Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-3085/2024 25.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlu tərəfindən, İddiaçı Cavabdehnə qarşı Abşeron RİHB-nın xx.xx.2008-ci il tarixli, 705 saylı sərəncamın və həmin tarixli icarə müqaviləsinin ona ayrılmış torpaq sahəsi ilə üst-üstə düşən hissədə etibarsız hesab edilməsinə dair iddia ərizəsini və iddia ərizəsinə əlavə edilmiş sənədləri nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı Abşeron RİHB-nın xx.xx.2008-ci il tarixli, 705 saylı sərəncamın və həmin tarixli icarə müqaviləsinin ona ayrılmış torpaq sahəsi ilə üst-üstə düşən hissədə etibarsız hesab edilməsinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Abşeron RİHB-nın xx.xx.2008-ci il tarixli, 705 saylı sərəncamın və xx.xx.2008-ci il tarixli icarə müqaviləsinin fərdi evin tikilməsi üçün Cavabdeh xx.xx.2000-ci il tarixli, 171 saylı sərəncamı əsasında Abşeron rayon südçülük sovxozun direktorun xx.xx.2000-ci il tarixli, 16 saylı əmrlə ona ayrılmış 0.04 ha torpaq sahəsi ilə üst-üstə düşən hissədə etibarsız hesab edilməsi haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və iddia ərizəsinə əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq) 153.2.1-ci maddəsinin tələblərinə cavab vermədiyindən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından ərizənin icraata qəbul edilməsindən imtina edilməlidir. İlkin olaraq, ərizənin mahiyyətindən görünür ki,iddiaçı Əliyev X1 RİHB-nın xx.xx.2008ci il tarixli, 705 saylı sərəncamın və xx.xx.2008-ci il tarixli icarə müqaviləsinin fərdi evin tikilməsi üçün Cavabdeh xx.xx.2000-ci il tarixli, 171 saylı sərəncamı əsasında Abşeron rayon südçülük sovxozun direktorun xx.xx.2000-ci il tarixli, 16 saylı əmrlə ona ayrılmış 0.04 ha torpaq sahəsi ilə üst-üstə düşən hissədə etibarsız hesab edilməsini xahiş etmişdir. Mülki Prosessual Məcəllənin: 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Qanunun tələblərinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən Qanununa əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin: 2.2.5. maddəsinə əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); İddia tələbindən göründüyü kimi iddianın əsasını, İcra Hakimiyyətinin sərəncamına əsasən sovxoz direktorunun əmri ilə verilmiş torpağın etibarsızlığı təşkil edir. Göründüyü kimi torpağın verilməsinin əsasında inzibati akt durur. Mülki Prosessual Məcəllənin 153.2.1. maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Qeyd olunmalıdır ki, mülki prosessual qanunvericilik mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydalarını tənzimlədiyindən həmin Məcəllənin 153.2.1. maddəsində «ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından » ifadəsi işə yalnız məhkəmə icraatı qaydasında və ya mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr tərəfindən baxılmasının mümkünlüyünü nəzərdə tutur. Əgər ümumi məhkəməyə daxil olmuş iddia ərizəsi müvafiq mübahisəyə ixtisaslaşdırılmış məhkəmə tərəfindən baxılmasını tələb edirsə, həmin iddia Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinin təsir dairəsinə düşür. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə və mülki iş materiallarına istinad edərək qeyd edir ki, iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz və iddia ərizəsinin yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Məhkəmə eyni zamanda, qeyd edir ki, Mülki Prosessual Məcəllənin:
107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 114.1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən, ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə - dövlət rüsumu geri qaytarılır. Mülki Prosessual Məcəllənin 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında baxıla bilmədiyindən və iddia ərizəsinin yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edildiyindən ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 152.1.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı Abşeron RİHB-nın xx.xx.2008-ci il tarixli, 705 saylı sərəncamın və həmin tarixli icarə müqaviləsinin ona ayrılmış torpaq sahəsi ilə üst-üstə düşən hissədə etibarsız hesab edilməsinə dair iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddianın yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilsin. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə, saat 10:37-də "xxxx" ASC-də (Əməliyyat İD:456591491, qəbz nömrəsi:21159, Terminal nömrəsi: K0255011, Ödəniş növü: Nağd, məhkəmə növü: Abşeron rayon Məhkəməsi, Büdcə səviyyə kodu: 142213, GPP qəbz nömrəsi:**********) ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu İddiaçı geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov