdən ibarət olan miras əmlaka aid hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, belə bir miras əmlak yoxdur, həmin ev özbaşına tikilidir, onun bir hissəsində cavabdeh ailəsi ilə, digər hissəsində isə cavabdehin əmisi ailəsi ilə birlikdə yaşayır. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbinin miras əmlak kimi həmin tikiliyə aid hissəsi əsassızdır və təmin edilməməlidir. İddia tələbinin İddiaçı və onun qızı azyaşlı X8 Cavabdeh sahibliyində və istifadəsinə olan mərhum X10 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində istifadə hüququ tanınması və onların həmin evə köçürülməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarından göründüyü kimi mübahisəli tikili özbaşına tikili olmaqla iddiaçının babası tərəfindən tikilmişdir.İddiaçı mərhum Quliyev Əskərlə 2007-ci ilin yanvarında ailə qurandan sonra orada cəmi bir neçə ay yaşamış, hələ qızı Aysuya hamilə olduğu vaxt oranı tərk edib getmiş və həmin vaxtdan sonra bir daha həmin tikiliyə qayıtmamışdır.İddiaçının qızı Aysu isə göründüyü kimi həmişə anasının himayəsində yaşamışdır.Hazırda isə azyaşlıdır.Cavabdeh isə iddiaçının və onun azyaşlı qızının köçüb onlarla birlikdə mübahisəli tikilidə yaşamalarına razı deyildir. Qeyd e dilənlərdən göründüyü kimi mübahisəli özbaşına tikilidə iddiaçının və onun azyaşlı qızının yaşamaq hüquq hüquqları mövcud deyildir. Mülki Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq hüququ, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq hüququ yoxdur. Beləliklə, məhkəmə kollegiyası yaranmış hazırkı vəziyyətdə belə nəticəyə gəlir ki, cavabdehin özbaşına tikintiyə dair sərəncam vermək, onu satmaq hüququ, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı olmasa da, MM-nin 180.2 və 180.4-cü maddələrinin məzmununa əsasən həmin özbaşına tikilinin mövcud olduğu müddətdə orada əvvəllər məskunlaşmış şəxslərin oradan istifadə hüququ müəyyən oluna bilməz, lakin həmin vətəndaşların oraya köçürülməsinə də qadağalar qoyula bilməz. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi tikiliyə istifadə hüququnun tanınması və köçürülməsi hissəsində əsassız olmaqla təmin edilməməlidir. Məhkəmə həmçinin, iddia tələbinin miras əmlakda cavabdehin də payının müəyyən edilməsi hissəsinə münasibətdə qeyd edir ki, bu barədə cavabdehin adından iddia qaldırmaq cavabdehə məxsus deyildir.Ona görə də, məhkəmə hesab edir ki, bu hissədə də iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Beləliklə, qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı miras qalmış əmlakın bölünməsi, evə istifadə hüququnun tanınması və köçürülmə barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-ci maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı miras qalmış əmlakın bölünməsi, evə istifadə hüququnun tanınması və köçürülmə barədə iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən C.İ.Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar