Məhkəmə qərarları › İş №2(012)-2897/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2897/2021

06.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2897/2021 06.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs: ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi) hüquqi faktın müəyyən edilməsi barədə ərizəsinə 06 avqust 2021-ci il tarixdə, Xırdalan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, JN-3586 saylı 30800086 kodlu “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının AZE 0*******, F783840 seriyalı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində göstərilən Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş üzrə məhkəmə baxışı zamanı Ərizəçi Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsinə dair” ərizə verərək, Abşeron rayon 1 saylı DNK-nın qərarı ilə 04 dekabr 2004-cü il tarixli 3M/826 №-li alqı-satqı müqaviləsi əsasında X1 adına verilmiş “Torpağa mülkiyyət hüququna dair” JN-3586 saylı, 30800086 kodlu Dövlət aktının Abşeron RPŞ tərəfindən 02 dekabr 2011-ci il tarixdə verilmiş AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin sahibi Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi Abşeron rayonu, Saray qəsəbəsində yerləşən, ona və digər ailə üzvlərinə məxsus 0.16 ha torpaq sahəsi üzərində hüquqlarının qeydiyyata alınması üçün Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən 01.04.2021-ci il tarixli Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildiriş göndərilmişdir. Bildirişdə qeyd edilmişdir ki, JN-3586 KOD 30800086 saylı torpağın mülkiyyət hüququna dair dövlət aktında göstərilən hüquq sahibinin adı, soyadı və ata adının vətəndaşın şəxsiyyət vəsiqəsində göstərilən ad, soyad və ata adı ilə tamamilə fərqli olduğu aşkar edilmişdir. Belə ki, JN-3586 saylı dövlət aktında “X2” göstərildiyi halda, vətəndaşın şəxsiyyət vəsiqəsində “Ərizəçi” kimi qeyd edilmişdir. Ərizəçinin “Ağayeva” soyadı onun ata soyadıdır. Hazırda isə ərinin soyadını, yəni “Nuriyeva” soyadını daşıyır. Bu səbəbdən ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənləri təsdiq edərək, ərizəsinin məzmununa uyğun izahat verib ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək, toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilən X9 ifadəsində bildirdi ki, ərizəçinin əridir. 02 mart 1981-ci il tarixdə ailə qurmuşlar. Ərizəçinin soyadı “Ağayeva” olmuşdur. Evləndikdən sonra “Nuriyeva” soyadını qəbul etmişdir. Dövlət aktında ərizəçinin adı yanlışlıqla X2 olaraq qeyd edilmişdir. Beləliklə, təsdiq edir ki, Abşeron rayon 1 saylı DNKnın qərarı ilə 04 dekabr 2004-cü il tarixli 3M/826 №-li alqı-satqı müqaviləsi əsasında X1 adına verilmiş “Torpağa mülkiyyət hüququna dair” JN-3586 saylı, 30800086 kodlu Dövlət aktı Abşeron RPŞ tərəfindən 02 dekabr 2011-ci il tarixdə verilmiş AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin sahibi Ərizəçi məxsusdur. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadəsində bildirdi ki, ərizəçinin gəlinidir. 2009-cu ildə ailəyə gəlin gəlmişdir. O, həqiqətən təsdiq edir ki, “Torpağa mülkiyyət hüququna dair” JN-3586 saylı, 30800086 kodlu Dövlət aktı Ərizəçi məxsusdur. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadəsində bildirdi ki, ərizəçinin qudasıdır. Həmçinin 2008-ci ildən qonşudurlar. O da təsdiq edir ki, “Torpağa mülkiyyət hüququna dair” JN-3586 saylı, 30800086 kodlu Dövlət aktı ərizəçiyə məxsusdur. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadəsində bildirdi ki, ərizəçinin gəlinidir. 2008-ci ildən qohumdurlar. “Torpağa mülkiyyət hüququna dair” JN-3586 saylı, 30800086 kodlu Dövlət aktı ərizəçiyə məxsusdur. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Abşeron rayon İHB-nın Saray qəsəbə İƏD üzrə Nümayəndəliyi tərəfindən verilən 21.05.2021-ci il tarixli, 1691 №-li arayışdan müəyyən edilir ki, həqiqətən, torpağa mülkiyyət hüququna dair JN-3586 KOD 30800086 saylı dövlət aktı Ərizəçi məxsusdur və həqiqətən, orada “Ərizəçi” əvəzinə səhvən “X2” yazılmışdır. Mülki işin materiallarında olan AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, Ərizəçi xx.xx.1958-ci il tarixdə Ermənistan, Qafan rayonunda anadan olmuşdur. Mülki işin materiallarında olan 549712 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, xx.xx.1958-ci il təvəllüdlü Ərizəçi atası “X10”, anası “X3”dır. Mülki işin materiallarında olan 365148 saylı nikah haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, X9 və X7 arasında nikah 02 mart 1981-ci il tarixdə bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada “Nuriyeva” soyadı verilmişdir. Mülki işin materiallarında olan JN-3586 KOD 30800086 saylı torpağın mülkiyyət hüququna dair dövlət aktından müəyyən edilir ki, 2-ci sırada “X2” olaraq qeyd edilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin 01.04.2021-ci il tarixli, **********54 №-li məktubundan müəyyən edilir ki, JN-3586 KOD 30800086 saylı torpağın mülkiyyət hüququna dair dövlət aktında göstərilən hüquq sahibinin ad, soyad və ata adı ilə vətəndaşın şəxsiyyət vəsiqəsində göstərilən ad, soyad və ata adının tamamilə fərqli olduğu aşkar edilmişdir. Belə ki, dövlət aktında “X2” göstərildiyi halda, vətəndaşın şəxsiyyət vəsiqəsində “Ərizəçi” kimi qeyd aşkar olunmuşdur. Bunun üçün Ərizəçi ərizəsinin icrasından imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Abşeron rayon 1 saylı DNKnın qərarı ilə 04 dekabr 2004-cü il tarixli 3M/826 №-li alqı-satqı müqaviləsi əsasında X1 adına verilmiş “Torpağa mülkiyyət hüququna dair” JN-3586 saylı, 30800086 kodlu Dövlət aktının Abşeron RPŞ tərəfindən 02 dekabr 2011-ci il tarixdə verilmiş AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin sahibi Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Abşeron rayon 1 saylı DNK-nın qərarı ilə 04 dekabr 2004-cü il tarixli 3M/826 №-li alqı-satqı müqaviləsi əsasında X1 adına verilmiş “Torpağa mülkiyyət hüququna dair” JN- 3586 saylı, 30800086 kodlu Dövlət aktının Abşeron RPŞ tərəfindən 02 dekabr 2011-ci il tarixdə verilmiş AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin sahibi Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar