Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2961/2022 03.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, Ərizəçi Tağıyeva (Ələkbərova) Səadət Güloğlan qızının, Maraqlı şəxs Abşeron rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi Nümayəndə2 iştirakları ilə, Ərizəçi Tağıyeva (Ələkbərova) Səadət Güloğlan qızının şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi Tağıyeva (Ələkbərova) Səadət Güloğlan qızı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.1988-ci il təvəllüdlü X11 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qardaşı xx.xx.1988-ci il təvəllüdlü X19 şizofreniya, paranoid forma xəstəliyindən əziyyət çəkir. Qardaşı onun himayəsindədir və qardaşına o, baxır. X19 psixi qüsuru nəticəsində öz hərəkətlərinin mənasını anlamır və özünü idarə edə bilmir. Özünə qapanıq vəziyyətdədir, kömək olmadan yemək yeməsi və təbii ehtiyaclarını ödəməsi mümkün deyil. Qardaşına birinci qrup əlillik təyin edilmişdir. Onu tək nəzarətsiz buraxmaq mümkün deyil, bu səbəbdən də daimi onun nəzarətindədir. Belə ki, hazırda, yalnız qardaşı X13 baxır. Qardaşının adına olan sənədləşmə işlərində iştirak etməsi üçün onun qəyyumu təyin edilməlidir. Qardaşının düzgün qərar vermək üçün psixi vəziyyəti uyğun deyil və özünü hər hansı bir idarəyə, orqana aparıb-gətirmək qeyri-mümkündür. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyəti yaranmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini xahiş etdiyi X19 ilə anası bir, atası ayrı olmaqla onun ögey qardaşıdır. Anası, qardaşı və o, bir yerdə yaşamış, anası yanvar ayında vəfat etdiyindən hazırda, o, qardaşı ilə birlikdə yaşayır. Qardaşının himayəsində iki azyaşlı uşaqları var və həmin uşaqlara da o, baxır. O, özü 10 il nikahda olmuş, övladı olmadığından nikahına xitam verilmişdir. Bu səbəbdən, qardaşına hazırda, o baxır. Belə ki, qardaşının qulaqlarına səslər gəlir, gecələr yata bilmir və kimsələrlə danışır. Qardaşının 10 yaşında xəstəliyi müəyyən edilmiş, gözləri bərəlmiş vəziyyət alır, dəfələrlə çağırandan sonra insana reaksiya verir, bəzi hallarda isə öz-özünə gülür. Bu səbəbdən də Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2022-ci il tarixli 3372 saylı rəyi ilə razıdır. Ona görə də göstərilənlərə əsasən, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mülki iş üzrə maraqlı şəxs Abşeron rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında məhkəməpsixiatrik ekspertizasının rəyi və iş üzrə digər materiallarla tanış olduğunu bildirmiş və ekspert rəyini əsas götürərək ərizənin təmin olunmasına etiraz etməmişdir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan X2 məhkəmə iclasında iştirakına yol vermədiyindən məhkəmə iclasında iştirakı mümkün olmamışdır. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, mülki iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlandırılacaq) 317.2. maddəsinə əsasən, məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Kürdəmir rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.1981-ci il tarixli İİ-ЖГ № 435667saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.1981-ci il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 344 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası X8, anası X5r. -Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli AZ-T № 198901 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X19 xx.xx.1988-ci il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 21-B nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası X20, anası X6r. -Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, xx.xx.1988-ci il təvəllüdlü X13 şizofreniya, paranoid forma, ümumi xəstəlik səbəbindən müddətsiz birinci dərəcəli əlillik təyin edilmiş, bu səbəbdən də, əmək qabiliyyətsiz olmaqla kənar şəxsin qulluğuna ehtiyacı var. -Bakı şəhəri Baş Səhiyyə İdarəsi 11 nömrəli şəhər poliklinikası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 616 saylı arayışdan görünür ki, 1988-ci il təvəllüdlü Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi A.Ələsgər küçəsində yaşayan X19 11 saylı poliklinikada psixiatrın qeydiyyatındadır. 2004-cü ildən şizofreniya, paranoid forma diaqnozu qoyulmuşdur. -Dayanıqlı və X18 3 saylı Bakı Dost Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********9 saylı arayışdan görünür ki, Ərizəçi mərhum anası X3 və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “sosial ödənişlər” altsisteminə əsasən, Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan İ qrup əlilliyi olan X13 qulluq etdiyinə görə 80 manat Prezident təqaüdü almışdır. Təyinatın başlama tarixi xx.xx.2019-cu il, bitmə tarixi xx.xx.2022-ci il tarixidir. -Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli 000808 saylı vəsiqənin surətindən görünür ki, X13 ümumi xəstəlikdən İ qrup əlillik təyin edilmişdir. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X23 X24 Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2022-ci il tarixli 3372 saylı rəyindən görünür ki, İ Motivləşdirici hissə. X12 şizofreniya paranoid forma, psixi qüsur əlamətləri ilə (F20.0) xroniki psixi xəstəlik qeyd olunur. Bunu anamnestik məlumatlar-erkən yaşından psixi xəstəlikdən əziyyət çəkməsi, dəfələrlə psixiatriya stasionarlarında müalicədə olması, 2004cü ildən 11 nömrəli Şəhər poliklinikasının psixiatrik kabinetində “şizofreniya paranoid forma” diaqnozu ilə qeydiyyatda olması, həmçinin, hazırki müayinə zamanı aşkar olunan əlamətlər-ünsiyyətə formal daxil olması, təfəkkürünün paroloqik və müfəssəl olması, eşitmə hallüsinasiyaları barədə məlumat verməsi, sayıqlama fikirləri aşkar edilməsi, rabitəsiz fikirlər söyləməsi, maraq dairəsinin məhdudluğu, emosional-iradi sferasının enməsi, öz vəziyyətinə qarşı tənqidinin olmaması və sair sübut edir. İİ Yekun hissəsi: Mülki işi materiallarını və ambulator məhkəmə-psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən, məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual: xx.xx.1988-ci il təvəllüdlü X11 öz hərəkətlərini ölçüb-biçmək, onları idarə etmək iqtidarında olub-olmamasına dair psixi vəziyyəti müəyyən edilsin. Cavab: X19 onda qeyd olunan “şizofreniya paranoid forma” xroniki psixi xəstəliyi nəticəsində öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. 2-ci sual: xx.xx.1988-ci il təvəllüdlü X11 xəstəliyi onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə əsas verirmi? Cavab: X11 “şizofreniya paranoid forma” xəstəliyi nəticəsində psixotik vəziyyətdə olması onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas verir. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, xx.xx.1988-ci il təvəllüdlü X4 rayonu Xırdalan şəhəri Quşçuluq yaşayış massivi 6-cı küçə dalan 2, 8 saylı evdə qeydiyyatdadır. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, X1 rayonu M.V.Vidadi küçəsi 22 saylı evdə qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlandırılacaq): 28.1. maddəsinə əsasən, fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. 28.8. maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Beləliklə, işin məhkəmə iclasında araşdırılan hallarından, ərizəçinin izahatından, mülki iş materiallarına əlavə edilmiş arayışdan, Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2022-ci il tarixli 3372 saylı rəyindən müəyyən olunur ki, X19 “şizofreniya paranoid forma” psixi xəstəliyindən əziyyət çəkir. Göstərilənləri nəzərə alaraq, məhkəmə tərəfindən psixiatrik ekspertiza təyin edilmiş, psixiatrik ekspertizası üzrə alınmış xx.xx.2022-ci il tarixli 3372 saylı rəydə X11 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmadığı, buna görə də fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli olması nəticəsinə gəlinmişdir. Mülki Prosessual Məcəllənin:
88. maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3. maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə ekspert rəyini digər sübutlarla paralel şəkildə Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, qiymətləndirərək hesab edir ki, ekspert rəyi digər sübutlarla və işin halları ilə təkzib edilmədiyindən əsas sübut növü kimi qəbul edilməlidir. Beləliklə, məhkəmə psixiatrik ekspertizanın rəyini əsas sübut kimi nəzərə alıb, işin yuxarıda tədqiq edilən hallarına və qanunun qeyd edilən tələblərinə əsasən, hesab edir ki, ərizəçinin qardaşı - xx.xx.1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş X11 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə məhkəmə qətnaməsinin çıxarılması qanuni və əsaslıdır. Mülki Prosessual Məcəllənin: 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 321.2. maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 317 və 320-ci maddələrini rəhbər tutaraq, məhkəmə,
QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş X19 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Habil Əhmədov