Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2974/2021 24.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun vəkili-nümayəndəsi X7, Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh2, Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh1 iştirakları ilə, İddiaçı Cavabdeh2, Cavabdeh1 qarşı «kompensasiya verilməsi yolu ilə mənzildən çıxarılma» tələbinə dair ilkin iddiası, Cavabdeh2 və Cavabdeh1 İddiaçı, X4, X5, X11, X8 qarşı «evə istifadə hüququnun tanınması və bağışlama müqaviləsinin etibarsız hesab olunması» tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 3600 manat məbləğində kompensasiya verilməsi yolu ilə övladları 2014-cü il təvəllüdlü Ağayev Tuncay və 2017-ci il təvəllüdlü Ağayev Tunar ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 və Cavabdeh1 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı onlara qarşı qaldırdığı «kompensasiya vermək yolu ilə yaşayış sahəsindən çıxarılma» barədə iddianın rədd olunması, qarşılıqlı iddialarının təmin olunaraq onların İddiaçı, X9 və X6 mülkiyyətində olan və ünvan 2 saylı evə istifadə hüquqlarının tanınması və X12 ilə İddiaçı, X9 və X10 arasında 26.10.2020-ci il tarixdə Sumqayıt ASAN xidmətində bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Abşeron rayonu, Saray qəsəbəsi, R.Əzimov küçəsində yerləşən 58 saylı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında ona və paylı mülkiyyətçilər X9, X5 məxsusdur. Bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reysteriııdən ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. İlkin iddia üzrə cavabdehlər onun qardaşı və qardaşı arvadıdır. Qarşı tərəf ona qarşı mütəmadi olaraq təhqiramiz ifadələr işlədir. X2 əsassız böhtanlar atır. Bu şəbədən də, qarşı tərəflə birgə eyni evdə yaşamaq mümkünsüz hala gəlmişdir. Qarşı tərəf onu dəfələrlə əsassız olaraq polisə vermişdir. Qeyd olunanlar göstərir ki, qarşı tərəflə birlikdə yaşamaqları qeyri-mümkündür. Belə olan halda heab edir ki, ilkin iddia üzrə cavabdehlərə kompensasiya verilməklə fərdi yaşayış evindən çıxarılmalıdırlar. Ona məxsus evin yerləşdiyi ərazidə evinin şəraitinə uyğun evin kirayə haqqı 100 manat təşkil etməsini nəzərə alaraq hesab edir ki, Cavabdeh2 və Cavabdeh1 3600 manat məbləğində kompensasiya verilməsi yolu ilə övladları 2014-cü il təvəllüdlü Ağayev Tuncay və 2017-ci il təvəllüdlü Ağayev Tunar ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmalıdırlar.Qarşılıqlı iddianın isə heç bir əsası yoxdur, Odur ki, o, ilkin iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddianın isə rədd edilməsini məhkəmədən xahiş edir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili-nümayəndəsi X13 məhkəmədə İddiaçı ilə eyni məzmunda izahat verərək ilkin iddianın təmin,qarşılıqlı iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh2 məhkəmədə izahatında bildirdi ki, İddiaçı onun bacısıdır. Onlar ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşamışlar. Cavabdeh1 ilə 10.10.2013-cü ildə rəsmi nikaha daxil olmuşlar, birgə nikahlarından 2014-cü ildə Tuncay və 29.03.2017-ci ildə Tunar adlı uşaqları doğulmuşdur. İstifadə hüququnun tanınmasını istədiyi ev əvvəllər ƏMDK yanında DƏDRX tərəfindən qeydiyyata alınmamışdı. Ona görə də o Sumqayıt şəhər məhkəməsində evə köçürülmə barədə iddia qaldırdı. Sumqayıt Şəhər Məhkəməsinin 22 may 2015-ci il tarixli, 2(060)-3526/2015 saylı qətnaməsinə əsasən onun və yoldaşı Cavabdeh1 eyni cavabdehlərə qarşı iddiası təmin olunaraq ünvan 2 ünvanına köçməyi qət olunmuşdur. Həmin qətnamə Sumqayıt Apelyasiya Məhkəməsinin 02 oktyabr 2015-ci il tarixli və Ali Məhkəmənin 04 mart 2016-cı il tarixli qərarı ilə qüvvədə qalmışdır. Hər iki ailə qeyd olunan ünvanda yaşayır. Aralarında mütəmadi olaraq mübahisələr, dava-dalaşlar olduğu üçün bizlər cavabdehlər X14 və X8 qarşı iddia ərizəsi ilə Sumqayıt şəhər məhkəməsinə müraciət edərək qanunsuz tikilmiş mal tövləsinin sökülməsi, evdən və həyətyanı sahədən istifadə qaydasının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Sumqayıt Şəhər Məhkəməsinin 16.02.2021-ci il tarixli, 2(060)-779/2021 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Sumqayıt Şəhər Məhkəməsində iddiamıza baxılarkən cavabdehlər tərəfindən məhkəməyə fərdi yaşayış evinin ƏMDK yanında DƏDRX-in 2 saylı Sumqayıt Ərazi idarəsi tərəfindən qeydiyyata alınmasına dair çıxarış təqdim edilmişdir. Həmin vaxtı o müəyyən etdi ki, artıq ev anası Gültəkin Ağayevanın xüsusi mülkiyyətindədir. Ona görə də hesab edir ki, artıq onun və yoldaşının də istifadə hüququnun tanınması üçün şərait yaradılmışdır. İddiaçı adından Abşeron Məhkəməsinə ünvanlınmış iddia ərizəsi bizə çatdıqdan sonra məlum olmuşdur ki, anası 26.10.2020-ci il tarixdə Sumqayıt ASAN xidmətində bağışlama müqaviləsi bağlamaqla yaşayış evini bacıları İddiaçı, Adıgözəlova Natavan Rasim qızı və X5 bağışlamışdır. Onun qeyd olunan evdə istifadə hüququnun olmaması səbəbindən bağışlama müqaviləsi bağlanarkən razılığı alınmamışdır. Əlavə olaraq qeyd edir ki, qeyd olunan evi o, atasıyla birgə inşa etmişlər. Valideynləri də 4 otaqlı evdən 1 otağını ona və həyat yoldaşı Cavabdeh1 1 otaq vermiş, həmin otaqda müəyyən artırma işləri aparmışdır. Lakin həmin evin tikilməsində əziyyət çəkməsinə baxmayaraq, anası evi bacılarına vermişdir. Halbuki bacılarının evləri olsa da, onun yaşamağa yeri yoxdur. Belə ki, İddiaçı onu sözügedən evdən çıxarmaqda məqsədi evi kirayə verməkdir. O, hazırki kompensasiya məbləği ilə razı deyildir. 25000 manat məbləğində kompensasiya verilərsə, evdən çıxmağa razıdır. Odur ki, o, ilkin iddianın rədd edilməsini və qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh1 məhkəmədə qarşılıqlı iddianı müdafiə edərək, ilkin iddianın rədd edilməsini xahiş edərək Cavabdeh2 izahatına uyğun izahat verdi. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən sahəsi 0.06 ha olan torpaq sahəsi üzərində tikilmiş, ümumi sahəsi 124.60 kvadratmetr olan fərdi yaşayış evi hüquq sahibləri olan İddiaçı adına ********** qeydiyyat nömrəsi, 16.11.2020-ci il qeydiyyat tarixi ilə, X4, adına ********** qeydiyyat nömrəsi, 16.11.2020-ci il qeydiyyat tarixi ilə, X3 adına ********** qeydiyyat nömrəsi, 16.11.2020-ci il qeydiyyat tarixi ilə qeydiyyata alınmışdır və hüquq sahiblərinin hər birinin həmin əmlaka payları 1/3 hissədə müəyyən edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbləri rədd edilməlidir. Belə ki, mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi paylı mülkiyyətdir. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiqlənmiş surətindən göründüyü kimi ünvan 1 ünvanında yerləşən sahəsi 0.06 ha olan torpaq sahəsi üzərində tikilmiş, ümumi sahəsi 124.60 kvadratmetr olan fərdi yaşayış evi hüquq sahibləri olan İddiaçı adına ********** qeydiyyat nömrəsi, 16.11.2020-ci il qeydiyyat tarixi ilə, X4, adına ********** qeydiyyat nömrəsi, 16.11.2020-ci il qeydiyyat tarixi ilə, X3 adına ********** qeydiyyat nömrəsi, 16.11.2020-ci il qeydiyyat tarixi ilə qeydiyyata alınmışdır və hüquq sahiblərinin hər birinin həmin əmlaka payları 1/3 hissədə müəyyən edilmişdir. Lakin sözügedən ev paylı mülkiyyət olsa da, İddiaçı və digər paylı mülkiyyətçilərin payı naturada ayrılmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, paylar naturada ayrılmadığından sözügedən evin hansı hissəsindən ilkin iddia üzrə cavabdehlərin çıxarılması müəyyən edilə bilmədiyindən ilkin iddia rədd edilməlidir. Bundan əlavə məhkəmə qarşılıqlı iddianın Cavabdeh2 və Cavabdeh1 İddiaçı, X9 və X3 mülkiyyətində olan və ünvan 2 saylı evə istifadə hüquqlarının tanınması hissəsi ilə bağlı qeyd edir ki, qarşılıqlı iddia, ilkin iddia üzrə iddiaçıya qarşı verilə bilər. Lakin göründüyü kimi qarşılıqlı iddia ilkin iddia üzrə tərəf olmayan şəxslərə qarşı verilmişdir. X1 ilə İddiaçı, X9 və X10 arasında 26.10.2020-ci il tarixdə Sumqayıt ASAN xidmətində bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab olunması üçün Azərbaycan Respublikası Mülki Məcəllənin 337-350-ci maddələrində göstərilmiş hallardan hər hansı biri müəyyən edilmədiyindən həmin hissədə də qarşılıqlı iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh2, Cavabdeh1 qarşı «kompensasiya verilməsi yolu ilə mənzildən çıxarılma» tələbinə dair ilkin iddia və Cavabdeh2 və Cavabdeh1 onların İddiaçı, X9 və X6 mülkiyyətində olan ünvan 2 saylı evə istifadə hüquqlarının tanınması və X12 ilə İddiaçı, X9 və X10 arasında 26.10.2020-ci il tarixdə Sumqayıt ASAN xidmətində bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab olunması barədə qarşılıqlı iddia rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №2(012)-2974/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2974/2021
24.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver