Məhkəmə qərarları › İş №2(012)-295/2021

Abşeron Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(012)-295/2021

10.03.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-295/2021 10.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı SOCAR İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı SOCAR İddiaçı Cavabdeh qarşı «dəymiş zərərin əvəzinin ödənilməsi» tələbi barədə iddia ərizəsi üzrə mülki işə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı SOCAR İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 4014,95 manat məbləğində dəymiş ziyan, pozulmuş hüquqların bərpası ilə bağlı çəkilən 300 manat xərc və həmçinin dövlət rüsumuna görə ödənilmiş 30 manat olmaqla cəmi 4344,95 manat pulun məcburi qaydada tutularaq İddiaçı İB-nin ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, İddiaçı İB, VÖEN**********, İBAN: AZ72İBAZ******************** bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı SOCAR İddiaçı nümayəndəsi X2 iddia tələbini onunla əsaslandırdı ki, İddiaçı xx.xx.2016-cı il tarixli, 14/5199 saylı "Qaz paylayıcısı ilə sənayə qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alğı-satqısı barədə Müqavilə" (bundan sonra Müqavilə) əsasında Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana İddiaçı İB-nin Bakı Regional qazın satış Departamenti tərəfindən **********00110 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı, 1602AZ**********40 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh Müqavilənin 2.3.2. yarımbəndinin (bu Müqavilənin və “Qazdan istifadə qaydalarının 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-in işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xəttlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto və video çəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlar tərtib edilmişdir. Belə ki, xx.xx.2018-ci il tarixindən başlayaraq xx.xx.2018-ci il tarixinə qədər tərtib edilmiş müvafiq aktlara əsasən, İddiaçınə cəmi 2008,20 manat ziyan dəymişdir. Bundan əlavə elektron sayğacın quraşdırıldığı andan cavabdehin borcunun bir hissəsi elektron sayğaca keçmişdir. İtirilmiş təbii qazın bərpası məqsədilə istehlakçıya istifadə etdiyi standart qaz cihazları üçün onların pasportunda göstərilmiş saatlıq maksimal qaz sərfiyyatına uyğun olaraq 2006,75 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Cavabdehə Birliyin nümayəndələri tərəfindən 4014,95 manat pul məbləğinin könüllü ödənilməsi təklif edilmiş, əks təqdirdə müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və dəymiş zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi izah edilmişdir. Cavabdeh tərəfdən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Tərəflər arasında imzalanmış müqavilənin 2.3.4-cü bəndində əsasən istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərəin əvəzini ödəməlidir. İstehlakçılar tərəfindən qazdan istifadə qaydalarının pozuntusuna yol verilməsi aşkar edildikdə, qazın verilməsi qeyd-şərtsiz dayandırılır və təbii qazın alqı-satqısı müqaviləsində göstərilən qaz cihazları üçün nəzərdə tutulan normativ hesabata müvafiq olaraq, axırıncı texniki baxış müddətindən sonrakı dövr üçün və ya iddia müddəti ərzində (3 il) qaz sərfinə bərabər qanunsuz istifadə olunmuş qazın dəyəri hesablanaraq istehlakçı tərəfindən təchizatçının hesablaşma hesabına ödənilir. Göründüyü kimi, cavabdeh tərəfindən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halı aşkar olunduğu üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”mn 6.5-ci bəndinəəsasən, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Bunlara əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə həmin maddəyə əsaslanaraq və iddiaçının mülki işə qiyabi icraat qaydasında baxılması barədə ərizəsini nəzərə alaraq işə qiyabi icraat qaydasında baxılmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materiallarında olan SOCAR İddiaçı xx.xx.2018-ci il tarixli, ******* №-li “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktından görünür ki, istehlakçı Cavabdeh məxsus mənzildə yerləşən sayğaca baxış keçirilən zaman abonentin təbii qazdan qeyri-qanuni istifadə etməsi aşkar olunmuş, dəymiş ziyanın hesablanması tələb olaraq qeyd edilmişdir. İş materiallarında olan SOCAR İddiaçı xx.xx.2018-ci il tarixli Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı Cavabdeh məxsus ünvan 2i ünvanında itirilmiş qazın dəyərinin ödənilməsi üçün qanuna müvafiq tədbirlərin görülməsi, sayğacdan kənar qaz xəttinin ləğv edilməsi qeyd edilmiş, ümumilikdə 4317 m3 qazın istifadə olunması göstərilmişdir. İş materiallarında olan SOCAR İddiaçı xx.xx.2018-ci il tarixli, ******* №-li “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktından görünür ki, istehlakçı Cavabdeh məxsus mənzildə yerləşən sayğaca baxış keçirilən zaman abonentin təbii qazdan qeyri-qanuni istifadə etməsi aşkar olunmuş, dəymiş ziyanın hesablanması tələb olaraq qeyd edilmişdir. İş materiallarında olan SOCAR İddiaçı xx.xx.2018-ci il tarixli Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı Cavabdeh məxsus ünvan 2i ünvanında itirilmiş qazın dəyərinin ödənilməsi üçün qanuna müvafiq tədbirlərin görülməsi, sayğacdan kənar qaz xəttinin ləğv edilməsi qeyd edilmiş, ümumilikdə 1008 m3 qazın istifadə olunması göstərilmişdir. İş materiallarında olan SOCAR İddiaçı xx.xx.2018-ci il tarixli, ******* №-li “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktından görünür ki, istehlakçı Cavabdeh məxsus mənzildə yerləşən sayğaca baxış keçirilən zaman abonentin təbii qazdan qeyri-qanuni istifadə etməsi aşkar olunmuş, dəymiş ziyanın hesablanması tələb olaraq qeyd edilmişdir. İş materiallarında olan SOCAR İddiaçı xx.xx.2018-ci il tarixli Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı Cavabdeh məxsus ünvan 2i ünvanında itirilmiş qazın dəyərinin ödənilməsi üçün qanuna müvafiq tədbirlərin görülməsi, sayğacdan kənar qaz xəttinin ləğv edilməsi qeyd edilmiş, ümumilikdə 4392 m3 qazın istifadə olunması göstərilmişdir. İş materiallarında olan SOCAR İddiaçı xx.xx.2018-ci il tarixli, ******* №-li “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktından görünür ki, istehlakçı Cavabdeh məxsus mənzildə yerləşən sayğaca baxış keçirilən zaman abonentin təbii qazdan qeyri-qanuni istifadə etməsi aşkar olunmuş, dəymiş ziyanın hesablanması tələb olaraq qeyd edilmişdir. İş materiallarında olan SOCAR İddiaçı xx.xx.2018-ci il tarixli Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı Cavabdeh məxsus ünvan 2i ünvanında itirilmiş qazın dəyərinin ödənilməsi üçün qanuna müvafiq tədbirlərin görülməsi, sayğacdan kənar qaz xəttinin ləğv edilməsi qeyd edilmiş, ümumilikdə 324 m3 qazın istifadə olunması göstərilmişdir. İş materiallarında olan cədvəldən görünür ki, Abşeron rayonu, Hökməli qəsəbəsi ünvanında xx.xx.2016-cı ildə quraşdırılmış, abonent kodu **********00110, hesab nömrəsi P**********452829 olan sayğac üzrə Cavabdeh qalıq borcu 2006,75 manat təşkil edir. İş materiallarında olan abonent kodu **********00110 olan Cavabdeh məxsus abonentin saldosundan görünür ki, Cavabdeh 2018-ci il yanvar ayı üçün qalıq borcu 863,40 manat, 2018-ci il fevral ayı üçün qalıq borcu 201,60 manat, 2018-ci il aprel ayı il üçün qalıq borcu 878,40 manat, 2018-ci il may ayı üçün 64,80 manat olmaqla cəmi 2008,20 manat borcu vardır. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını tədqiq edərək belə hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlar və Dəymiş ziyanın bərpasına dair tələbnamələrlə müəyyən olundu ki, Cavabdeh təbii qazdan qeyri-qanuni istifadə etmiş və təbii qazdan qeyri-qanuni istifadəsi nəticəsində ümumilikdə 4014,95 manat maddi ziyanın vurulduğu hesablanmışdır. Bundan əlavə məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclaslarına gəlməmiş, iddiaçı SOCAR İddiaçı nümayəndəsi X1 söylədiklərini təkzib edəcək hər hansı sübut məhkəməyə daxil olmamışdır. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin təbii qazdan istifadə üzrə yaranmış borclarının silinməsi tədbirləri barədə” xx xxxxxx 2009-cu il tarixli 207 saylı Fərmanın 3-cü bəndində göstərilir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti təbii qazın dəyərinin tam həcmdə və vaxtında istehlakçılardan yığılması üçün zəruri tədbirlər görsün. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2000-ci il tarixli 356 saylı “Əhalinin və iqtisadiyyatm enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqında” Fərmanın 9-cu bəndində qeyd olunur ki, İddiaçı təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər(rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirsinlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1 və 425.2-ci maddələrinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, pozulmuş hüquqların bərpası ilə bağlı çəkilən 300 manat xərcvə dövlət rüsumuna görə ödənilmiş 30 manat cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 4014,95 manat məbləğində dəymiş ziyan, pozulmuş hüquqların bərpası ilə bağlı çəkilən 300 manat xərc və həmçinin dövlət rüsumuna görə ödənilmiş 30 manat olmaqla cəmi 4344,95 manat pul məcburi qaydada tutularaq İddiaçı İB-nin ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, İddiaçı İB, VÖEN**********, İBAN: AZ72İBAZ******************** bank hesabına ödənilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Abşeron Rayon Məhkəməsinə ərizə verməyə haqlıdır. HAKİM: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar