Məhkəmə qərarları › İş №2(3-8)-468/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-8)-468/2026

24.04.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2(3-8)-468/2026 24.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X1 (sədrlik edən və məruzəçi), X2 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi cavabdeh cavabdeh5, onun nümayəndəsi və vəkili Nümayəndə, cavabdeh X4 iştirakı ilə, İddiaçılar İsmayılov Məmməd Xalid oğlu və iddiaçı1 cavabdehlər cavabdeh21 və qeyrilərinə qarşı alqı-satqı əqdlərinin etibarlı hesab edilməsi və həmin torpaq sahələrinə mülkiyyət hüququnun tanınması tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin ##.##.2006-cı il tarixli *-***/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İddiaçılar İsmayılov Məmməd Xalid oğlu və iddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər cavabdeh21 və ailə üzvlərinin JN 718 kod ******* saylı dövlət aktı ilə onlara məxsus torpaq sahəsindən 0.25 ha əkin sahəsini, X22 və ailə üzvlərinin JN *** saylı dövlət aktı ilə onlara məxsus torpaq sahəsindən 0.51 ha əkin sahəsini ## ##### 2004-cü il tarixdə, X3 və ailə üzvlərinin JN *** saylı dövlət aktı ilə onlara məxsus torpaq sahəsindən 0.51 ha əkin sahəsini cavabdeh18 və ailə üzvlərinin JN *** saylı dövlət aktı ilə onlara məxsus torpaq sahəsindən 0.89 ha əkin sahəsini, cavabdeh17 JN *** saylı dövlət aktı ilə ona məxsus 0.12 ha əkin sahəsini ## ##### 2004-cü il tarixdə, cavabdeh16 və ailə üzvlərinin JN *** saylı dövlət aktı ilə onlara məxsus torpaq sahəsindən 0.63 ha əkin sahəsini ## ##### 2004-cü il tarixdə, cavabdeh15 və ailə üzvlərinin JN **** saylı dövlət aktı ilə onlara məxsus 1.06 ha torpaq sahəsini, cavabdeh14 İdris oğlu və ailə üzvlərinin JN **** saylı dövlət aktı ilə onlara məxsus 0.84 ha torpaq sahəsini, cavabdeh13 və ailə üzvlərinin JN **** saylı dövlət aktı ilə onlara məxsus 1.27 ha torpaq sahəsini. cavabdeh12 və ailə üzvlərinin JN *** saylı dövlət aktı ilə onlara məxsus 0.25 ha torpaq sahəsini, cavabdeh11 və ailə üzvlərinin JN *** saylı dövlət aktı ilə onlara məxsus torpaq sahəsindən 0.51 ha əkin sahəsini, X13 JN *** saylı dövlət aktı ilə ona məxsus torpaq sahəsindən 0.12 ha əkin sahəsini, cavabdeh9 və ailə üzvlərinin X6 JN *** saylı dövlət aktı ilə məxsus onlara verilmiş torpaq sahəsindən 0.23 ha əkin sahəsini, ## ##### 2004-cü il tarixdə, cavabdeh8 və ailə üzvlərinin JN **** saylı dövlət aktı ilə onlara məxsus 0.63 ha torpaq sahəsini, X17 və ailə üzvlərinin JN *** saylı dövlət aktı ilə onlara məxsus torpaq sahəsindən 0.76 ha əkin sahəsini cavabdeh6 və ailə üzvlərinin JN *** saylı dövlət aktı ilə onlara məxsus torpaq sahəsindən 0,63 ha əkin sahəsini, X7 və ailə üzvlərinin JN *** saylı dövlət aktı ilə onlara məxsus torpaq sahəsindən 0.51 ha əkin sahəsini, cavabdeh4 və ailə üzvlərinin JN *** saylı dövlət aktı ilə onlara məxsus torpaq sahəsindən 0.38 ha əkin sahəsini, X11 və ailə üzvlərinin JN *** saylı dövlət aktı ilə onlara məxsus torpaq sahəsindən 0.38 ha əkin sahəsini ## ##### 2006-cı il tarixdə, X18 və ailə üzvlərinin JN *** saylı dövlət aktı ilə onlara məxsus torpaq sahəsindən 0.63 ha əkin sahəsini, X5 və ailə üzvlərinin JN *** saylı dövlət aktı ilə onlara məxsus torpaq sahəsindən 0.38 ha əkin sahəsini razılaşaraq ## ##### 2004-cü il tarixdə onlara satmalarına dair aralarında bağlanmış torpaq alqı-satqı əqdlərinin etibarlı hesab edilməsi və həmin torpaq sahələrinə onların mülkiyyət hüquqularının tanınaraq həmin torpaq sahələrinin dövlət qeydiyyatına alınaraq reyestrdən çıxarış verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Quba Rayon Məhkəməsinin ##.##.2006-cı il tarixli *-***/**** nömrəli qətnaməsi ilə cavabdehlər cavabdeh21 və ailə üzvlərinin JN 718 kod ******* saylı dövlət aktı ilə onlara məxsus torpaq sahəsindən 0.25 ha əkin sahəsini, X22 və ailə üzvlərinin JN *** saylı dövlət aktı ilə onlara məxsus torpaq sahəsindən 0.51 ha əkin sahəsini ## ##### 2004-cü il tarixdə, X3 və ailə üzvlərinin JN *** saylı dövlət aktı ilə onlara məxsus torpaq sahəsindən 0,51 ha əkin sahəsini cavabdeh18 və ailə üzvlərinin JN *** saylı dövlət aktı ilə onlara məxsus torpaq sahəsindən 0,89 ha əkin sahəsini, cavabdeh17 Baloglan qızının JN *** saylı dövlət aktı ilə ona məxsus torpaq sahəsindən 0.12 ha əkin sahəsini ## ##### 2004-cü il tarixdə, cavabdeh16 və ailə üzvlərinin JN *** saylı dövlət aktı ilə onlara məxsus torpaq sahəsindən 0.63 ha əkin sahəsini ## ##### 2004-cü il tarixdə, cavabdeh15 və ailə üzvlərinin JN **** saylı dövlət aktı ilə onlara məxsus 1.06 ha torpaq sahəsini, cavabdeh14 İdris oğlu və ailə üzvlərinin JN **** saylı dövlət aktı ilə onlara məxsus 0.84 ha torpaq sahəsini, cavabdeh13 Qurbəddin oğlu və ailə üzvlərinin JN **** saylı dövlət aktı ilə onlara məxsus 1,27 ha torpaq sahəsini, cavabdeh12 və ailə üzvlərinin JN*** saylı dövlət aktı ilə onlara məxsus 0.25 ha torpaq sahəsini, cavabdeh11 və ailə üzvlərinin JN *** saylı dövlət aktı ilə onlara məxsus torpaq sahəsindən 0,51 ha əkin sahəsini, X14 JN *** saylı dövlət aktı ilə ona məxsus torpaq sahəsindən 0.12 ha əkin sahəsini, cavabdeh9 və ailə üzvlərinin X6 JN *** saylı dövlət aktı ilə onlara verilmiş torpaq sahəsindən 0.23 ha əkin sahəsini, ## ##### 2004-cü il tarixdə, cavabdeh8 Nöhbala qızı və ailə üzvlərinin JN **** saylı dövlət aktı ilə onlara məxsus 0,63 ha torpaq sahəsini, X17 və ailə üzvlərinin JN *** saylı dövlət aktı ilə onlara məxsus torpaq sahəsindən 0.76 ha əkin sahəsini, cavabdeh6 və ailə üzvlərinin JN *** saylı dövlət aktı ilə onlara məxsus torpaq sahəsindən 0,63 ha əkin sahəsini, X7 və ailə üzvlərinin JN *** saylı dövlət aktı ilə onlara məxsus torpaq sahəsindən 0.51 ha əkin sahəsini, cavabdeh4 və ailə üzvlərinin JN *** saylı dövlət aktı ilə onlara məxsus torpaq sahəsindən 0,38 ha əkin sahəsini, X12 və ailə üzvlərinin JN *** saylı dövlət aktı ilə onlara məxsus torpaq sahəsindən 0.38 ha əkin sahəsini ## ##### 2006-cı il tarixdə, X18 və ailə üzvlərinin JN *** saylı dövlət aktı ilə onlara məxsus torpaq sahəsindən 0,63 ha əkin sahəsini, cavabdeh1 və ailə üzvlərinin JN *** saylı dövlət aktı ilə onlara məxsus torpaq sahəsindən 0.38 ha əkin sahəsini razılaşaraq ## ##### 2004-cü il tarixdə iddiaçılar İsmayılov Məmməd Xalid oğlu və iddiaçı1 alqı-satqı qaydasında satmalarına dair əqdlər etibarlı hesab edilməsi, həmin torpaq sahələri İsmayılov Məmməd Xalid oğlu və iddiaçı1 mülkiyyətinə verilsin və onların adına həmin torpaq sahələrinin dövlət qeydiyyatına alınaraq reyestrdən çıxarış verilməsi ƏDRX-nin Xaçmaz Ərazi İdarəsinə həvalə edilməsi, cavabdehlərdən müştərək qaydada 19 manat 80 qəpik alınaraq iddiaçılar İsmayılov və iddiaçı1 verilməsi qət edilmişdir. (hakim Ramiz Cəfərov) Cavabdeh cavabdeh5 elektron kabineti vasitəsilə Quba Rayon Məhkəməsinin ##.##.2006-cı il tarixli *-***/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Azərbaycan Respublikası MPM-inin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Bura işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə iclasında cavabdeh cavabdeh5, onun nümayəndəsi və vəkili Nümayəndə şikayətin icraata götürülməsini xahiş etdilər. Məhkəmə iclasında cavabdeh X4 mümkünlük məsələsinin həllini məhkəməni mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə kollegiyası Quba Rayon Məhkəməsinin ##.##.2006-cı il tarixli *-***/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh5 tərəfindən verilən apellyasiya şikayətinin mümkünlüyünə iddiaçıların və digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edib, şikayətin mümkünlüyünü müzakirə edərək belə nəticəyə gəlir ki, mülki işə apellyasiya qaydasında baxılması hazırda qeyrimümkündür. Belə ki, məhkəmə iclasında cavabdeh cavabdeh5 hazırkı mülki iş üzrə birinci instansiya qətnaməsindən 2025-ci ilin noyabr ayında məlumatlı olduğunu bildirmişdir. Digər tərəfdən, işdən görünür ki, Quba Rayon Məhkəməsinin ##.##.2006-cı il tarixli *-***/**** nömrəli qətnaməsinin çıxarılmasından 20 ilə yaxın vaxt keçmişdir. Belə olan halda kollegiya hesab edir ki, mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalı, həmin iş üzrə icra sənədləri alınaraq, cavabdeh cavabdeh5 icra işi barəsində məlumatlı olub-olmması məhkəmə iclasında tərəflərin iştirakı ilə araşdırılmalıdır. Qeyd olunanlar hazırkı halda həmin apellyasiya şikayətinə apellyasiya qaydasında baxılmasını qeyri-mümkün edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 74.1-ci maddəsinə əsasən nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 130.3-cü maddəsinə əsasən, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. 135.6-cı maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Birinci instansiya məhkəməsi barəsində apellyasiya şikayəti verilmiş məhkəmə aktının Azərbaycan Respublikasının MPM-in 135.5 və 135.6-cı maddələrinin tələbinə müvafiq olaraq rəsmi qaydada verilməsinə dair zəruri araşdırma aparmadan, işi apellyasiya şikayəti ilə birlikdə apellyasiya instansiyasına göndərmişdir. Beləliklə, kollegiya hesab edir ki, hazırkı apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Quba Rayon Məhkəməsinin ##.##.2006-cı il tarixli *-***/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar yoxdur. Buna görə də şikayətə apellyasiya qaydasında baxılması hazırki halda qeyri-mümkün hesab edilməli, iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361, 365, 366, 400 və 402-ci maddələrinirəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Quba Rayon Məhkəməsinin ##.##.2006-cı il tarixli *-***/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar