Məhkəmə qərarları › İş №2(012)-3070/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3070/2023

24.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3070/2023 24.07.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi ƏMDX yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «hüquqi əhəmiyyətli olan faktların müəyyən olunması» ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Bağlar Təsərrüfatının İnkişafi və İstismarı Birliyinin Bakı şəhəri, Sabunçu rayonu, Lehiş qəsəbəsində yerləşən 2660a saylı bağ sahəsinin icarəyə verilməsi haqqında xx.xx.1991-ci il tarixli, 2763 nömrəli müqavilənin AZ-İ № 401035 nömrəli ölüm haqqında şəhadətnamədə göstərilən X3 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında izahatında bildirdi ki, Bakı şəhəri, Sabunçu rayonu, Lehiş qəsəbəsində yerləşən 2660a saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2023-cü il tarixli ərizəsinə baxılmışdır. xx.xx.2023-cü il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdə qeyd edilmişdir ki, göstərilən torpaq sahəsinə digər şəxslərin müraciətləri mövcuddur. Bundan əlavə təqdim olunmuş sənədlərdə hüquq sahibinin adında uyğunsuzluq vardır. Belə ki, bağın icarəyə verilməsi haqqında xx.xx.1991-ci il tarixli, 2763 nömrəli müqavilədə hüquq sahibinin adı “Ədilə” kimi göstərilsə də, vərəsəlik işinin açılması və vərəsələrin dairələrinin müəyyən edilməsi barədə notariat ofisinin məktubunda “Adilə” olaraq qeyd edilmişdir. Həmçinin torpaq sahəsinin ölçüsü 1200 kv.m göstərilsə də, faktiki olaraq 1017 kv.m təşkil edir. Həmin müqavilədə nənəsi X2 doğum tarixi də səhv qeyd edilmişdir. Nənəsi ilə babasının evlənmək haqqında şəhadətnaməsində nənəsinin adı “Adilə”, doğum ili isə “1935” kimi qeyd edilmişdir. Müqavilədə ailə üzvü kimi göstərilən X8 nənəsinin ailə üzvü deyildir. X1 17 avqust 2009cu ildə, nənəsi X6 isə 14 dekabr 2009-cu ildə vəfat etmişdir. Odur ki, nənəsindən miras qalmış əmlakın yeganə varisi odur. Qeyd olunanlara əsasən o, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə maraqlı tərəfin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinə əsasən məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Bağlar Təsərrüfatının İnkişafi və İstismarı Birliyinin Bakı şəhəri, Sabunçu rayonu, Lehiş qəsəbəsində yerləşən 2660a saylı bağ sahəsinin icarəyə verilməsi haqqında xx.xx.1991-ci il tarixli, 2763 nömrəli müqavilədən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Lehiş qəsəbəsində yerləşən 0,12 ha bağ sahəsi X4 icarəyə verilmişdir. İş materiallarında olan Abşeron Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ № 401035 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X6 14 dekabr 2009-cu ildə ildə vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi,xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin(həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Məhkəmə ərizəçinin izahatını və iş materiallarını araşdıraraq, hesab edir ki, mərhum X2 adı torpağın bağ sahəsinin icarəyə verilməsinə dair müqavilədə səhv olaraq X7 olaraq göstərilmiş, lakin mərhumun adı ölüm haqqında şəhadətnamədə X6 olaraq qeyd edilmişdir. Bu uyğunsuzluq ərizəçiyə icarə hüququnun həyata keçirilməsinə maneçilik törətdiyindən məhkəmə hesab edir ki, Bakı şəhəri, Sabunçu rayonu, Lehiş qəsəbəsində yerləşən 2660a saylı bağ sahəsi üzərində icarə hüququnu təsdiq edən xx.xx.1991-ci il tarixli, 2763 nömrəli müqavilənin mərhum X3 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149-150, 216-220, 307,308, 311 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin edilsin. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Bağlar Təsərrüfatının İnkişafi və İstismarı Birliyinin Bakı şəhəri, Sabunçu rayonu, Lehiş qəsəbəsində yerləşən 2660a saylı bağ sahəsinin icarəyə verilməsi haqqında xx.xx.1991-ci il tarixli, 2763 nömrəli müqavilənin Abşeron Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ № 401035 saylı ölüm haqqında şəhadətnamədə göstərilən mərhum X3 məxsus olması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar