Məhkəmə qərarları › İş №2(012)-2958/2025

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-2958/2025

30.04.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-2958/2025 30.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh3 və Cavabdeh5, Cavabdeh4 vəkili-nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh5, Cavabdeh4, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMD Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə və Abşeron Rayon 2 saylı Notariat Ofisinə qarşı müqavilələrin etibarsız hesab edilməsi və reyestrdən çıxarışın ləğv olunması tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh5, Cavabdeh4, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMD Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə və Abşeron Rayon 2 saylı Notariat Ofisinə qarşı müqavilələrin etibarsız hesab edilməsi və reyestrdən çıxarışın ləğv olunması tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli 3M-2306 reyestr nömrəli torpağın icarə hüquqlarının alqı-satqısı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh3 adına verilmiş xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət reyestri haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, Cavabdeh4 adına verilmiş xx.xx.2024-cü il tarixli torpağın icarə hüquqlarına dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və ödənilmiş dövlət rüsumunun cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada tutularaq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Cavabdeh4 vəkili-nümayəndəsi Nümayəndə məhkəmə iclasında bildirdi ki, təmsil etdiyi Cavabdeh4 İddiaçı qarşı torpaq sahəsi ilə bağlı hüquqlara yaradılmış maneələrin aradan qaldırılması, torpaq sahəsindən çıxarılma, tikilinin sökülməsi və hüquqların qeydə alınması öhdəliyinin qoyulması barədə iddia ərizəsi hazırda 2(008)-2408/2025 saylı mülki iş kimi məhkəmənin icraatındadır və mübahisə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində araşdırılmaqdadır. Qanunvericiliyin tələbinə görə isə eyni tərəflər arasında eyni tələblərlə bağlı müxtəlif hakimlərdə olan işlər birləşdirilməlidir. O, bu barədə məhkəməyə vəsatət verdi. İş üzrə cavabdehlər Cavabdeh3 və Cavabdeh5 vəsattin təmin olunmasını xahiş etdilər. İşdə olan xx.xx.2025-ci il tarixli məhkəmə bildirişindən görünür ki, iddiaçı Cavabdeh4 İddiaçı qarşı 0,015 ha torpaq sahəsi ilə bağlı hüquqlara yaradılmış maneələrin aradan qaldırılması, torpaq sahəsindən çıxarılma, tikilinin sökülməsi və hüquqların qeydə alınması öhdəliyinin qoyulması barədə iddia ərizəsi hazırda 2(008)-2408/2025 saylı mülki iş kimi Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində araşdırılmaqdadır. Həmin iddia ərizəsi xx.xx.2025-ci il tarixdə həmin məhkəmənin icraatına daxil olmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq hər iki iş üzrə mübahisə predmetləri arasında bağlılıq olduğu üçün işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edir və qeyd edir ki, hazırki mülki iş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində daha əvvəl icraata götürülmüş 2(008)-2408/2025 saylı mülki işlə birləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.1-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh5, Cavabdeh4, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMD Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə və Abşeron Rayon 2 saylı Notariat Ofisinə qarşı müqavilələrin etibarsız hesab edilməsi və reyestrdən çıxarışın ləğv olunması tələbinə dair 2(012)-2958/2025 saylı mülki iş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh4 cavabdeh İddiaçı qarşı 0,015 ha torpaq sahəsi ilə bağlı hüquqlara yaradılmış maneələrin aradan qaldırılması, torpaq sahəsindən çıxarılma, tikilinin sökülməsi və hüquqların qeydə alınması öhdəliyinin qoyulması tələbinə dair 2(008)-2408/2025 saylı mülki işlə bir icraatda birləşdirilməsi və baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar