Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2953/2023 07.08.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «aktın ləğv edilməsi, borcun silinməsi» tələbinə dair mülki işə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı X2 Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qaz idarəsinin işçiləri tərəfindən tərtib edilmiş ******* saylı, xx.xx.2022-ci il tarixli aktın ləğv olunması, həmin akt əsasında ona əsassız hesablanmış 1760,10 manat pulun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış və abonent kodu **********01520 olan qaz sayğacı ona məxsusdur. Qeyd edir ki, xx.xx.2022-ci il tarixdə “AZƏRİQAZ" İstehsalat Birliyinin əməkdaşları tərəfindən onun mənzilinin sayğacına baxış keçirilmiş, guya G-4 markalı 1702AZ**********40 nömrəli sayğacın klapanı işlək deyildir və alarm-1 rejimi aşkar olunmamışdır. Cavabdeh əməkdaşları sayğaca baxış keçirdiyində sayğacı açıb apararkən sayğacı niyə apardıqlarını soruşduqda ona “Yoxlamağa aparırıq” deyə cavab verilmişdir. Cavabdeh əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixli ******* nnömrəli akt tərtib edilmişdir. Qeyd edir ki, hər ay mütəmadi olaraq ödəniş etməyinə baxmayaraq, “AZƏRİQAZ" İstehsalat Birliyi tərəfindən ümumilikdə 1760,10 manat məbləğində cərimənin ödənilməsi öhdəsinə qoyulmuşdur. Həmin aktda göstərilən nöqsanlar tamamilə əsassızdır, heç bir həqiqəti əks etdirmir. Onun mənzilinə məxsus qaz sayğacına tərəfindən heç bir qeyri-qanuni müdaxilə edilməmiş və istifadə olunmamışdır. O, ahıl yaşlı adamdır, hazırda maddi vəziyyəti çox acınacaqlıdır. Bu səbəbdən də o, iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh nümayəndəsi X3 məhkəmədə izahatında bildirdi ki, o, iddia tələbini qəbul etmir. Belə ki, iddiaçının yaşadığı ünvana quraşdırılan sayğaca baxış keçirilmiş və 29 noyabr 2022-ci il tarixli akt tərtib olunaraq iddiaçıya 1036,80 manat məbləğində cərimə hesablanmışdır. Odur ki, o, iddia tələbinin əsassız olduğundan rədd edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, xx.xx.2022-ci il tarixli saylı aktdan görünür ki, İddiaçı məxsus Abşeron rayonu, Digah qəsəbəsində yerləşən fərdi evə quraşdırılmış abonent kodu **********01520 olan sayğaca baxış keçirilən zaman həmin sayğacın klapanının işlək olmadığı, yivli birləşmədə koroziya izlərinin mövcud olduğu aşkar olunmuşdur. İş materiallarında olan abonentin saldosundan görünür ki, İddiaçı aid Abşeron rayonu, Digah qəsəbəsində yerləşən fərdi evə (abonent kodu **********01520) məxsus ******* saylı, xx.xx.2022-ci il tarixli akta görə 1036,80 manat ziyan hesablanmışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi Cavabdeh tərəfindən İddiaçı məxsus abonent kodu **********01520 olan, Abşeron rayonu, Digah qəsəbəsində yerləşən fərdi evə əsassız olaraq ******* saylı, xx.xx.2022-ci il tarixli akt əsasında 1036,80 manat cərimə hesablanmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, qanunla və qaz istismarı qaydalarına uyğun olaraq istehlakçı istifadə etdiyi qazın sərfiyyatını hesablayan sayğacın mühafizəsini həyata keçirmək öhdəliyi daşımadığından, həmin sayğacın kənar müdaxilələrdən qorunması, həmçinin sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni iş üzrə cavabdeh olan Cavabdeh İB X4 Sahəsi daşıdığından mübahisələndirilən akt üzrə müdaxilə olunması iddia olunan qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə istehlakçı məsuliyyət daşıya və buna görə hər hansı zərər əvəzinin ödənilməsi ondan tələb edilə bilməz. Bundan əlavə məhkəmədə cavabdeh təşkilatın nümayəndəsi izahatının əsaslarını sübut edə bilməmiş və sayğacın istehlakçı tərəfindən müdaxilə edilməsini təsdiq edə biləcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Bundan əlavə işin faktiki hallarından görünür ki, sayğacın daxilində olan plasmas borunun deşilmiş vəziyyətdə olması barədə ******* saylı, xx.xx.2022-ci il tarixli aktın tərtib edilməsinə əsas laboratoriyaya rəyi olmuş və qeyd olunan akt yalnız sayğacdakı qüsurla bağlı olan halı müəyyən etdiyindən,məhkəmə iddia tələbinin ******* saylı, xx.xx.2022-ci il tarixli aktın ləğv olunması hissəsinin rədd edilməsi nəticəsinə gəlir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalıdır. "Qazdan istifadə Qaydaları"nın 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. "Qazdan istifadə Qaydaları"nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Ona görə də məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarına istinad edərək hesab edir ki, Abşeron rayonu, Digah qəsəbəsində yerləşən fərdi evə quraşdırılmış təbii qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə heç bir məsuliyyət daşımağından 1036,80 manat məbləğində hesablanmış cərimə silinməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı yaşadığı abonent kodu-**********01520 olan, Abşeron rayonu, Digah qəsəbəsində yerləşən fərdi evə quraşdırılmış qaz sayğacına görə ******* saylı, xx.xx.2022-ci il tarixli akt üzrə hesablanmış 1036,80 manat cərimə silinsin. İddia tələbi digər hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №2(012)-2953/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2953/2023
07.08.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver