Məhkəmə qərarları › İş №2(012)-2899/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2899/2021

22.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2899/2021 22.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi) hüquqi faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə 22 iyun 2021-ci il tarixdə, Xırdalan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, JN - 525A saylı, 30800076 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində göstərilən Ərizəçi, AZ-İ № 372413 seriyalı ölüm haqqında şəhadətnamədə göstərilən Anabacı Məmmədəli qızına məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən ərizəçiyə və ailənin digər üzvlərinə məxsus 0.18 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə ərizə ilə müraciət etmişlər. Lakin Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən 14.01.2021-ci il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildiriş göndərilmişdir. Bildirişdə qeyd edilmişdir ki, aparılan araşdırma zamanı müraciət üzrə əlavə edilmiş JN-525A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən hüquq sahiblərinin ad, soyadı ilə şəxsiyyəti təsdiq edən sənəddə göstərilən ad və soyadı arasında kəskin fərqlərin olduğu aşkar edilmişdir. Belə ki, JN-525A torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən hüquq sahibi “X1” göstərilməsinə baxmayaraq, ölüm haqqında şəhadətnamədə “Anabacı Məmmədəli qızı”, hüquq sahibi “X5” göstərilməsinə baxmayaraq şəxsiyyət vəsiqəsində “Ərizəçi” kimi qeyd edildiyi aşkar edilmişdir. Bütün bunlara əsasən də ərizəçilərin müraciətlərindən imtina edilmişdir. Ərizəçilərə qeyd edilən bildiriş təqdim edildikdən sonra şifahi olaraq izah edilmişdir ki, məsələnin həllindən ötrü məhkəməyə müraciət etməlidirlər. Ərizəçilər məsələnin məhkəmə qaydasında həll edilməsindən ötrü hazırki ərizə ilə məhkəməyə müraciət etmək qərarına gəlmişlər. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənləri təsdiq edərək, ərizədə yazılanlara uyğun izahat verib ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş maraqlı şəxs DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi məhkəmədə nümayəndəsinin iştirakını təmin etmədi. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçinin izahatlarını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək, toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, ərizə əsaslıdır, təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan 372413 №-li ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, Anabacı Məmmədəli qızı 04 dekabr 2009-cu ildə ölmüşdür. Mülki işin materiallarında olan AZE seriyalı ******** №-li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, Ərizəçi xx.xx.1976-ci il tarixdə Abşeron rayonu, Qobu qəsəbəsində anadan olmuşdur. Mülki iş materiallarında olan 22.03.2006-cı il tarixdə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-525A, KOD 30800076 saylı şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayonu Qobu qəsəbə sakinləri X1, Ərizəçi və X2 Abşeron rayon Aqrar İslahat Komissiyasının 01 iyul 2005-ci il tarixli 59 nömrəli qərarı ilə 0.18 ha torpaq sahəsi fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektik və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı kimi mülkiyyətlərinə verilmişdir. Mülki işin materiallarında olan Abşeron rayon İHB-nın Qobu qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 24.11.2020-ci il tarixli, 50 №-li arayışdan müəyyən edilir ki, torpağın mülkiyyətə verilməsinə dair JN 525A saylı şəhadətnamədə Anabacı Məmmədəli qızı əvəzinə səhvən X1 yazılmışdır. Mülki işin materiallarında olan Abşeron rayon İHB-nın Qobu qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 18.11.2020-ci il tarixli, 915 №-li arayışdan müəyyən edilir ki, Anabacı Məmmədəli qızı həqiqətən də Qobu qəsəbəsi, Məmmədyarov küçəsində 67 saylı evdə qeydiyyatda olmuş, yaşamış, 04 dekabr 2009-cu ildə vəfat etmiş, vəfat edən günə kimi həmin ünvanda ailə üzvləri – X4, Ərizəçi, X6 ilə birlikdə yaşamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, 22.03.2006-cı il tarixdə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-525A, KOD 30800076 saylı şəhadətnamənin 09 dekabr 2009-cu il tarixdə ölmüş Anabacı Məmmədəli qızına və xx xxxx 1976-cı il tarixdə anadan olmuş Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 22.03.2006-cı il tarixdə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-525A, KOD 30800076 saylı şəhadətnamənin 09 dekabr 2009-cu il tarixdə ölmüş Anabacı Məmmədəli qızına və xx xxxx 1976-cı il tarixdə anadan olmuş Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar