Məhkəmə qərarları › İş №2(012)-2940/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2940/2024

19.08.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2940/2024 19.08.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «borcun silinməsi» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Abşeron rayonu, Qobu qəsəbəsindəkı (abonent kodu: **********00093) sayğacla bağlı xx.xx.2023cü il tarixli, ******* saylı akt üzrə əsassız hesablanmış 882,28 manat borc məbləğinin hesab kodundan silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt əsasında Abşeron rayonu, Qobu qəsəbəsindəkı (abonent kodu **********00093) sayğacla bağlı 882,28 manat əsassız borc hesablanmışdır. Qeyd edir ki, Cavabdeh işçiləri tərəfindən qanunsuzluqlara yol verilmişdir. Belə ki, sayğaca dair heç bir müdaxilə olmamış, plomb sayğacın üzərində olmuş, sayğacda heç bir qüsur olmamışdır. Akt tərtib olunarkən Cavabdeh İB tərəfindən ona heç bir rəsmi məlumat verilməmiş, akt onun iştirakı və imzası olmadan tərtib edilmişdir. Qaz sayğacının quraşdırıldığı Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən evi aldıqdan sonra qabaqcadan kommunal xidmətlər ilə bağlı ödəniş etməsinə baxmayaraq, evə köçdükdən sonra təxminən bir ay müddətində işıq,su və qaz verilməsini gecikdirmişdirlər. Bu barədə o, həmin evin keçmiş mülkiyyətçisinə bildirdikdə evin keçmiş mülkiyyətçisi təbii qazdan istifadə etmək üçün ona kənar xətdən istifadə etməli olacağını bildirmiş, bu səbəbdən o, sayğacdan kənar xətti çəkdirməyə məcbur olmuşdur. Ancaq bildirir ki, o, kənar xətdən yalnız 5-6 saat müddətində istifadə etmişdir. Kənar xəttə qoşulduğundan 1 gün keçməmiş Cavabdeh əməkdaşları sayğaclara baxış keçirərkən onun sayğacdan kənar xətdən istifadə etdiyini aşkar etmiş, bununla bağlı sözügedən akt tərtib etmiş və ona 882,28 manat cərimə hesablanmışdır. Qeyd edir ki, o, həmin akt əsasında ona hesablanmış cərimə məbləği ilə razı deyildir. Hesab edir ki, Cavabdeh İB tərəfindən tərtib edilən xx.xx.2023-cü il tarixli, ******* nömrəli akta görə hesablanmış cərimə məbləği norma kimi nəzərdə tutulmuş məbləğdən artıq hesablanmışdır. Qeyd edilənləri nəzərə alaraq o, Cavabdeh tərəfindən əsassız olaraq hesablanmış cərimə məbləğinin azaldılmasını xahiş etdi. Cavabdeh nümayəndəsi X1 xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında iştirak etmiş və izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmirlər. Belə ki, İddiaçı məxsus evə baxış keçirilərkən iddiaçının evinə sayğac qoşulmadığı üçün qazdan qeydiyyatsız istifadə etdiyi müəyyən edilmiş, hesabat müddəti 180 gün nəzərə alınmaqla 881,20 manat məbləğində cərimə hesablanmışdır. Cavabdeh tərəfindən iddiaçıya məxsus Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən evə xx.xx.2023-cü il tarixdə təmənnasız olaraq sayğac quraşdırılmışdır və sayğac quraşdırıldıqdan sonra iddiaçı tərəfindən təbii qaz sərfiyyatına görə ödənilmiş məbləğ 390 manat təşkil edir. Daha sonra Cavabdeh nümayəndəsi X1 ərizə ilə məhkəməyə müraciət edərək, hazırki mülki işə mahiyyəti üzrə baxılmasına və həll edilməsinə dair tərəflərindən lazımi sübutlar təqdim edildiyini bildirmiş, onun məzuniyyətdə olduğunu nəzərə alaraq məhkəmə baxış iclasının təxirə salınmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 sentyabr 2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən evə quraşdırılmış (abonent kodu: **********00093) sayğaca baxış keçirilən zaman təbii qazdan sayğacsız istifadə edildiyi aşkar olunmuşdur. İş materiallarında olan abonentin saldosundan görünür ki, İddiaçı məxsus Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən evə (abonent kodu: **********00093) 881,28 manat məbləğində borc hesablanmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdehnə qarşı «borcun silinməsi» tələbinə dair iddiası qismən təmin edilməlidir. Belə ki, məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilmişdir ki, İddiaçı məxsus Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən evdə abonent kodu **********00093 olan sayğac üzrə Cavabdeh tərəfindən “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında xx.xx.2023-cü il tarixli dəymiş ziyan hesabatı tərtib edilmiş, dəymiş ziyan hesabatına görə istehlakçının nominal qaz sərfi 2,6 m3, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq abonent 881,28 manat məbləğində cərimə edilmişdir. Cavabdeh təşkilatın nümayəndəsi xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında 881,28 manat məbləğində cərimənin hesabat müddətinin 180 gün qəbul edilməklə hesablanmasını məhkəmədə əsaslandıra bilmədiyindən və abonentlərin ünvanına mütəmadi baxışların keçirilməsi Cavabdeh vəzifəsi olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında 881,28 manat məbləğində cərimənin 30 gün müddət götürülməklə hesablanması işin faktiki hallarına uyğun gəlir (881,28 manat : 180 gün = 4,896 manat; 4,896 manat x 30 gün = 146,88 manat). Odur ki, Cavabdeh tərəfindən İddiaçı yaşadığı Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən evə quraşdırılmış qaz sayğacına görə xx.xx.2023-cü il tarixli, ******* saylı akt üzrə hesablanmış 881,28 manat borcdan 146,88 manat saxlanılmaqla, qalan 734,4 manat borc silinməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalıdır. "Qazdan istifadə Qaydaları"nın 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. "Qazdan istifadə Qaydaları"nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə görə istehlakçı kimi pozulmuş hüquqlarının bərpası barədə iddia tələbi üzrə İddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə əsasən 30 (otuz) manat dövlət rüsumu Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında“ Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə görə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı məxsus (abonent kodu: **********00093) Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən evə quraşdırılmış qaz sayğacına görə 30 sentyabr 2023-cü il tarixli, ******* saylı akt üzrə hesablanmış 881,28 manat borcdan 146,88 manat saxlanılmaqla, qalan 734,4 manat borc cərimə silinsin. Cavabdehndən 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar