Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3017/2021 31.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «kredit müqaviləinin ləğvi və borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə 31 may 2021-ci il tarixdə Abşeron rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında Abşeron rayonu 1 saylı notariat ofisində bağlanmış 27.08.2020-ci il tarixli, 3M-648 saylı kredit müqaviləsinin ləğv edilməsi və Cavabdeh 1700 manat məbləğində borcun, vəkilə ödənilmiş 110 manat və 30 manat məbləğində dövlət rüsumunun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının vəkili-nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, İddiaçı ilə Cavabdeh arasında Abşeron rayonu 1 saylı notariat ofisində 27.08.2020-ci il tarixli, 3M-648 saylı kredit müqaviləsi bağlanılmış və müqavilə şərtlərinə əsasən İddiaçı tərəfindən Cavabdeh notariusun bankda açılmış depozit hesabı vasitəsilə 1700 manat məbləğində borc pul vəsaiti verilmişdir. Həmin müqavilənin 2-ci bəndinə əsasən "borc alan" Cavabdeh həmin borc pul vəsaitini 27.02.2021-ci il tarixədək "borc verən" İddiaçı qaytarmağı öhdəsinə götürsə də həmin pul vəsaiti bu günədək cavabdeh tərəfindən İddiaçı qaytarılmamışdır. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmədə izahatında bildirdi ki, iddiaçını iş yerindən tanıyır. O, iddiaçıdan borc pul almış və 27.08.2020-ci il tarixdə notariusda müqavilə bağlayaraq 6 ay müddətinə pulu qaytarmağı öz öhdəsinə götürmüşdür. O, borcdan boyun qaçırmır. Lakin pandemiyayla əlaqədar işləmədiyindən, eyni zamanda övladı xəstə olduğundan borcu qaytara bilməmişdir. İş materiallarında olan 27.08.2020-ci il tarixli, 3M-648 saylı kredit müqaviləsindən görünür ki, kreditor İddiaçı borcalan Cavabdeh 1700 manat pul vermişdir. Borcalan Cavabdeh isə həmin pulu 27.02.2021-ci il tarixədək faizsiz olmaqla İddiaçı qaytarmağı öz öhdəsinə götürmüşdür. Məhkəmə iddiaçının vəkili-nümayəndəsini və cavabdehi dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 27.08.2020-ci il tarixli, 3M-648 saylı kredit müqaviləsindən görünür ki, kreditor İddiaçı borcalan Cavabdeh 1700 manat pul vermişdir. Borcalan Cavabdeh isə həmin pulu 27.02.2021-ci il tarixədək faizsiz olmaqla İddiaçı qaytarmağı öz öhdəsinə götürmüşdür. Lakin Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş və 1700 manat məbləğində borcu yaranmışdır. Belə olan halda məhkəmə hesab edir ki, 1700 manat məbləğində pul Cavabdeh tutularaq, İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1 və 421.2-ci maddələrinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqavilənin pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1 və 421.2-ci maddələrinə görə tərəflər arasında bağlanmış 27.08.2020-ci il tarixli, 3M-648 saylı kredit müqaviləsi ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün dövlət rüsumu olaraq ödənilmiş 30 manat və hüquqi yardımın göstərilməsi üçün vəkilə ödənilmiş 111 manat da cavabdehdən tutulub iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında Abşeron rayonu 1 saylı notariat ofisində bağlanmış 27.08.2020ci il tarixli, 3M-648 saylı kredit müqaviləsi ləğv edilsin, Cavabdeh 1700 manat məbləğində borc, vəkilə ödənilmiş 111 manat və 30 manat məbləğində dövlət rüsumu tutulub İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-3017/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3017/2021
31.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver