Məhkəmə qərarları › İş №2(012)-2954/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2954/2024

14.08.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2954/2024 14.08.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «borcun silinməsi» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona məxsus ünvan 1 ünvanında yerləşən **********00570 saylı abonent koduna xx.xx.2024-cü il tarixində ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib olunmuş akt əsasında hesablanmış dəymiş zərərə görə 3110,40 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, Cavabdeh əməkdaşları ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirərkən onlar tərəfindən xx.xx.2024-cü il tarixində ******* saylı Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib olunmuşdur. Həmin aktda əsasən dəymiş zərərə görə 3110,40 manat borc hesablanmışdır. Cavabdeh şirkət yazdığı aktı onunla əsaslandırmışdır ki, qaz xəttinə baxış keçirilən zaman sayğacdan kənar xətt aşkarlanmışdır. Lakin buna baxmayaraq həmin xəttin onun tərəfindən istifadə olunub-olunmaması cavabdeh şirkət tərəfindən sübuta yetirilməmişdir. Həmin xəttin kim tərəfindən çəkildiyi də ona məlum deyildir. Cavabdeh əməkdaşları əraziyə baxış keçirərkən həmin xətdən istifadə olunmadığını gözləri ilə görmüşdürlər. Lakin buna baxmayaraq istifadə olunmayan qaz xəttinə görə ona 3110,40 manat borc hesablanmışdır. Hesab edir ki, həmin borc əsassızdır. Cavabdeh tərəfindən akt əsasında ona hesablanmış borc ilə razı olmadığına görə həmin borcların silinməsi ilə əlaqədar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sayğac onun yaşadığı mənzilin daxilində deyil, binanın blokunda yerləşir. Həmçinin çıxarılan zaman X2 əməkdaşları tərəfindən sayğaca müdaxilə olunması aşkar edilməmiş, sayğaca müdaxilə olunması sonradan Cavabdeh İBnin aktı ilə müəyyən edilmiş və həmin akt əsasında da dəymiş ziyan hesablanmışdır. Qeyd edir ki, hazırda sözügedən evdə yaşayış yoxdur və o, sözügedən evdə deyil, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən evdə yaşayır. O, Cavabdeh əməkdaşlarına şifahi olaraq müraciət etmiş, sayğacdan kənar xətti ləğv etmələrini xahiş etmiş, lakin onun müraciəti cavabdeh şirkət tərəfindən nəzərə alınmamışdır. Qeyd edilənlərə əsasən o, Cavabdeh tərəfindən əsassız olaraq hesablanmış cərimə məbləğinin azaldılmasını xahiş etdi. Cavabdeh nümayəndəsi X1 ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, hazırki mülki işə mahiyyəti üzrə baxılmasına və həll edilməsinə dair tərəflərindən lazımi sübutlar təqdim edilmişdir. Odur ki, onun məzuniyyətdə olduğunu nəzərə alaraq məhkəmə baxış iclasının təxirə salınmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 04 aprel 2024-cü il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən evə quraşdırılmış (abonent kodu: **********00570) sayğaca baxış keçirilən zaman sayğacdan kənar xətt aşkar olunmuşdur. İş materiallarında olan abonentin saldosundan görünür ki, İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən evə (abonent kodu: **********00570) 3110,40 manat məbləğində borc hesablanmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdehnə qarşı «borcun silinməsi» tələbinə dair iddiası qismən təmin edilməlidir. Belə ki, məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilmişdir ki, İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən evdə abonent kodu **********00570 olan sayğac üzrə Cavabdeh tərəfindən “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2024-cü il tarixli, ******* saylı akt əsasında xx.xx.2024-cü il tarixli dəymiş ziyan hesabatı tərtib edilmiş, dəymiş ziyan hesabatına görə istehlakçının nominal qaz sərfi 6 m3, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq abonent 3110,40 manat məbləğində cərimə edilmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, qanunla və qaz istismarı qaydalarına uyğun olaraq istehlakçı istifadə etdiyi qazın sərfiyyatını hesablayan sayğacın mühafizəsini həyata keçirmək öhdəliyi daşımadığından, həmin sayğacın kənar müdaxilələrdən qorunması, həmçinin sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni iş üzrə cavabdeh olan Cavabdeh İB X3 Sahəsi daşıdığından mübahisələndirilən akt üzrə müdaxilə olunması iddia olunan qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə istehlakçı məsuliyyət daşıya və buna görə hər hansı zərər əvəzinin ödənilməsi ondan tələb edilə bilməz. Bundan əlavə məhkəmədə cavabdeh şirkət iddia tələbinin əsassız olduğunu sübut etməmiş və sayğaca İddiaçı tərəfindən müdaxilə edilməsini təsdiq edə biləcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalıdır. "Qazdan istifadə Qaydaları"nın 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. "Qazdan istifadə Qaydaları"nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Cavabdeh təşkilatın nümayəndəsi xx.xx.2024-cü il tarixli, ******* saylı akt əsasında 3110,40 manat məbləğində cərimənin hesabat müddətinin 360 gün qəbul edilməklə hesablanmasını əsaslandıra bilmədiyindən və abonentlərin ünvanına mütəmadi baxışların keçirilməsinin Cavabdeh vəzifəsi olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixli, ******* saylı akt əsasında 3110,40 manat məbləğində cərimənin 30 gün müddət götürülməklə hesablanması işin faktiki hallarına uyğun gəlir. (xx.xx.2024-cü il tarixli, ******* saylı akt üzrə - 3110,40 manat : 360 gün = 8,64 manat; 8,64 manat x 30 gün = 259,2 manat). Odur ki, İddiaçı məxsus (abonent kodu: **********00570) ünvan 2 ünvanında yerləşən evə quraşdırılmış qaz sayğacına görə yuxarıda qeyd olunan akt əsasında hesablanmış 2851,2 manat (3110,40 manat - 259,2 manat = 2851,2 manat) məbləğində cərimə silinməlidir. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə görə istehlakçı kimi pozulmuş hüquqlarının bərpası barədə iddia tələbi üzrə İddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə əsasən 51,1 (əlli bir manat, on qəpik) manat dövlət rüsumu Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında“ Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə görə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı məxsus (abonent kodu: **********00570) ünvan 2 ünvanında yerləşən evə quraşdırılmış qaz sayğacına görə 04 aprel 2024-cü il tarixli, ******* saylı akt üzrə hesablanmış 2851,2 manat cərimə silinsin. Cavabdehndən 51,1 (əlli bir manat, on qəpik) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar