Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3098/2022 20.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədirliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs Abşeron Rayon İcra hakimiyyətinin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Abşeron Rayon İcra hakimiyyətinə qarşı «şəxsin fəaliyyət qabiliyyətsiz hesab edilməsi» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 15 aprel 2004-cü il təvəllüdlü qızı X2 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi və üzərində qəyyum təyin edilməsinin Abşeron rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, xx.xx.2004-cü il təvəllüdlü X2 fəaliyyət qabiliyyətsiz hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında izahatında bildirdi ki, o, xx xxxxxx 1973-cu il tarixdə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olmuşdur. X4 onun övladıdır. X4 15 aprel 2004-cü il tarixdə Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olmuşdur. Əsgərzadə Ülkər anadan gəlmə xəstədir və öz hərəkətlərini və nəticələrini dərk etmir. Uzun illərdir ki, mütamadi müalicə olunmasına baxmayaraq, Əsgərzadə Ülkərin səhhətində hərhansı irəliləyiş müşahidə olunmamışdır. Əsgərzadə Ülkər xəstəliyi ilə əlaqədar uşaqlıqdan əlillik pensiyası alır və onunla birlikdə yaşayır. Keçmiş həyat yoldaşı X7 ilə aralarında olan nikah Naxçıvan şəhər məhkəməsinin 2(078)-252/2011 saylı, 26 dekabr 2011-ci il tarixli qətnaməsi ilə ləğv edilmişdir. Keçmiş həyat yoldaşı onlardan ayrı yaşadığı üçün hər iki övladı onun yanında yaşayır. Əsgərzadə Ülkərin ev daxilində hərəkət etməsi, yemək yeməsi və digər davranışları yalnız onun köməyi ilə həyata keçirilir. Övladının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə məhkəmə qətnaməsinin olmaması pensiya sənədlərinin hazırlanması, müalicəsinin həyata keçirilməsinə köməkdarlıq edilməsi və digər hüquqlarının yerinə yetirilməsində ciddi çətinliklər yaradır. Bu səbəbdən o, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Abşeron Rayon İcra hakimiyyətinin nümayəndəsi X5 məhkəmədə izahatında bildirdi ki, ərizənin təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxır. İş materiallarında olan Naxçıvan Şəhər VVADQ Şöbəsi tərəfindən verilmiş AZ-İ № 473272 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.2004-cü il tarixdə Naxçıvan şəhərində anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X6 Hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli, 3025 saylı rəyindən görünür ki, X3 orta əqli gerilik daun sindromu nəticəsində (F71) aşkar olunur. Bunu anamnestik məlumatlar-erkən yaşlarından Daun sindromunun əlamətlərinin qeyd olunması, psixi inkişafda geri qalması, əqli geriliklə əlaqədar orta məktəbdə təhsil ala bilməməsi, yardımçı məktəb proqramı üzrə təhsil alsa da, elementar biliklərə yiyələnə bilməməsi, 20 nömrəli uşaq poliklinikasının psixiatrik kabinetində, Uşaq Ruhi-Əsəb dispanserində, Xırdalan Ailə Sağlamlıq Mərkəzində, SN 1 saylı Respublika Psixiatriya Xəstəxanasında müalicə olunması, xəstəliyi ilə əlaqədar uşaqlıqdan əlil hesab edilməsi, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər- zahiri görkəmində Daun xəstəliyinə xas əlamətlərin müşahidə edilməsi, ünsiyyətə çətin daxil olması, əksər sualları başa düşə bilməməsi, söz ehtiyatının kasadlığı, təfəkkürünün konkretliyi, abstraktlaşdırma qabiliyyətinin olmaması, maraq dairəsinin məhdudluğu, emosiyalarının qeyri-adekvatlığı, yaddaş və intellektinin aşağı olması, öz vəziyyətinə qarşı tənqidinin olmaması və sair sübut edir. İİ Yekun hissəsi: Mülki işi materiallarını və ambulator məhkəmə-psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual: xx.xx.2004-cü il təvəllüdlü X4 öz hərəkətlərinin mənasını anlaya bilirmi və ya öz hərəkətlərinə rəhbərlik edə bilirmi? Cavab: X3 orta əqli gerilik Daun sindromu nəticəsində aşkar olunur. X4 onda qeyd olunan əqli gerilik nəticəsində öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. 2-ci sual: xx.xx.2004-cü il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edib, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, xx.xx.2004-cü il təvəllüdlü X4 fəaliyyət qabiliyyətli olmayan hesab edilməlidir. Belə ki, X4 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmür və onun öz hərəkətlərinə rəhbərlik etmək iqtidarına malik olmadığı iş materialları və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X6 Hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli, 3025 saylı rəyi ilə tamamilə öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasının başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyətli olmayan sayıla bilər. Onların üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyətli olmayan sayılmış fiziki şəxsin adından əqdi onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyətli olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 35.7-ci maddəsinə əsasən, qəyyumlar və himayəçilər öz qəyyumluğunda və ya himayəsində olanların saxlanması, onlara baxılmasının və onların müalicəsinin təmin edilməsi, onların təhsil alması və tərbiyələnməsi qayğısına qalmağa, onların hüquq və mənafelərini qorumağa borcludurlar. Azərbaycan Respublikası MPM-nin 305.1.3-cü maddəsinə əsasən məhkəmə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 317.2-ci maddəsinə görə məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 317.3-cü maddəsinə görə şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 320.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 305, 317-321 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. xx.xx.2004-cü il tarixdə Naxçıvan şəhərində doğulmuş X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №2(012)-3098/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3098/2022
20.09.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver