Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-31/2023 05.06.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Qaz İxrac» İdarəsinin nümayəndəsi X4, Cavabdeh1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Qaz İxrac» İdarəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «magistral qaz kəmərinin mühafizə zonasında qanunsuz inşa olunmuş fərdi yaşayış evinin və daş hasarın sökülməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Qaz İxrac» İdarəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Qaz İxrac» İdarəsinin balans və istismarında olan 53 mm diametrli “Qaradağ-Sumqayıt” yüksək təzyiqli (25 atmosfer) yerüstü magistral qaz kəmərinin Abşeron rayonu, 28 may qəsəbəsi ünvanından keçən hissəsində, qaz kəmərinin mühafizə zonasında, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən qeyri-qanuni inşa edilmiş daş hasar və fərdi yaşayış evinin cavabdehlərin hesabına sökülməsi, tikinti mal-materiallarının qaz kəmərinin mühafizə zonasından çıxarılması və ödənimiş dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq iddiaçı , Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Qaz İxrac» İdarəsinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Qaz İxrac» İdarəsinin nümayəndəsi X5 məhkəmə iclasında izahatında ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş «Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları»nın tələbləri pozularaq “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X6 balans və istismarında olan 530 mm diametrli «Qaradağ-Sumqayıt» yüksək təzyiqli (25 atmosfer) yerüstü magistral qaz kəmərinin Abşeron rayonu, 28 may qəsəbəsi ünvanından keçən hissəsində, qaz kəmərinin mühafizə zonasında, daha dəqiqliklə qaz kəmərindən “10” metr məsafədə qanunsuz olaraq daş hasar və fərdi yaşayış evi inşa edilmişdir. Tikintinin qarşısının alınması və mühafizə zonasında yerləşən tikilinin sökülərək ləğv edilməsi istiqamətində müvafiq tədbirlər görülməsi üçün tərəfimizdən xx.xx.2020-cı il tarixli SOCAR**********30490075X00200 saylı məktubla Abşeron Rayon İcra Hakimiyyətinin başçısına və xx.xx.2020-cı il tarixli SOCAR**********30490075X00199 saylı məktubla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə “yüksək təzyiqli magistral qaz kəmərinin mühafizə zonasında yaranmış təhlükəli vəziyyət barədə” rəsmi məlumat verilmişdir. Abşeron Rayon İcra Hakimiyyəti öz növbəsində 14 iyul 2020-ci il tarixli 6/X/1004 nömrəli cavab məktubunda məsələyə dair münasibət bildirərək göstərmişdir ki, Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən müraciətdə göstərilən tikinti işinin inşasına heç bir icazə sənədi verilməmişdir. Eyni zamanda sözügedən tikili ilə bağlı qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinə müraciət edilmişdir. Onu da bildirir ki, hasar və evi Cavabdeh1 tikmişdir, torpağın sahibi də Cavabdeh1dır. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında izahatında bildirdi ki, sözügedən evi oğlu üçün tikmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Qaz İxrac» İdarəsinin işçisi gələrək, hasarın boruya 10 metr yaxınlıqda olduğunu bildirmişdir. Həmin ərazidə heç kimin evinin sənədi yoxdur. Evlərin ancaq bələdiyyəyə sənədi vardır. İddiaçı şirkət onsuzda belə evlərdən xəbərdardır. Odur ki, o, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə digər cavabdeh məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə digər cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə tərəfindən obyektiv həqiqətə nail olmaqdan ötrü məhkəmə tərəfindən tikinti-texniki ekspertizası təyin edilmiş, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 aprel 2023-cü il tarixli, 10/8515 saylı ekspert rəyindən görünür ki, baxış zamanı təqdim olunan Abşeron rayonu, 28 may qəsəbəsində cavabdeh ərəfindən inşa olunmuş fərdi yaşayış evi və hasar tikilisinin Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “Qaz İxrac” İdarəsinin istismarında olan D-530 mm-lik magistral qaz cəmərindən müvafiq olaraq 18-20 metr və 10 metr məsafələrdə yerləşdiyini nəzərə alaraq, həmin fərdi yaşayış evinin və hasar tikilisinin “Qaz Təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 103 saylı qərarının 2.7-ci bəndinin tələblərinə əsasən yerüstü magistral qaz xəttinin mühafizə zonasında inşa adildiyi müəyyən olunmuşdur. Beləliklə məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş «Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları»nın tələbləri pozularaq SOCAR “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X6 balans və istismarında olan 530 mm diametrli «Qaradağ- Sumqayıt» yüksək təzyiqli (25 atmosfer) yerüstü magistral qaz kəmərinin Abşeron rayonu, 28 may qəsəbəsi ərazisindən keçən hissəsində magistral qaz kəmərindən 18-20 metr və 10 metr məsafələrdə daş hasar və fərdi yaşayış evi inşa edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydaları” na əsasən magistral qaz kəmərlərinin mühafizə zonalarında hər hansı bir tikinti-quraşdırma işlərinin aparılması qadağandır. “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydaları” nın 2-ci maddəsinin 7-ci bəndinə əsasən boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir: boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydaları” nın 2.11-ci bəndinin “a” hissəsinə əsasən boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı tikinti və ya quraşdırma işləri aparılması qadağandır. Həmin bəndin 8-ci şərtinin 2-ci cümləsinə əsasən boru kəmərlərinin mühafizə zonasında iş aparılması şərtləri magistral boru kəmərlərini istismar edən Dövlət Neft Şirkətinin yerli orqanları tərəfindən təyin edilir və müvafiq icra hakimiyyəti və Fövqəladə Hallar Nazirliyi orqanları ilə razılaşdırıldıqdan sonra həyata keçirilir. “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydaları” nın 2.13-cü bəndinə əsasən boru kəmərlərinin mühafizə zonalarında onların normal istismarını pozan və yaxud boru kəmərlərinin zədələnməsinə gətirib çıxara bilən bütün növ işlərin görülməsinə yol verilmir. Həmin qaydaların 2.23-cü bəndinə əsasən magistral boru kəmərlərinin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin (fərdi ev sahiblərinin) torpaq sahələri ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları tərəfindən baxıldıqda, ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərlərini istismar edən orqanlarla (hüquqi şəxslərlə) razılaşdırılır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası qanunun 19-cu maddəsinin 2-ci hissəsinin tələbinə görə, qaz kəmərlərinin mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Məhkəmə sadalanan normalara və işin faktiki hallarına uyğun olaraq belə qərara gəlir ki, iddia qismən təmin olunmalı, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Qaz İxrac» İdarəsinin Abşeron Magistral X6 balans və istismarında olan 530 mm diametrli 25 atmosfer təzyiqli «Qaradağ- Sumqayıt» yerüstü magistral qaz kəmərinin Abşeron rayonu, 28 may qəsəbəsi ərazisindən keçən hissəsində, magistral qaz kəmərindən 18-20 metr və 10 metr məsafələrdə Cavabdeh1 tərəfindən inşa edilmiş daş hasar və fərdi yaşayış evi sökülməli, tikinti mal-materialları magistral qaz kəmərinin mühafizə zonasından çıxarılmalıdır. Bundan əlavə iş materiallarında olanAR ƏMDK yanında X1 Təşkili üzrə Dövlət Agentliyindən verilmiş xx.xx.2020-ci il tarixli məktubda göstərilmişdir ki, Abşeron ərazi şöbəsinin işçiləri tərəfindən araşdırılan zaman müəyyən olunmuşdur ki, sözügedən ünvada aparılan fərdi yaşayış evinin tikintisi Abşeron rayonu, Hökməli bələdiyyəsinin 20 oktyabr 2005-ci il tarixli, 23 nömrəli qərarına əsasən, vətəndaş Cavabdeh2 ayrılan torpaq sahəsinin hüdudları daxilindədir.Lakin, iddiaçı təşkilatın nümayəndəsi məhkəmədə izahatında Abşeron rayonu, 28 may qəsəbəsi ünvanında qaz kəmərinin mühafizə zonasında yerləşən daş hasar və fərdi yaşayış evinin Cavabdeh1 tərəfindən inşa edildiyini bildirmiş,məhkəmə iclasında digər cavabbeh olan Cavabdeh2 tərəfindən qeyd olunan ərazidə tikinti aparması ilə bağlı hər hansı bir sübut müəyyən edilməmiş və bu səbəbdən də məhkəmə hesab edir ki, iddia tələbi digər Cavabdeh2 aid hissədə təmin edilə bilməz. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı təşkilat tərəfindən dövlət rüsumu olaraq ödənilmiş 10 manat məbləğində pul cavabdehdən alınmalı və iddiaçı təşkilata ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən məhkəmə tikinti-texniki ekspertizasına görə 50 manat ekspertiza xərci Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülməlidir: SAP (XİİS) hesabı- X2, kod-210005; VÖEN- **********; müxbir hesabAZ41NABZ**********0000003944; SFİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi- VÖEN **********; hesabAZ34CTRE********************. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Qaz İxrac» İdarəsinin Abşeron Magistral X6 balans və istismarında olan 530 mm diametrli 25 atmosfer təzyiqli «Qaradağ-Sumqayıt» yerüstü magistral qaz kəmərinin Abşeron rayonu, 28 may qəsəbəsi ərazisindən keçən hissəsində, magistral qaz kəmərindən 18-20 metr və 10 metr məsafələrdə Cavabdeh1 tərəfindən inşa edilmiş daş hasar və fərdi yaşayış evi sökülsün, tikinti mal-materialları magistral qaz kəmərinin mühafizə zonasından çıxarılsın. Ödənilmiş dövlət rüsumu olaraq 10 manat məbləğində pul Cavabdeh1 tutularaq iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Qaz İxrac» İdarəsinə ödənilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən məhkəmə tikinti-texniki ekspertizasına görə 50 manat ekspertiza xərci Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülsün: SAP (XİİS) hesabı- X2, kod-210005; VÖEN**********; müxbir hesabAZ41NABZ**********0000003944; SFİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi- VÖEN **********; hesab AZ34CTRE********************. İddia tələbi Cavabdeh2 aid hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №2(012)-31/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-31/2023
05.06.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver