Məhkəmə qərarları › İş №2(012)-2965/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2965/2021

02.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2965/2021 02.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 iştirakı ilə, Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 (maraqlı şəxs DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi) hüquqi faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə 02 iyun 2021-ci il tarixdə, Xırdalan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 hüquqi faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, JN - 198A saylı, 30800086 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində göstərilən Ərizəçi2, AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində göstərilən Ərizəçi1 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən ərizəçilərə və ailənin digər üzvlərinə məxsus 0.25 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə ərizə ilə müraciət etmişlər. Lakin Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən 26.02.2021-ci il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildiriş göndərilmişdir. Bildirişdə qeyd edilmişdir ki, aparılan araşdırma zamanı müraciət üzrə əlavə edilmiş JN-198A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən hüquq sahiblərinin ad, soyadı ilə şəxsiyyəti təsdiq edən sənəddə göstərilən ad və soyadı arasında kəskin fərqlərin olduğu aşkar edilmişdir. Belə ki, JN-198A torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən hüquq sahibi “X12” göstərilməsinə baxmayaraq, ölüm haqqında şəhadətnamədə “Ərizəçi2”, hüquq sahibi “X5” göstərilməsinə baxmayaraq şəxsiyyət vəsiqəsində “Aslanova (Musayeva) Balabacı Mirxələf qızı” kimi qeyd edildiyi aşkar edilmişdir. Bütün bunlara əsasən də ərizəçilərin müraciətlərindən imtina edilmişdir. Ərizəçilərə qeyd edilən bildiriş təqdim edildikdən sonra şifahi olaraq izah edilmişdir ki, məsələnin həllindən ötrü məhkəməyə müraciət etməlidirlər. Ərizəçilər məsələnin məhkəmə qaydasında həll edilməsindən ötrü hazırki ərizə ilə məhkəməyə müraciət etmək qərarına gəlmişlər. Məhkəmə iclasında ərizəçilər Ərizəçi2 və Ərizəçi1 hər biri ayrı-ayrılıqda ərizədə göstərilənləri təsdiq edərək, ərizədə yazılanlara uyğun izahatlar verib ərizənin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş maraqlı şəxs DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi məhkəmədə nümayəndəsinin iştirakını təmin etmədi. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçilərin izahatlarını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək, toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, ərizə əsaslıdır, təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan 814606 №-li və 434612 №-li doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq edilmiş surətlərindən müəyyən edilir ki, xx xxxxxx 1952-ci il təvəllüdlü Ərizəçi2 və xx xxxxxx 1955-ci il təvəllüdlü Ərizəçi1 ataları X13, anaları isə X2r. Mülki işin materiallarında olan AZE seriyalı 0******* №-li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, Ərizəçi2 xx.xx.1952-ci il tarixdə Abşeron rayonu, Pirəkəşkül kəndində anadan olmuşdur. Mülki işin materiallarında olan AZE seriyalı 0******* №-li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, Ərizəçi1 xx.xx.1955-ci il tarixdə Abşeron rayonu, Pirəkəşkül kəndində anadan olmuşdur. Mülki işin materiallarında olan 362836 №-li nikahın bağlanması haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, X3 və X4 arasında nikah Abşeron rayon VVADQ şöbəsində 28 may 1976-cı il tarixdə bağlanmış və “Nikahın bağlanması haqqında akt qeydləri kitabında” 82 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada “Aslanova” soyadı verilmişdir. Mülki iş materiallarında olan 21.10.2005-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-198A, KOD 30800086 saylı şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayonu Saray qəsəbə sakinləri X13, X7, X12, X5 və X1 Abşeron rayon Aqrar İslahat Komissiyasının 10 may 1998-ci il tarixli 16 nömrəli qərarı ilə 0.25 ha torpaq sahəsi fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektik və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı kimi mülkiyyətlərinə verilmişdir. Mülki işin materiallarında olan Abşeron rayon İHB-nın Saray qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 01.02.2021-ci il tarixli, 440 №-li arayışdan müəyyən edilir ki, torpağın mülkiyyətə verilməsinə dair 198A saylı şəhadətnamədə X8, Ərizəçi2, Ərizəçi1 və X9 əvəzinə səhvən X7, X12, X5 və X6 yazılmışdır. Mülki işin materiallarında olan Abşeron rayon İHB-nın Saray qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 01.02.2021-ci il tarixli, 441 №-li arayışdan müəyyən edilir ki, X13 həqiqətən də Saray qəsəbəsi, S.Vurğun küçəsində 4 saylı evdə qeydiyyatda olmuş, yaşamış, 14 sentyabr 2006-cı ildə vəfat etmiş, vəfat edən günə kimi həmin ünvanda qeydiyyatsız olan, ailə üzvləri - 12 dekabr 1985-ci ildə vəfat etmiş həyat yoldaşı mərhumə X8, oğlu 1952-ci il təvəllüdlü Ərizəçi2, qızı 1955-ci il təvəllüdlü Ərizəçi1, oğlu 1957-ci il təvəllüdlü X10, qızı 1961-ci il təvəllüdlü X9, 02 dekabr 2015-ci ildə vəfat etmiş oğlu mərhum X11 və 1967-ci il təvəllüdlü gəlini X18 ilə birlikdə yaşamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, 21.10.2005-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-198A, KOD 30800086 saylı şəhadətnamənin xx xxxxxx 1952-ci il tarixdə anadan olmuş Ərizəçi2 və xx xxxxxx 1955-ci il tarixdə anadan olmuş Ərizəçi1 məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 21.10.2005-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-198A, KOD 30800086 saylı şəhadətnamənin xx xxxxxx 1952-ci il tarixdə anadan olmuş Ərizəçi2 və xx xxxxxx 1955-ci il tarixdə anadan olmuş Ərizəçi1 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar