Məhkəmə qərarları › İş №2(102)-1545/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1545/2024

29.05.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Torpaq m
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1545/2024 29.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkünlüyü (kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verildikdə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikası İqti sadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “çıxarışın etibarsız hesab edilməsi və mülkiyyət hüquqlarının bərpa edilərək torpaq sahəsinin geri qaytarılması” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-834/2023 nömrəli iş üzrə 24 yanvar 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehlər Cavabdeh2 və 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı çıxarışın etibarsız hesab edilməsi və mülkiyyət hüquqlarının bərpa edilə rək torpaq sahəsinin geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 adına Abşeron rayon Ərazi İdarəsi tərəfindən verilmiş **********25 reyestr nömrə, **********24 reyestr nömrə, **********33 reyestr nömrə, **********32 reyestr nömrə və **********31 reyestr nömrə ilə qeydə alınmış çıxarışların etibarsız hesab edilməsi, qeydlərin dövlət reyestrindən çıxarılması, mülkiyyət hüquqlarının bərpa edilərək torpaq sahəsinin geri qaytarılması iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-42/2022 nömrəli qətnaməsi ilə (hakim Habil Əhmədov) İddiaçı cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmla k Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı çıxarışın etibarsız hesab edilməsi və mülkiyyət hüquqlarının bərpa edilərək torpaq sahəsinin geri qaytarılması tələbi təmin edilməmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

3. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Sumqayıt Apellyasiya Məhkəməsinin (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) xx.xx.2023-cü il tarixli 2(105)-834/2023 nömrəli qətnaməsi ilə (hakimlər Lalə Rəhimli(sədrlik edən və məruzəçi), İlqar Dəmirov və Fuad Məmmədov) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Abşeron Rayon Məhkəməsin in xx.xx.2022-ci il tarixli, 2(012)-42/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

5. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(105)-834/2023 nömrəli qətnaməsindən iddiaçı kassasiya şikayəti vermiş və qətnamənin ləğv edilməsini xahiş etmişdir.

6. Apellyasiya instansiyası məhkəməsinin 10 yanvar 2024-cü il tarixli qərardadı ilə müddətinin bərpasına dair ərizə kassasiya şikayətinə əlavə edilmədiyindən və kassasiya şikayəti geri qaytarılmışdır.

7. İddiaçı ərizə və kassasiya şikayəti ilə yenidən məhkəməyə müraciət edərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayətinin verilməsi müddətinin bərpa olunmasını xahiş etmişdir.

8. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü i l tarixli iclasında ona məlum olmuşdur ki, onun e-mehkeme kabineti var imiş və qətnamə həmin kabinetə xx.xx.2023-cü il tarixdə yerləşdirildiyindən vermiş olduğu kassasiya şikayətinin verilməsi üçün müddəti ötürmüşdür. Təəssüflər olsun ki, o texnologiyadan anlayışı olmayan bir insandır, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı Asan imza gərəkli olduğundan əvvəllər həmin imzanı almışdır. Bu səbəbdən sistem onun e-mehkeme portalında kabineti olduğu göstərmişdir. Lakin onun bu prosesdən heç bir anlayışı yoxdur. E-mehkeme adlı sistem, portalın nə demək olduğunu hələ də qavraya bilməmişdir. Dolayısı ilə kabinetə heç bir zaman daxil olmamış və heç bir sənədə baxmamışdır. Ümumiyyətlə bu cür halın mövcudluğundan xəbəri olmamışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin çıxarmış olduğu qətn amə xx.xx.2023-cü il tarixdə ona poçt vasitəsi ilə çatdırılmışdır. Həmin çatdırılma qəbzini də kassasiya şikayətinə əlavə edir. Həmin qəbzə əsasən də vəkil tərəfindən kassasiya şikayəti tərtib edilmiş və xx.xx.2023-cü il tarixdə məhkəməyə göndərilmişdir. Göründüyü kimi onun elektron kabinetinin mövcudluğundan xəbərim olmamış və həmişə olduğu kimi qətnamənin ünvanına çatdırılması zamanı gözləmişdir.

9. Apellyasiya instansiyası məhkəməsinin 24 yanvar 2024-cü il tarixli qərardadı ilə müddətinin bərpasına dair ərizə təmin edilməmiş və kassasiya şikayəti geri qaytarılmışdır.

10. Məhkəmə mövqeyini iş materiallarına əsasən belə əsaslandırmışdır ki, kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddətin müəyyən edilmiş müddətin bərpa edilməsi barədə iddiaçı tərəfindən verilmiş əri zədə qeyd edilən halı, yəni elektron kabinetinin mövcudluğundan xəbəsiz olmasını məhkəmə kollegiyası əsaslı hesab etməmiş və cavabdeh tərəfindən kassasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş müddətin bərpa edilməsi barədə ərizə təmin edilməməli və kassasiya şikayəti geri qaytarılmalıdır.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 129.1, 130.1, 133.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

12. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 24 yanvar 2024-cü il tarixli qərardadının ləğv edilməsi və həmin iş üzrə qəbul edilmiş qətnamədən kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməklə, şikayətin mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

13. Şikayət Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1 və 135.6cı maddəsinə istinadən əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

15. Maddə 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır.

16. Maddə 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir.

17. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

18. Maddə

133. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və ye ri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir.Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.).Buraxılmış prosessual müddətin bərpası məhkəmənin qətnaməsində, qərardadında və qərarında göstərilməlidir. Müddətin bərpasından imtina barədə qərardad çıxarılır. Prosessual müddətlərə dair məsələ üzrə qərardaddan işdə iştirak edən şəxslər şikayət verə bilər.

19. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

20. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki i şlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

21. Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər.

22. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Kassasiya baxışının hədləri

23. Qanunun tələbinə görə, kassasiy a instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

24. Apellyasiya instansiyası məhkəməsinin aktı iddiaçı tərəfindən tam mübahisələndirildiyindən qərardad bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq ol unmuşdur, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarına görə qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olun malıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.

27. Baxılan işdən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(105)-834/2023 nömrəli qətnaməsinin surəti İddiaçı məxsus elektron kabinetə xx.xx.2023-cü il tarixdə yerləşdirilmişdir. İddiaçı 29 dekabr 2023cü il tarixdə kassasiya şikayəti elektron məhkəmə sisteminə qanunla müəyyən edilmiş müddət 5 gün keçdikdən sonra yerləşdirilmişdir.

28. Apellyasiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, cavabdehə münasibətdə kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddətin axımı qətnamə onun “elektron kabinet”də yerləşdirildiyi tarixdən başlanmışdır. Məhkəmə haqlı olara q iddiaçının texnologiyadan anlayışı olmayan bir insan olması, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı Asan imza gərəkli olduğundan əvvəllər həmin imzanı alması, məhz bu səbəbdən sistemin onun e-mehkeme portalında kabineti olduğunu göstərməsi, lakin onun bu prosesdən heç bir anlayışının olmaması, E-mehkeme adlı sistem, portalın nə demək olduğunu hələ də qavraya bilməməsi, dolayısı ilə elektron kabinetə heç bir zaman daxil olmaması və heç bir sənədə baxmaması, ümumiyyətlə bu cür halın mövcudluğundan xəbərinin olmaması barədə dəlillərini inandarıcı hesab etməmişdir.

29. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

30. Yuxarıda göstərilən lərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-834/2023 nömrəli iş üzrə 24 yanvar 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar