Məhkəmə qərarları › İş №2(012)-2932/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2932/2025

21.08.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2932/2025 21.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsi üzrə mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi övladı xx.xx.1988-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onun övladı xx.xx.1988-ci il təvəllüdlü X5, ümumi xəstəlik səbəbindən əmək qabiliyyətsizdir. O, İ dərəcəli əlildir, daim kənar şəxsin qulluq və nəzarətinə ehtiyacı var. Qızı X9 tetraplegik forma qıc olma tutmaları ilə nitqin inkşafdan qalması xəstəliyindən əziyyət çəkir. Bu xəstəlik səbəbindən qızı hərəkətlərini idarə edə bilmir. Buna görə də, onu nəzarətsiz qoymaq mümkün deyildir. Özünü idarə edə bilməyən övladına qulluq göstərmək məcburiyyətindədir və onun bütün əziyyətlərini o çəkir. Övladı xəstəlik səbəbindən özünü idarə edə bilmədiyi üçün sənədləşmə işi lazım olduqda, sənədlərə imza ata bilmir, bu da bir sıra çətinliklər yaradır. Hal-hazırda X2 məhkəmə qaydası ilə fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi zərurəti yaranmışdır. Göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İştirak etdiyi məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edib, ərizədə yazılanlara uyğun izahat verərək onun təmin olunmasını xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında maraqlı şəxs Abşeron rayon İcra Hakimiyyətinin nümayəndəsi Nümayəndə ərizənin təmin edilməsinə etiraz etmədi. Məhkəmə proses iştirakçılarını dinləyib, işdəki sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, hesab edir ki, ərizə təmin edilməlidir. İşdə olan Xİİİ-JQ 378590 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1988-ci il təvəllüdlü X2 anası Ərizəçidır. İşdə olan ƏƏSMN TSEK-də sonuncu müayinəyə dair xx.xx.2008-ci il tarixli məlumatdan görünür ki, X4 xx.xx.2008-ci il tarixdə müddətsiz “X9 tetroplegik forma qıc olma tutmaları, nitqin inkişafdan qalması diaqnozu qoyulmuşdur. Əmək qabiliyyətsizdir. İşdə olan Səhiyyə Nazirliyi Məhkəmə X1 PHŞ-nin xx.xx.2025-ci il tarixli, 2186 saylı rəyindən görünür ki, X5 “X9 X6 X8” F71.0 müəyyən edilir. X5 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. X5 onda müəyyən edilən X9, Orta X8lə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Mülki Prosessual Məcəllənin 305.1.3-cü maddəsinə əsasən məhkəmə şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, xx.xx.1988-cı il təvəllüdlü X3 X9 orta X8 aşkar olunur. Onun daimi qulluğa ehtiyacı var və hərəkətlərinə nəzarət etmək, öz hərəkətlərinin nəticəsini dərk etmək qabiliyyəti yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1988-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1988-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar