Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2912/2020 06.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı Mövsüm oğlunun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Mövsüm oğlunun cavabdeh “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı müqavilənin ləğvi və pul tələbinə dair mülki işə xx xxxxxxx 2020-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Mövsüm oğlu cavabdeh “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı müqavilənin ləğvi və pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, cavabdehlə onun Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr 167 ünvanında yerləşən «AAAF-Park» yaşayış massivinin 29 saylı küçəsindəki inşa etdiyi 1 nömrəli binanın, 14cü mərtəbəsində yerləşəcək 122.1 kv.m mənzilə dair bağladıqları xx xxxxxxxx 2017-ci il tarixli mənzil alqı-satqısına dair müqavilənin ləğv edilməsi, bu müqaviləyə görə cavabdeh “xxxxxxxxxxx” MMC-yə ödədiyi 67155 manatın alınıb ona qaytarılması, müqavilə bağlandığı gündən məhkəmə qətnaməsi icra olunan günə kimi hər ay ödədiyi və ödəyəcəyi 400 manat kirayə haqqı hesablanaraq cavabdehdən alınaraq ona ödənilməsi, iddia qaldırmaq üçün dövlət büdcəsinə ödədiyi 30 manatın və vəkil xidmətinə görə ödədiyi pulun cavabdehdən alınaraq ona qaytarılması və mənəvi ziyana görə cavabdehdən 10000 manatın alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə xx xxxxxxxx 2017-ci il tarixdə mənzil alqı-satqısına dair müqavilə bağlamışlar. Müqaviləyə əsasən cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr 167 ünvanında yerləşən «AAAF-Park» yaşayış massivinin 29 saylı küçəsində inşa edilən 1 nömrəli binanın, 14-cü mərtəbəsində yerləşəcək 122.1 kv.m mənzili ona verməyi öhdəsinə götürmüşdür. Mənzilin hər bir kv.min qiyməti 550 manata hesablanmışdı. Müqavilənin ümumi qiyməti 67155 manat təşkil etmişdir. O, həmin 67155 manat məbləği bir neçə dəfəyə tam şəkildə ödəmişdir. Cavabdeh ona müqavilə və pulların ödənilməsi ilə bağlı qəbzlər vermişdir. Müqavilə bağlanarkən şirkətdən ona bildirdilər ki, bina 1 il ərzində, yəni 2018-ci ilin sonuna təhvil veriləcək, eyni vaxtda mənzil də təhvil veriləcəkdir. Lakin, üstündən 3 il müddət keçməsinə baxmayaraq bina hələ də, tam tikilməmişdir. Şirkət tərəfindən aldadıldığını başa düşərək müqaviləni pozmaq və ödədiyi pul məbləğini geri almaq niyyətindədir və bu səbəbdən də məhkəməyə müraciət etmişdir. O, Bakı şəhərində yerləşən mənzilini sataraq hazırki müqaviləni bağlamış və düşünmüşdür ki, mənzil 2018-ci ilin sonunda ona təhvil veriləndən sonra bir-iki aya oranı təmir edərək köçər. Lakin, 3 ildir ki, kirayələrdə qalmaq məcburiyyəti ilə üzləşmiş və hər ay kirayə haqqı kimi 400 manat ödəyir. Onun indiyə kimi kirayədə qalmağının və hər ay 400 manat kirayə haqqı ödəməyinin təqsirkarı cavabdeh olduğu üçün həmin məbləğ də, yəni müqavilə bağlandığı gündən iddiası üzrə çıxarılacaq qətnamə icra olunan günə kimi hər ay 400 manatdan hesablanmaqla cavabdehdən alınaraq ona ödənilməlidir. Nəzərə alınmalıdır ki, indiyə kimi müqavilənin bağlanmasından 33 ay keçmiş və o ümumilikdə 13200 manat kirayə haqqı ödəmişdir. Hesab edir ki, binanın və mənzilin bu günə kimi tikilib təhvil verilməməsi onun kirayədə qalmağı və kirayə haqqı ödəməyi ilə nəticələnmiş və bu cavabdehin təqsiri üzündən baş verdiyinə görə aralarında bağlanmış müqavilənin 6.1 bəndinə əsasən cavabdeh vurulmuş ziyana görə məsuliyyət daşımalı və həmin məbləğ də cavabdehdən alınaraq ona ödənilməlidir. Bundan başqa, o 3 il ərzində cavabdehin hərəkətləri nəticəsində əsəb və stress keçirmiş, bu hələ də davam etməkdədir. Cavabdeh binanı və mənzili təhvil verməməklə ona mənəvi ziyan da vurmuşdur. Həmin ziyanın məbləğini 10000 manat məbləğində qiymətləndirir və bu məbləğ də cavabdehdən alınaraq ona ödənilməlidir. Ona görə də, cavabdehlə onun Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr 167 ünvanında yerləşən «AAAF-Park» yaşayış massivinin 29 saylı küçəsindəki inşa etdiyi 1 nömrəli binanın, 14- cü mərtəbəsində yerləşəcək 122.1 kv.m mənzilə dair bağladıqları xx xxxxxxxx 2017-ci il tarixli mənzil alqı-satqısına dair müqavilənin ləğv edilməsi, bu müqaviləyə görə cavabdeh “xxxxxxxxxxx” MMC-yə ödədiyi 67155 manatın alınıb ona qaytarılması, müqavilə bağlandığı gündən məhkəmə qətnaməsi icra olunan günə kimi hər ay ödədiyi və ödəyəcəyi 400 manat kirayə haqqı hesablanaraq cavabdehdən alınaraq ona ödənilməsi, iddia qaldırmaq üçün dövlət büdcəsinə ödədiyi 30 manatın və vəkil xidmətinə görə ödədiyi pulun cavabdehdən alınaraq ona qaytarılması və mənəvi ziyana görə cavabdehdən 10000 manatın alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Mövsüm oğlunun nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənləri təsdiq edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, mülki işə cavabdeh “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, aşağıda qeyd edilənlərə əsasən iddia qismən təmin edilməlidir. Mülki işin materiallarında olan xx xxxxxxxx 2017-ci il tarixli 2386 nömrəli alqısatqı müqaviləsindən müəyyən edilir ki, “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti Abşeron rayonu, Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanında yerləşən “AAAF- Park” yaşayış massivindəki 29 saylı küçədə inşa edilən 1 saylı yaşayış binanın, 14-cü mərtəbədə sahəsi 122,1 kv.m olan 3 otaqlı 113 nömrəli mənzili İddiaçı Mövsüm oğluna verməyi, İddiaçı Mövsüm oğlu isə ilkin olaraq 35000 manat ödəniş etməklə, geri qalan 32155 manatı məbləği 1.00 ay müddətinə ödəniş etməyi “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödəməyi öhdəsinə götürür. Mülki işin materiallarında olan xx xxxxxxxx 2017-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanında yerləşən “AAAF-Park” yaşayış massivindəki 29 saylı küçədə inşa edilən 1 saylı yaşayış binanın, 14-cü mərtəbədə sahəsi 122,1 kv.m olan 3 otaqlı 113 nömrəli mənzilin dəyəri 67155 manat məbləğində müəyyən edilmişdir. İddiaçı Mövsüm oğlu həmin mənzilə görə “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ümumilikdə 35000 manat ödəniş etmiş, qalıq borc isə 32155 manat təşkil edir. Mülki işin materiallarında olan xx xxxxxx 2018-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanında yerləşən “AAAF-Park” yaşayış massivindəki 29 saylı küçədə inşa edilən 1 saylı yaşayış binanın, 14-cü mərtəbədə sahəsi 122,1 kv.m olan 3 otaqlı 113 nömrəli mənzilə görə İddiaçı Mövsüm oğlu “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ümumilikdə 67155 manat ödəniş etmiş və qalıq borcu qalmamışdır.Mənzil 2018-ci ildə iddiaçıya təhvil verilməsi bildirilsə də, cavabdeh vədinə əməl etməmişdir. Mülki işin materiallarında olan İddiaçı Mövsüm oğlunun nümayəndəsi və vəkili Vəkil xx xxxxxxxx 2020-ci il tarixli müraciətindən görünür ki, «xxxxxxxxxxx» MMC ilə İddiaçı arasında xx.xx.2017-ci il tarixdə mənzil alqı-satqısına dair müqavilə bağlanmışdır. Müqaviləyə əsasən «xxxxxxxxxxx» MMC Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr 167 ünvanında yerləşən «AAAF-Park» yaşayış massivinin 29 saylı küçəsində inşa edilən 1 nömrəli binanın, 14-cü mərtəbəsində yerləşəcək 122.1 kv.m mənzili İddiaçı verməyi öhdəsinə götürmüşdür. Mənzilin hər bir kv.m-in qiyməti 550 manata hesablanmışdır. Müqavilənin ümumi qiyməti 67155 manat təşkil etmiş və İddiaçı həmin 67155 manat məbləği bir neçə dəfəyə tam şəkildə ödəmişdir. Buna dair İddiaçı müqavilə və pulların ödənilməsi ilə bağlı qəbzlər verilmişdir. Müqavilə bağlanarkən şirkətdən bildirilmişdir ki, bina 1 il ərzində, yəni 2018-ci ilin sonuna təhvil veriləcək. Eyni vaxtda da mənzillər də təhvil veriləcəyi bildirilmiş, lakin, üstündən 3 il müddət keçməsinə baxmayaraq bina hələ də tam tikilməmişdir. İddiaçı şirkət tərəfindən aldadıldığını düşünür və müqaviləni pozmaq və ödədiyi pul məbləğini geri almaq niyyətindədir. Ona görə də, 10 gün müddətində «xxxxxxxxxxx» MMC ilə İddiaçı arasında xx.xx.2017-ci il tarixdə bağlanmış müqaviləni pozmaqla ödənilmiş pul məbləğini geri qaytarılmasını, əks halda məhkəməyə müraciət olunacağı qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1.-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Mülki Məcəllənin 421.1.maddəsinə görə Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Məhkəmə araşdırmaları zamanı və eləcə də işin faktiki hallarından müəyyən edilmişdir ki, Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanında yerləşən “AAAF-Park” yaşayış massivindəki 29 saylı küçədə inşa edilən 1 saylı yaşayış binanın, 14-cü mərtəbədə sahəsi 122,1 kv.m olan 3 otaqlı 113 nömrəli mənzil “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 2018-ci ildə təhvil verilməli idi. Lakin, cavabdeh “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı Mövsüm oğlu arasında Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanında yerləşən “AAAF-Park” yaşayış massivindəki 29 saylı küçədə inşa edilən 1 saylı yaşayış binanın, 14-cü mərtəbədə sahəsi 122,1 kv.m olan 3 otaqlı 113 nömrəli mənzilin alqı-satqısı barədə xx xxxxxxxx 2017-ci il tarixli 2386 nömrəli müqavilə üzrə “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti öhdəliyi yəni həmin mənzili göstərilən müddətə qədər təhvil verilmədiyindən, bununla da “xxxxxxxxxxx” MMC müqavilə üzrə öhdəliyini yerinə yetirmədiyindən, “xxxxxxxxxxx” MMC ilə İddiaçı Mövsüm oğlu arasında bağlanmış xx xxxxxxxx 2017-ci il tarixli 2386 nömrəli alqı-satqı müqaviləsi ləğv edilməli, həmin müqavilə üzrə Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanında yerləşən “AAAF-Park” yaşayış massivindəki 29 saylı küçədə inşa edilən 1 saylı yaşayış binanın, 14-cü mərtəbədə sahəsi 122,1 kv.m olan 3 otaqlı 113 nömrəli mənzilə görə ödənilmiş 67155 manat pul vəsaitinin “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən alınaraq İddiaçı Mövsüm oğluna ödənilməli, bu hissədə iddia tələbi əsaslı olmaqla təmin edilməlidir. İddia tələbinin mənəvi zərərə hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, “İnsan hüquqlarının və X1 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və X2 Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. “Mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Eyni zamanda “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli qərarında qeyd edilir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntılarının xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. İşin hallarından göründüyü kimi, cavabdeh müqavulə öhdəliyini pozduğundan məhkəmə tərəflər arasında bağlanan müqavilənin ləğv edilməsi qərarına gəlmişdir.Bu halda, cavabdehin qeyd edilən hərəkətləri nəticəsində iddiaçıya mənəvi zərər vurulması halı mübahisəsizdir.Lakin , məhkəmə hesab edir ki, mənəvi zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Ona görə də, məhkəmə hesab edir ki, mənəvi zərərin məbləği iki min manat müəyyən edilməli və bu hissədə iddia qismən təmin edilərərək cavabdehdən iddiaçının xeyrinə mənəvi zərərə görə 2000 manat məbləğində pul tutulmalıdır. İddia tələbinin kirayə haqqı hissəsinə və vəkil xərci hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, bununla bağlı iş materiallarında hər hansı sübut mövcud deyildir. Ona görə də, məhkəmə hesab edir ki, həmin hissələrdə iddia tələbləri əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, İddiaçı Mövsüm oğlunun iddia tələbi təmin edildiyindən onun tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 20 manatı cavabdeh “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən alınaraq İddiaçı Mövsüm oğluna ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəh-bər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. “xxxxxxxxxxx” MMC ilə İddiaçı Mövsüm oğlu arasında Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanında yerləşən 29 saylı küçədə inşa edilən 1 saylı yaşayış binanın, 14-cü mərtəbədə sahəsi 122,1 kv.m olan 3 otaqlı 113 nömrəli mənzilə dair bağlanmış xx xxxxxxxx 2017-ci il tarixli, 2386 saylı mənzilin alqı-satqısı müqaviləsi ləğv edilsin. İddiaçı Mövsüm oğlu tərəfindən “AAAF-Park” yaşayış massivindəki Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanında yerləşən 29 saylı küçədə inşa edilən 1 saylı yaşayış binanın, 14-cü mərtəbədə sahəsi 122,1 kv.m olan 3 otaqlı 113 nömrəli mənzilə görə ödənilmiş 67.155 (altmış yeddi min yüz əlli beş) manat, mənəvi zərərə görə 2000 (iki min) manat və 20 manat rüsuma görə pul “xxxxxxxxxxx” MMC-dən tutularaq İddiaçı Mövsüm oğluna verilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şıka--yəti ve-rilə bilər. Hakim :Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-2912/2020
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2912/2020
06.10.2020 · Müqavilələrin ləğv edilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mənəvi zərərin ödənilmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver