Məhkəmə qərarları › İş №2(012)-2904/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2904/2021

10.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2904/2021 10.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakları ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı «hüquqi əhəmiyyətli olan faktların müəyyən olunması» ərizəsi üzrə mülki işə 10 iyun 2021-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək, JN - 1373A saylı, 30800118 kodlu torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin İV-ЖГ № 378283 saylı ölüm haqqında şəhadətnamədə göstərilən “Hacıbala Paşa oğlu” na, AZE 0*******, FS79VU1 seriyalı AR-sı vətəndaşının şəxsiyyət vəsiqəsində göstərilən “Ərizəçi1” na, AA*******, xxxxxxx seriyalı AR-sı vətəndaşının şəxsiyyət vəsiqəsində göstərilən “Ərizəçi2” na məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Ərizəçi1 məhkəmə iclasında izahatında bildirdi ki, Abşeron rayonu, Novxanı kəndində mərhum Hacıbala Paşa oğluna məxsus fərdi yaşayış evinin yerləşdiyi 0,20 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Lakin ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən 12.03.2021-ci il tarixli Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildiriş göndərilmişdir. Bildirişdə qeyd edilmişdir ki, aparılan araşdırma zamanı müraciət üzrə əlavə edilmiş ləğv edilmiş DT və XK tərəfindən tərtib edilmiş JN-1373A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən hüquq sahibinin adı, soyad və ata adı ilə şəxsiyyəti təsdiq edən sənəddə göstərilən ad, soyad və ata adının tamamilə fərqli olduğu aşkar edilmişdir. Belə ki, JN- 1373A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə hüquq sahibləri ardıcıl olaraq “X3”, X1, “X9” göstərildiyi halda vətəndaşların şəxsiyyətini təsdiq edən sənədlərdə “Hacıbala Paşa oğlu”, “Əbdürəhimova (Paşayeva) Sadiqə Habil qızı”, “Paşayeva (Məmmədova) Turan Paşa qızı” kimi qeyd edilmişdir. Onu da qeyd etməlidir ki, X8 04 iyun 2004-cü ildə X4 ilə rəsmi nikaha daxil olmuşdur. X8 ailə həyatı qurduqdan sonra soyadı Məmmədova olmuşdur. Əbdürəhimova da onun ata soyadıdır. O, X5 ilə rəsmi nikaha daxil olduğu üçün soyadını Paşayeva kimi qeyd etmişdirlər. Bütün bunlara əsasən onların müraciətindən imtina edilmişdir. Onlara qeyd edilən bildiriş təqdim edildikdən sonra şifahi olaraq izah edilmişdir ki, məsələnin həllindən ötrü məhkəməyə müraciət etməlidirlər. Qeyd olunanlara əsasən o, ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etdi. Digər Ərizəçi2 məhkəmədə ərizəni müdafiə edərək, Ərizəçi1 izahatına uyğun izahat verdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə digər ərizəçi X7 və maraqlı tərəfin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinə əsasən məhkəmə işə onların iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan Abşeron rayon İHB-nin Novxanı kəndi üzrə nümayəndəliyi tərəfindən verilmiş İV- ЖГ № 378283 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Hacıbala Paşa oğlu 18 noyabr 1992-ci ildə dünyasını dəyişmişdir. İş materiallarında olan AZE Seriyalı, 0******* №-li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Ərizəçi1 xx.xx.1960-cı ildə Abşeron rayonu, Novxanı kəndində anadan olmuşdur. İş materiallarında olan AA******* №-li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Ərizəçi2 xx.xx.1984-cü ildə anadan olmuşdur. İş materiallarında olan 19 yanvar 2006-cı il tarixli JN-1373A KOD 30800118 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu Aqrar İslahat Komissiyasının 30 avqust 1999-cu il tarixli 28 nömrəli qərarı ilə verilmiş 0,20 hektar ölçüsü olan torpaq sahəsi X3, X1 və X6 mülkiyyətinə verilmişdir. Məhkəmə ərizəçilərin izahatlarını və iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, Hacıbala Paşa oğlunun, Ərizəçi1 və Ərizəçi2 adı şəhadətnamədə səhv olaraq X3, X1 və X9 olaraq göstərilmiş və həmin səhvin aradan qldırılmaması ərizəçilərin haqlı mənafelərinin pozulması ilə nəticələnir. Odur ki, məhkəmə hesab edir ki, JN-1373A KOD 30800118 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin İV-ЖГ № 378283 saylı ölüm haqqında şəhadətnamədə göstərilən “Hacıbala Paşa oğlu” na, AZE 0*******, FS79VU1 seriyalı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində göstərilən “Ərizəçi1” na, AA*******, xxxxxxx seriyalı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində göstərilən “Ərizəçi2” na məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi,xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin(həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149-150, 216-220, 307,308, 311 və 360cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin edilsin. JN-1373A KOD 30800118 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin İV-ЖГ № 378283 saylı ölüm haqqında şəhadətnamədə göstərilən “Hacıbala Paşa oğlu” na, AZE 0*******, FS79VU1 seriyalı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində göstərilən “Ərizəçi1” na, AA*******, xxxxxxx seriyalı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində göstərilən “Ərizəçi2” na məxsus olması faktının müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar