Məhkəmə qərarları › İş №2(012)-308/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-308/2021

01.04.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-308/2021 01.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki işə xx xxxxx 2021-ci il tarixdə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Masazır qəsəbəsi, abonent kodu **********65820 üzrə Cavabdeh tərəfindən ona hesablanmış 972 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, Abşeron rayonu, Xırdalan şəhəri, Masazır qəsəbəsində yerləşən Abonent kodu **********65820 olan ev ona məxsusdur. 2019-ci ilin yanvar ayında Cavabdehn nümayəndələri tərəfindən onun yaşadığı ünvanda ondan xəbərsiz sayğac dəyişdirilərək yeni sayğac quraşdırılmışdır. Bundan sonra qazın işçiləri gələrək plombun qırılmasına görə ona cərimə yazmışlar. Lakin o, plombu qırmamışdır. Çıxarılan sayğac isə dövlət yoxlanmasından keçirilməsi üçün göndərilmişdir. Sayğac dəyişdirilən zaman plombu üzərində olmuş və heç bir nasazlıq olmamışdır. Cavabdeh əməkdaşları tərəfindən onun köhnə qaz sayğacı aparıldıqdan xeyli müddət sonra-xx xxxx 2020-ci il tarixdə qaz sayğac kartına pul yükləyərkən yüklədiyi məbləğdən az qaz yükləndikdən sonra ona belə bir borc hesablandığını bilmişdir. Cavabdeh əməkdaşları ona qaz sayğacı zədələndiyi üçün 972 manat əlavə sərfıyyat haqqı kimi borcun ödənilməsini bildirmişlər. O, təbii qazdan istifadəyə görə yaranmış borcları aybaay kartla ödəmişdir. Onun indiyə qədər təbii qazla istifadəyə görə yaranmış borcla hər hansı mübahisə olmamışdır. O, istehlakçı olaraq üzərinə düşən öhdəliyi yerinə yetirmiş və istifadə etdiyi təbii qaza görə dövlətə olan borcu ödəmişdir. Mən və mənim ailə üzvülərim tərəfindən qaz sayğacına heç bir müdaxilə və ya digər təsir edilməmişdir. Onun yaşadığı ünvanda qaz sayğacı dəyişdirilərək, dövlət yoxlanmasından keçirilməsi üçün göndərilmişdir və akt tərtib olunarkən guya o, aktı imzalamaqdan imtina etmişdir. Tərtib olunmuş aktdan ümumiyyətlə xəbəri olmamışdır. Dövlət yoxlamasından keçirilərkən sayğacın çıxış plastması borusunun deşilməsi müəyyən edilmişdir. Dövlət yoxlamasından keçirildikdən sonra, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 972 manat (4860 m x 0,20 manat = 972 manat) məbləğində borc ondan tələb edilir. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında izahatında bildirdi ki, İddiaçı tərəfindən sayğaca müdaxilə olmuş və akt tərtib edilmişdir. Əsas borc iddiaçı istifadə etdiyi cihazlara görədir. Cərimə isə kombi və 4 göz qaz peçinə görə yazılmışdır. Saldoda da 972 manat cərimə yazılmışdır. Hər kub metr 0,20 manatdan hesablanmışdır. Odur ki, o, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan İddiaçı məxsus abonentin saldosundan görünür ki, İddiaçı ümumilikdə 972 manat borc hesablanmışdır. İş materiallarında olan Cavabdeh xx.xx.2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı X1 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Masazır qəsəbəsində yerləşən evdə sayğaca baxış keçirilən zaman Qaz sayğacının yoxlanılması barədə xx.xx.2019-cu il tarixli, ******* saylı Akta əsasən 1202AQ**********1 nömrəli sayğacın çıxış plasmas borusunun deşilməsi və dəymiş ziyanın hesablanması qeyd edilmişdir. İtirilmiş qazın bərpası üçün hesabatın aparılması və hesablanmış məbləğin 4860 m3 olması göstərilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdehnə borcunun silinməsi tələbinə dair iddiası təmin edilməlidir. Məhkəmə bununla bağlı qeyd edir ki, qanunla və qaz istismarı qaydalarına uyğun olaraq İddiaçı istifadə etdiyi qazın sərfiyyatını hesablayan sayğacın mühafizəsini həyata keçirmək öhdəliyi daşımadığından, həmin sayğacın kənar müdaxilələrdən qorunması, həmçinin sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni iş üzrə cavabdeh olan Cavabdeh İB X5 Sahəsi daşıdığından mübahisələndirilən akt üzrə müdaxilə olunması iddia olunan qaz sayğacının plombunun yararsız vəziyyətə düşməsinə görə iddiaçı məsuliyyət daşıya və buna görə hər hansı zərər əvəzinin ödənilməsi ondan tələb edilə bilməz. Bundan əlavə məhkəmədə cavabdehin nümayəndəsi sayğacın İddiaçı tərəfindən müdaxilə edilməsini təsdiq edə biləcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarf’nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısmm vəsaiti r.esabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabma təchiz edilir, quraşdırılır və dəyişdirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalıdır. "Qazdan istifadə Qaydaları"nın 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. "Qazdan istifadə Qaydaları"nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı məfındən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti :exniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə s:ehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sa) lacmın texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. "Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazm a?;- ərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay ver.akçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı ' mindən qazm hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol • erhmiş səhvə görə düzgün hesablanmamış qazm dəyərini qaz paylayıcısı ma’akçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı məxsus Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən yaşayış evinə **********65820 nömrəli abonent kodu üzrə təbii qazdan istifadəyə görə hesablanmış 972 manat borc Cavabdeh İB tərəfindən silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar