Məhkəmə qərarları › İş №2(012)-3017/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3017/2022

29.09.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3017/2022 29.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədirliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs Abşeron Rayon İcra hakimiyyətinin nümayəndəsi X5 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Abşeron Rayon İcra hakimiyyətinə qarşı «şəxsin fəaliyyət qabiliyyətsiz hesab edilməsi» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1983-cü il təvəllüdlü X1 fəaliyyət qabiliyyətsiz hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında izahatında bildirdi ki, xx.xx.1983-cü il təvəllüdlü X4 onun doğma övladıdır. Mehribanın azyaşlı iki qız övladı var. Mehriban uzun müddətdir ki, xəstədir və övladına qonşuları X8 baxır və hər bir təlabatını ödəyir. Çünki o, ahıl yaşlı qocadır. Məmmədova Mehriban 1-ci qrup əlildir və yataq xəstəsidir. Övladı ağırlaşma F20.0 Paranoid şizofreniya, Şizofreniya paranoid forma fasiləsiz gedişli, psixi qüsur halı Ağırlaşma F48 Digər neqativ pozğunluqlar, psixi qüsur halı xəstəliklərindən əziyyət çəkir. Övladına daim kimsə qulluq etməli və vaxtı-vaxtında dərmanları verilməlidir. Əks halda vəziyyəti daha da pisləşir, aqresiv olur. Belə ki, Məmmədova Mehriban ailəsindən ayrılmış və iki qız övladı ilə onun himayəsində yaşayır. Belə ki, Mehribanın fəaliyyət qabiliyyətsiz olması ilə bağlı məhkəməyə müraciət etmiş və ona şifahi olaraq ilk öncə məsələ ilə bağlı RİH-nə müraciət etməli olduğunu bildirmişlər. Abşeron RİH tərəfindən onlara şifahi olaraq bildirdilər ki, məsələ ilə bağlı məhkəməyə müraciət etməlidirlər. Bu səbəbdən o, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Abşeron Rayon İcra hakimiyyətinin nümayəndəsi X7 məhkəmədə izahatında bildirdi ki, ərizənin təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxır. İş materiallarında olan AZE Seriyaİı, 19101479 №-li şəxsiyyət vəsiqəsindən görünür ki, X4 xx.xx.1983-cü il tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsində anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X9 Hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli, 3175 saylı rəyindən görünür ki, X2 şizofreniya paranoid forma psixi qüsur əlamətləri ilə (F20.0) xroniki psixi xəstəliyi qeyd olunur. Bunu anamnestik məlumatlar-uzun müddət psixi xəstəlikdən əziyyət çəkməsi, psixi vəziyyətinin kəskinləşməsi ilə əlaqədar dəfələrlə 2 saylı X3, 1 saylı Respublika Psixiatriya Xəstəxanasında müalicə olunması, xəstəliyi ilə əlaqədar İ qrup əlilliyi, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər-ünsiyyətə formal daxil olması, təfəkkürünün paroloqik olması, autikliyi, sayıqlama fikirləri aşkar etməsi, maraq dairəsinin məhdudluğu, emosional-iradi sferasının enməsi, öz vəziyyətinə qarşı tənqidinin olmaması və sair sübut edir. Mülki işi materiallarını və ambulator məhkəməpsixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual: xx.xx.1983-cü il təvəllüdlü X4 öz hərəkətlərinin mənasını anlaya bilirmi və ya öz hərəkətlərinə rəhbərlik edə bilirmi? Cavab: X4 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik deyil. 2-ci sual: xx.xx.1983-cü il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan hesab oluna bilərmi? Cavab: X4 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmalıdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edib, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, xx.xx.1983-cü il təvəllüdlü X4 fəaliyyət qabiliyyətli olmayan hesab edilməlidir. Belə ki, X4 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmür və onun öz hərəkətlərinə rəhbərlik etmək iqtidarına malik olmadığı iş materialları və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X9 Hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli, 3175 saylı rəyi ilə tamamilə öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasının başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyətli olmayan sayıla bilər. Onların üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyətli olmayan sayılmış fiziki şəxsin adından əqdi onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyətli olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 35.7-ci maddəsinə əsasən, qəyyumlar və himayəçilər öz qəyyumluğunda və ya himayəsində olanların saxlanması, onlara baxılmasının və onların müalicəsinin təmin edilməsi, onların təhsil alması və tərbiyələnməsi qayğısına qalmağa, onların hüquq və mənafelərini qorumağa borcludurlar. Azərbaycan Respublikası MPM-nin 305.1.3-cü maddəsinə əsasən məhkəmə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 317.2-ci maddəsinə görə məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 317.3-cü maddəsinə görə şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 320.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 305, 317-321 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. xx.xx.1983-cü il tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsində doğulmuş X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar