Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2925/2021 18.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Dostiyeva Aytac Nazim qızının katibliyi, Ərizəçilər Ərizəçi1 və Məmmədova (Kərimova) Tamilla Cəlil qızının iştirakları ilə, Ərizəçilər Ərizəçi1 və Məmmədova (Kərimova) Tamilla Cəlil qızının maraqlı şəxs ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktı” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1 və Məmmədova (Kərimova) Tamilla Cəlil qızı “hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktı” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, JN-649F saylı, 30800027 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə edilmiş səhvlərin düzəldilərək X3 əvəzinə Ərizəçi1, X1 əvəzinə X12 yazılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Mülki iş üzrə məhkəmə baxışı zamanı ərizəçilər Ərizəçi1 və Məmmədova (Kərimova) Tamilla Cəlil qızı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsinə dair” ərizə verərək JN- 649F saylı 30800027 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin AA******* seriyalı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində göstərilən “Ərizəçi1”na, AA******* seriyalı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində göstərilən “Ərizəçi2”na məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Ərizə onunla əsaslandırılmışdır ki, Abşeron rayon Aqrar İslahat komissiyasının 10 noyabr 1998-ci il tarixli 21 saylı qərarı ilə ailə üzvlərinə 0,04 ha torpaq sahəsi verilmişdir. Həmin şəhadətnamədə Ərizəçi1 əvəzinə X18, X2 əvəzinə X13 yazılmışdır. Mülkiyyətçilərdən X25 02 may 2020-ci il tarixdə vəfat etmişdir. Ona çatası payın vərəsəlik qaydasında bölünməsi ilə bağlı vərəsəlik şəhadətnaməsi alınması üçün notariat orqanına müraciət etmişlər. Lakin qeyd olunan uyğunsuzluqlara görə notarius ərizəni qeydə almaqdan imtina etmişdir. Qeyd olunan uyğunsuzluqların aradan qaldırılması üçün Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmişlər. Lakin İdarə tərəfindən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Məhkəmə iclasında Ərizəçi1 ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ərizəçi Məmmədova (Kərimova) Tamilla Cəlil qızı ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçilərin izahatlarını dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında olan Abşeron rayon Aqrar İslahat Komissiyasının 10 noyabr 1998ci il tarixli 21 №-li qərarı ilə verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-649F saylı, 30800027 kodlu şəhadətnamədən müəyyən edilir ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,04 ha torpaq sahəsinin paylı mülkiyyətçiləri X25 (1), X14 (2), X15 (3), X4 (4), X21 (5), X22 (6), X8 (7), X26 (8), X16 (9), X19 (10), X17 (11), X9 (12), X18 (13), X13 (14), X10 (15) və X5r (16). İş materiallarında olan ASAN-1 tərəfindən 03 fevral 2020-ci il tarixdə verilmiş AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin sahibi Ərizəçi1dur. İş materiallarında olan ASAN-Şamaxı tərəfindən 12 yanvar 2020-ci il tarixdə verilmiş AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin sahibi Ərizəçi2dır. Ərizəçilər Ərizəçi1 və Məmmədova (Kərimova) Tamilla Cəlil qızı hesab edirlər ki, “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə göstərilən X18 və X13 məhz ərizəçilərin özüdür, lakin torpaq sahələri ilkin ayırma sənədlərində onlara verilərkən texniki səhv ucbatından onların adları səhv olaraq göstərilmişdir. İş materiallarında olan 06 noyabr 2020-ci il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsindən X11 verilən cavab məktubundan müəyyən edilir ki, JN-649F saylı, 30800027 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə hüquq sahibi “X18” göstərilməsinə baxmayaraq, Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsində “Ərizəçi1” və hüquq sahibi “X13” göstərildiyi halda, şəxsiyyət vəsiqəsində “Məmmədova (Kərimova) Tamilla Cəlil qızı” kimi qeyd edildiyi aşkar edildiyindən dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. İş materiallarında olan AZ seriyalı ******* №-li doğum haqqında şəhadətnamənin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, X12 xx.xx.1966-cı il tarixdə anadan olmuşdur. İş materiallarında olan XVİİİ-JQ seriyalı 367376 №-li doğum haqqında şəhadətnamənin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi1 xx.xx.1994-cü il tarixdə anadan olmuşdur. İş materiallarında olan V-JQ № 394385 saylı Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə X12 arasında nikah Mehdiabad qəsəbə JDS İcraiyyə Komitəsi 26 oktyabr 1990-cı ildə bağlanmış və “Nikahın bağlanması haqqında akt qeydləri kitabında” 44 №-si ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada “Məmmədova” soyadı verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adıvə soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə mənsub olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Beləliklə, qeyd edilənlərə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizəçilərin izahatlarından və təqdim edilən sənədlərdən JN-649F saylı, 30800027 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə göstərilmiş “X18” (13) ilə ASAN-1 tərəfindən 03 fevral 2020-ci il tarixdə verilmiş AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin sahibi “Ərizəçi1”nun və “X20” (14) ilə ASAN-Şamaxı tərəfindən 12 yanvar 2020-ci il tarixdə verilmiş AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin sahibi “Ərizəçi2”nın eyni şəxs olmaları və beləliklə, həmin şəhadətnamənin adıçəkilən şəxslərə məxsus olması faktı işdə olan sübutlarla təsdiqini tapdığından ərizə təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Abşeron rayon Aqrar İslahat Komissiyasının 10 noyabr 1998-ci il tarixli 21 №-li qərarı ilə X3 və X7 adına verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-649F saylı, 30800027 kodlu şəhadətnamənin ASAN-1 tərəfindən 03 fevral 2020-ci il tarixdə verilmiş AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin sahibi “Ərizəçi1”na və ASAN-Şamaxı tərəfindən 12 yanvar 2020-ci il tarixdə verilmiş AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin sahibi “Ərizəçi2”na məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-2925/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2925/2021
18.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver