Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2881/2023 04.07.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Abiyev Elnur Elman oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı akt əsasında qanunsuz hesablanmış cərimə məbləğinin silinməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı akt əsasında qanunsuz hesablanmış cərimə məbləğinin silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2020-ci il tarixli akta görə hesablanmış 302 (üç yüz iki) manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2020-ci il tarixli, ******* nömrəli akta əsasən ümumilikdə iddiaçının adına 302 (üç yüz iki) manat məbləğində cərimə edilmişdir. Həmin cərimə pulunun yazılmasına səbəb kimi “Əraziyə baxış keçirilən zaman sayğacdan əvvəl qeydiyyatsız təbiiqazdan istifadə edildiyi aşkar olundu” qeyd edilmişdir. İddiaçı bununla razı deyildir. Ona görə ki, başqasına aid olan sayğacı onun adına cərimə kimi tətbiq etmişlər. O, iddia ərizəsinə sayğacın fotoşəkilini əlavə etmiş, fotoşəkildə göstərilən divar və sayğac onun evinə aid deyildir. Qeyd etmək istəyir ki, xx.xx.2020-ci il tarixli Abonentin saldosunda ona 2020-ci ildən ayrı-ayrı tarixlərdə cərimə tətbiq edilmişdir. Bu günə kimi ona həmin cərimə məbləğləri barədə heç bir məlumat verilməmişdir. Üstəlik o, tətbiq edilən aktları imza etməkdən guya imtina etmişdir. Halbuki, onun həmin aktlardan xəbəri belə olmamışdır. İstifadə etdiyi sayğac mexaniki sayğacdır. Hər ay sərf etdiyi təbii qaza görə ödənişlərini edir. Onun həmin cərimə məbləğindən evinə göndərilən bildiriş xəbərdarlığından sonra xəbəri olmuşdur. Həmin bildirişdə onun yekun borcuun 475.56 manat olduğu göstərilmişdir. Onun övladının səhhəti ilə maddi sıxıntılar çəkdiyi üçün və övladı ilə xəstəxanada olduğu üçün bir neçə ay sərf etdiyi təbii qaza görə borcunu ödəyə bilməmişdir. Buna görə də onun 173 manat məbləğində təbii qaza görə borcu yaranmışdır. Lakin 302 manat cərimə pulunu isə qəti şəkildə qəbul etmir. Ona görə də məhkəmədən həmin cərimə pulunun silinməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi Nümayəndə iddianı qəbul edərək izahatında bildirdi ki, sözügedən məsələ ilə əlaqədar yenidən araşdırılma aparılmış və məlum olmuşdur ki, həmin ünvan iddiaçıya məxsus deyildir. Akt tərtib edilərkən yalnışlığa yol verilmişdir. Odur ki, iddianın təmin edilməsinə etiraz etmir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1. maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş; Cavabdeh təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2020-ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, baxış keçirilən zaman istehlakçı İddiaçı adına olan Abşeron rayonu, Hökməli kəndi ünvanında, G-4 1302AZ**********54 nömrəli sayğacda təbii qazdan qanunsuz istifadə edilməsi aşkar olunub . Aktda dəymiş ziyanın hesablanması tələb olunmuşdur. Dəymiş ziyanın bərpası üzrə tələbnamənin surətindən görünür ki, istehlakçı İddiaçı, ünvanı Abşeron rayonu, Hökməli kəndi, abonent kodu **********00061 olan, dəymiş ziyanın bərpasına əsas xx.xx.2020-ci il tarixli, ******* №-li Akt, hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış (cəmi: 3024 m3) görə məbləğin ödənilməsi barədə qərar qəbul edilmişdir. Abonent saldosundan görünür ki, abonent kodu **********00061 olan, ailə tərkibi 4 nəfər olan İddiaçı - Abşeron rayonu, Hökməli kəndi ünvanında xx.xx.2020-ci il tarixdə Elster G-4T Diafraqma tipli, 12529520 nömrəli sayğac quraşdırılmışdır. Cihazlar: 4 gözlü qaz plitələri (PQ-4)(1/1), abonentin borcu 2020-ci il üçün 302 manat hesablanmışdır. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1988-ci ildə Yevlax rayonu, Qoyunbinəsi kəndində anadan olmuş, Qax rayonu, İlisu kəndində qeydiyyatdadır. xx.xx.2023-cü il tarixli İstehlakçının qaz təsərrüfatının inventar aktının surətindən görünür ki, İddiaçı müraciəti əsasında ünvanına baxış keçirilmişdir. Məlum olmuşdur ki, hər hansı bir sayğacdan kənar xətt aşkar edilməmiş və çəkilən şəkillərin ünvanla heç bir əlaqəsi yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə edilmiş "Qazdan istifadə QAYDALARİ" nın 4.2.6.5 bəndlərinin "Azəriqaz" istehsalat Birliyinin xx.xx.2013-cii il tarixli "Əhali abonentlərinin mənzillərində evlərdə) qaz sayğaclarının quraşdırılması və istismarı Qaydalarının" 6,14 və "Qeyri-yaşayış sahələrində qaz sayğaclarının quraşdırılması və istismarı Qaydalarının" 6,5 və X1 xx.xx.2009-cu il tarixli 14-S saylı sərəncamının icrası olaraq istehlakçıların öz vəsaitləri hesabına G-4 və G-6 markalı qaz sayğacları ilə təchiz edilməsinin qiymət cədvəlinə əsasən Əhali abonenti Smart kart (İTRON)G-4 – qiyməti 212,28 manat qeyd olunmuşdur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»na (bundan sonra – Qaydalar) müvafiq olaraq qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir (4.2). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir (4.9). İş materiallarında olan xx.xx.2023-cü il tarixli İstehlakçının qaz təsərrüfatının inventar aktından və tərəflərin izahatlarından müəyyən edilir ki, iddiaçının ünvanında sayğacdan əvvəl kənar birləşmə (qeyri-qanuni) aşkar olunmamış, məhkəməyə təqdim olunmuş sübutlarla iddiaçının hüquq pozuntusuna yol verdiyi halı öz əksini tapmamışdır. Qaz təsərrüfatının inventar aktı bir daha sübut edir ki, iddiaçı sayğacdan kənar xətdən qanunsuz qoşulmadan istifadə etməmişdir. Məhkəmə qeyd edir ki, akta əsasən abonent qazdan qeyri-qanuni istifadə etməsi sayğacdan əvvəl əlaqələndirilsə belə bunun iddiaçıya məxsus evdə törədildiyi, qanunsuz hərəkətlərin səbəb olduğu sübut edilməmişdir. Əksinə Qaydaların 4.8-ci bəndinə əsasən iddiaçının qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşımışdır. Yaranmış vəziyyətdə fiziki şəxs olan iddiaçının yaşadığı ünvanda quraşdırılmış qaz sayğacından əvvəl iddiaçı tərəfindən qanunsuz qoşulma edildiyini və bunun nəticəsində onun tələbdə göstərilən həcmdə borcunun yarandığını, sübut etmək yükü cavabdehin üzərində olmuşdur. Cavabdeh isə iddiaçıya məxsus evə dair qazdan istifadəyə görə ona hesablanmış borcla bağlı mövqeyini əsaslandıraraq bunun yalnış olaraq hesablandığını və çəkilmiş fotoşəkillərdəki evin iddiaçıya məxsus olmadığını bildirmişdir. MPM-in 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77-ci maddəsinin tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikasının MPM-in 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında İddiaçı qanunsuz hesablanmış 302 (üç yüz iki manat) manat cərimə məbləği silinməlidir. Аzərbаycаn Rеspublikаsının Mülki Prоsеssuаl Məcəlləsinin 217.4. mаddəsinə əsаsən məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.3. mаddəsinə əsаsən hаkim işdə iştirаk еdən şəхslərin vеrdiyi tələblər üzrə qətnаmə çıхаrır. Lаkin hаkim qаnundа göstərilən müstəsnа hаllаrdа iddiа tələblərindən kənаrа çıха bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında İddiaçı qanunsuz hesablanmış 302 (üç yüz iki) manat cərimə məbləği silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-2881/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2881/2023
04.07.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver