Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3103/2023 06.07.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi ilə, İlk iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı, İlk iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh2 (Cavabdeh2) nümayəndəsi-vəkili Vəkil, İlk və qarşılıqlı iddia ərizələri üzrə Cavabdeh1 nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair ilkin, iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı və Cavabdeh1nə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-yə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair ilk iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, ünvan 2də yerləşən 5 girişli, 12 mərtəbəli yaşayış binasının “B” giriş, 9-cu yaşayış mərtəbəsindəki 45 saylı mənzilə dair sahiblik və istifadə hüquqlarının təmin olunması, mənzilin qapılarının açılması, açarlarının təhvil verilməsi öhdəliyinin icra olunması, Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında həmin mənzilə dair bağlanmış xx.xx.2014-cü il tarixli müqavilənin etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh2 isə öz növbəsində, cavabdehlər İddiaçı və Cavabdeh1 MMC-yə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, ilk iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, ilk iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ilk iddia ərizəsinin qalan hissələrdə saxlanılmaq şərtilə, mübahisəli mənzilin onun sahiblik və istifadəsinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh1 MMC ilə bütün bəndlər üzrə razılaşaraq ünvan 2, 5 girişli, 12 mərtəbəli yaşayış binasının “B” girişli, 9-cu yaşayış mərtəbəsində yerləşən 45 saylı mənzilin alqı-satqısına dair xx.xx.2021-ci il tarixli müqavilə bağlamışdır. Eyni zamanda, müqavilə şərtlərinə uyğun olaraq cavabdeh digər şəxslərin öhdəliyindən azad mənzili İddiaçı sahiblik və istifadəsinə verməyi, mənzili təhviltəslim etməyi, bununla əlaqədar İddiaçı mənzil hüquqlarının pozulmasına gətirib çıxaran qanunsuz və əsassız hərəkətlərə yol verməməlidir. Mənzilin dəyəri 33000 manat hissəsində tam ödənilmiş, həmin məbləğin ödənilməsi müqabilində mənzildən istifadə və sahiblik hüquqlarına əsas verən maliyyə arayışı təqdim olunmuş, mənzilin qapıları açılmış, açarları təqdim olunmuş, mənzil təmirli olmadığından iddiaçı 10 ay ərzində mənzili təmir etməyə başlamış, hətta elə olmuşdur ki, təmir gedə-gedə həmin mənzildə gecələmişdir. Həmin müddət ərzində mənzildən istifadə və sahiblik hüquqlarının həyata keçirilməsi ilə əlaqədar cavabdeh tərəfindən heç bir məhdudiyyətlərə yol verilməmişdir. Lakin iddiaçı 10 aydan sonra təmiri davam etdirmək məqsədilə mənzilə gələrkən mənzilin qapısının sökülərək yerində başqa bir qapının quraşdırıldığını, onda olan açarların qapının açılmasına imkan vermədiyini görmüş, o vaxtdan kooperativin rəhbərliyinə müraciət etmiş, hüquqlarının təmin olunmasını, mənzilin qapısının açılmasını, öhdəliyin icra olunmasını tələb etmişdir. Kooperativin rəhbərliyi və kommersiya şöbəsi İddiaçı tələbi müqabilində həmin mənzillə əlaqədar digər şəxs qarşısında öhdəlikləri olduğunu, həmin mənzilə dair əvvəl Cavabdeh2 ilə müqavilə bağlandığını, lakin Cavabdeh2 mənzilə köçmədiyini, mənzilin məbləğini ödəməsinə baxmayaraq bir müddət sonra kooperativə gələrək mənzildən imtina etdiyini, ödədiyi pulun qaytarılmasını tələb etsə də həmin məbləğin cəmi 5000 manatının ona qaytarıldığı, qalan 40000 manat hissəsində kooperativin öhdəlikdə qaldığını, hazıradək borcun qaytarıla bilmədiyi bildirilmişdir. Pulunu tələb etdiyindən həmin məbləğin qaytarılmasına təminat olsun deyə, İddiaçı satılmış mənzilin qapısı dəyişdirilmiş, qapıların açarlarını da Cavabdeh2 vermişlər. Lakin bunun müvəqqəti olduğunu, Cavabdeh2 olan borcları qaytaran kimi onunla müqaviləyə xitam veriləcəyi, qapının açarlarını İddiaçı veriləcəyi bildirilmişdir. İddiaçı bir müddət gözləsə də kooperativ mənzilin qapısını dəyişdirməkdən, açarları verməkdən imtina etməklə mənzilə dair istifadə və sahiblik hüquqlarını pozmaqda davam etmişdir. Mənzilin dəyərinin İddiaçı tərəfindən ödənilməsindən dərhal sonra təmirə başladığı müddətdə də cavabdehin özünün razılığı ilə mənzil təhvil verilmiş, bununla əlaqədar mənzilə dair istifadə və sahiblik hüquqlarını əldə etmişdir. Göründüyü kimi, İddiaçı mənzilə istifadə və sahiblik hüquqları tanınmış, lakin cavabdeh tərəfindən müqavilə öhdəliklərinə əməl olunmamış, başqa şəxs qarşısında pul öhdəliyinin təminatına görünüş olsun deyə, iddiaçının sahiblik və istifadə hüquqlarını pozmaqdan, mənzilin qapısını və açarlarını dəyişməkdən çəkinməmişdir. Kooperativ ilə Cavabdeh2 arasında mənzilə dair bağlanmış müqavilə tərəflərin həqiqi niyyətini əks etdirməmiş, Cavabdeh2 könüllü olaraq mənzildən imtina etmişdir. Tərəflər arasında münasibət mənzil hüququndan, alqı-satqı müqaviləsindən irəli gələn münasibət deyil, pul öhdəliyindən irəli gələn münasibət olduğundan hazırki vəziyyətdə hər iki tərəfin həqiqi niyyətini əks etdirmir. Bu səbəbdən, mənzilə dair bağlanmış müqavilə etibarsız sayılmalıdır. Ona görə də ilkin iddia ərizəsinin təmin olunması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında ilk iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı ilk iddia ərizəsini müdafiə edib, qarşılıqlı iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, o, mübahisəli mənzili almış, təmir etmiş, təmir xərclərinə görə pul vəsaiti sərf etmiş və mənzilə baş çəkmədiyi müddətdə mənzilin başqa şəxsə satıldığını bilməmişdir. Mənzil Cavabdeh2 satılanda pulun bir qismi alıcıya qaytarılmışdır. Onun bu məsələlərdən bir il sonra məlumatı olmuşdur. Mübahisəli mənzili o, Elçin adlı makler vasitəsilə tapmışdır. Mənzilə baxış keçirən zaman MMC-nin sədri mənzili satdığını bildirmiş, razılıq əldə olunmuş, pul ödənilmişdir. Təmir işləri onun özü tərəfindən həyata keçirilmişdir. O, mənzildə 6 ay ərzində təmir işləri aparmışdır. Yanvar ayının 20-də mənzili almış, dekabr ayının 22-də isə mübahisələr ortaya çıxmış, mənzilin açarları dəyişmiş və başqasına məxsus olduğu bildirilmişdir. Mənzilin qapısının üstündə nömrə olmuş, nömrəni görən qızı ona məlumat vermiş və o, nömrə ilə əlaqə saxladıqda Cavabdeh2 mənzilin pulunun tam şəkildə qaytarılmadığını bildirmiş, o da öz növbəsində, mənzilin pulunu ödədiyini, 18000 manat isə təmirə pul xərclədiyini bildirmişdir. Cavabdeh2 ona 6000 manat pul verildiyini etiraf etmiş, qalan pulun ödənilmədiyini bildirmişdir. O, mənzili Bakı şəhəri, Binəqədi rayonu, 1-ci mikrorayon ərazisindən (Şamaxinka) Xanlar Cəfərova məxsus olan ofisdən almışdır. Ona görə də göstərilənlərə əsasən, ilk iddia ərizəsinin təmin, qarşılıqlı iddia ərizəsinin isə təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 2014-cü ildə yeni tikilən binaların birində özünə mənzil almaq qərarına gəlmiş, bu məqsədlə Cavabdeh1 MMC-yə müraciət etmişdir. ünvan 1 ünvanında inşa edilmiş 5 girişli, 12 mərtəbəli yaşayış binasının “B” girişinin 9-cu yaşayış mərtəbəsindəki 45 saylı, ümumi sahəsi 69.15 kv.m olan 1 otaqlı mənzil təklif edilmiş, Cavabdeh2 xx.xx.2014-cü il tarixdə MMC-nin direktoru X4 ilə təklif olunan mənzilə dair müqavilə bağlamışdır. Müqaviləyə əsasən, 45 saylı mənzilin ümumi dəyəri 34575 manat təşkil etmiş, mənzilin dəyəri tam şəkildə ödənilmiş və MMC tərəfindən xx.xx.2015-ci il tarixdə maliyyə arayışı verilmişdir. Mənzil xx.xx.2014-cü il tarixdən etibarən Cavabdeh2 istifadə və sahibliyində olmuşdur. Bunun bariz sübutu kimi hər blokun qarşısında mənzillərin sahibləri barədə asılmış məlumat lövhəsi də göstərilə bilər. Belə ki, həmin məlumat lövhəsində “B” blokunun 45 saylı mənzilinin Cavabdeh2 məxsus olduğu göstərilmişdir. Bundan əlavə, kommunal ödəmələrlə bağlı siyahıda da 45 nömrəli mənzilin Cavabdeh2 sahibliyində olması qeyd edilmişdir. Həmçinin, ünvan 1 ünvanında inşa edilmiş binanın mülkiyyətçisi olan "xxxx" MTK tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan da məlum olur ki, “B” girişdə olan 45 nömrəli mənzilin sayğaclarının ödənişi Cavabdeh2 tərəfindən ödənilmişdir. Eyni zamanda, "xxxx" ASC, "xxxx" ASC və “Azəriqaz” İB tərəfindən verilmiş abonentin saldosundan məlum olur ki, 45 saylı mənzilin kommunal xidmətlərinin istehlakçısı Cavabdeh2dir. Məlum olur ki, İddiaçı MMC-nin direktoru tərəfindən aldadılmışdır. Xanlar Cəfərov əvvəllər də etibardan suiistifadə edərək dələduzluq etmiş və bina tikintisi üçün toplanmış pul vəsaitlərini mənimsəmişdir. Qanunazidd əməllərinə görə Xanlar Cəfərov Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 70-ci maddəyə əsasən, təyin edilmiş cəza 2 il sınaq müddəti ilə şərti hesab edilmişdir. Növbəti dələduzluq əməlinə görə isə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-960/2018 saylı, xx.xx.2018-ci il tarixli hökmü ilə CM-nin 178.3.2, 308.2, 213.3 və 313-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 3 il müddətinə dövlət və yerli özünüidarətmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 il 9 ay 19 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. CM-nin 70-ci maddəsinə əsasən, təyin edilmiş cəza 2 il sınaq müddəti ilə şərti hesab edilmiş, daha sonra Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-676/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə CM-nin 178.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 3 il müddətinə dövlət və yerli özünüidarətmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökm Bakı Apellyasiya Məhkəməsinin 1(103)-494/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə dəyişdirilərək Xanlar Cəfərov qəti olaraq 1 il 6 ay müddətinə dövlət və yerli özünüidarətmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İddiaçı təqdim etdiyi müqavilədən məlum olur ki, onu aldadaraq mənzili xx.xx.2021-ci il tarixdə ona satmışlar. Hansı ki, həmin mənzilin satışından bir həftə sonra Xanlar Cəfərov istintaq orqanları tərəfindən saxlanılmışdır. Həmçinin, İddiaçı sözügedən mənzili hansı şəraitdə aldığı da naməlumdur. Çünki 2021-ci ildə Cavabdeh1 MMC-nin satış həyata keçirməsi üçün ofisi olmamışdır. Guya Cavabdeh2 mənzilindən imtina etdiyi bildirilsə də hər hansı bir sübut ilk iddia ərizəsinə əlavə edilməmişdir. Çünki Cavabdeh2 mənzilindən imtina etməmiş və buna dair iradə ifadə etməmişdir. Belə olan halda, MMC tərəfindən mənzili İddiaçı satması tamamilə qanunsuz və cinayət əməlidir. Çünki MMC xx.xx.2014-cü il tarixdə Cavabdeh2 ilə müqavilə bağladığı andan mənzilə dair sərəncam vermək hüququnu itirmişdir. Belə olan halda, Cavabdeh1 MMC-nin sonradan, yəni, Cavabdeh2 ilə bağladığı müqavilədən 7 il sonra xx.xx.2021-ci il tarixdə İddiaçı ilə bağladığı müqavilə öz-özlüyündə etibarsızdır. Ona görə də qarşılıqlı iddia ərizəsinin təmin olunması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında ilk iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi-vəkili Vəkil qarşılıqlı iddia ərizəsini müdafiə edib, ilk iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, mübahisəli mənzilin açarları Cavabdeh2 olmuş, binanın komendantı barədə isə verilən məlumat yanlışdır. Belə ki, yaşayış binası demək olar ki, kərpicdən ibarətdir və sındırmaqla daxil olmaq asandır. Cavabdeh2 məxsus olan mənzilə müdaxilə edilmiş, dələduzluq edilməklə ilkin iddiaçıya satılmışdır. Buna dair səs yazıları da vardır. Cavabdeh2 mənzilinə müdaxilə edilməsi ilə bağlı polisə şikayət etmişdir. Mənzildə təmir işlərinin aparıldığı bildirilsə də mənzildə hər hansı təmir işləri aparılmamışdır. Cavabdeh2 polisə şikayət etdiyi müddətdə mənzilinə müdaxilə edilməsi, başqasına satılması barədə məlumatlı olmuşdur. MMC arxiv məlumatlarının olmadığını bildirsə də bu məlumat həqiqət deyildir. Belə ki, təqdim edilmiş arxiv məlumatlarından da göründüyü kimi, mənzil Cavabdeh2 satılmış, lakin tərəflər arasında borcun qaytarılması barədə razılaşma mövcud deyildir. Cavabdeh2 ilə bağlanmış müqavilə ləğv olunmamış, onun sözügedən binada başqa mənzili də vardır ki, həmin mənzilin pulu da tam qaytarılmamışdır. Cavabdeh2 həmin mənzilləri sərmayə niyyəti ilə almışdır. Kommunal xərclərlə bağlı ödənişlər də Cavabdeh2 adınadır. Məhkəmə iclasında ilk və qarşılıqlı iddia ərizələri üzrə Cavabdeh1 MMC-nin nümayəndəsi Nümayəndə ilk və qarşılıqlı iddia ərizələrinə münasibət bildirərək izahatında göstərmişdir ki, o, qeyd olunan iddia ərizələrinin mənzilin İddiaçı verilməsi hissəsində, borc kimi qalan məbləğin isə Cavabdeh2 qaytarılması hissəsində qəbul edir. Faktiki olaraq, alıcı Cavabdeh2 ilə MMC arasında müqavilə münasibətləri vardır. Əgər xx.xx.2022-ci il tarixdə Xanlar Cəfərov həbs olunmasaydı ilk iddiaçı mənzili təmir edib yaşamış, Cavabdeh2 isə mənzili tələb etməmiş olacaqdı. Cavabdeh2 şəxsən o, özü ilk dəfə keçən ilin noyabr ayında dəvət etmiş, mənzilin mübahisəli olmasını bildirmişdir. 2021-ci ilin dekabr ayında Cavabdeh2 qapını dəyişdirmişdir. Cavabdeh2 mənzilin pulunun geri qaytarılmasına etiraz etməmiş, mənzildə ümumi təmir işlərinin aparılması xərcləri müzakirə edilmiş və 8000 manat civarında əldə olunmuş məbləğə razılaşmamış, lakin 5000 manat pulun qaytarılmasına etiraz etməmişdir. Ona görə də mənzilin faktiki qarşılıqlı razılıq yolu ilə ilk iddiaçıya qaytarılması təmin olunmuş, qalıq məbləğin ödənilməsi hissəsi şirkət tərəfindən ilk alıcıya münasibətdə təmin ediləcəkdir. Cavabdeh2 ilə bağlanmış müqavilə MMC tərəfindən ləğv olunmamışdır. Ləğv olunmadığı təqdirdə mənzilə dair ikinci müqavilənin bağlanması qanunvericiliyin tələblərinə ziddir, lakin MMC gərək nisyə alqı-satqı müqaviləsi bağlayıb 5000 manat pul vəsaitinin verilməsini təsdiq etmiş olardı. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, qarşılıqlı iddia ərizəsi təmin, ilk iddia ərizəsi isə təmin edilməməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Satıcı "xxxx" MMC-nin direktoru X4 ilə alıcı Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli "xxxx" müqavilənin surətindən görünür ki, MMC ünvan 2, tikintidə olan yaşayış binasının “B” giriş, 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 69.15 kv.m olan 1 otaqdan ibarət 45 saylı mənzili ümumi dəyəri 34575 manat olmaqla alıcıya satmışdır. -"xxxx" MMC tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli maliyyə arayışından görünür ki, ünvan 2 ünvanında yerləşən kooperativ bina "xxxx" MMC-yə məxsusdur. ünvan 2, tikintidə olan yaşayış binasının “B” giriş, 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 69.15 kv.m olan, 45 saylı mənzilin ümumi dəyəri 34575 manat olmaqla alıcı Cavabdeh2 tərəfindən tam ödənilmiş, MMC-yə borcu yoxdur. -Satıcı "xxxx" MMC-nin direktoru X2 ilə alıcı İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli "xxxx" müqavilənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, MMC ünvan 2, tikintidə olan yaşayış binasının “B” giriş, 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 69.15 kv.m olan 1 otaqdan ibarət 45 saylı mənzili ümumi dəyəri 35000 manat olmaqla alıcıya satmışdır. -"xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən kooperativ bina "xxxx" MMC-yə məxsusdur. ünvan 2, tikintidə olan yaşayış binasının “B” giriş, 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 69.15 kv.m olan, 45 saylı mənzilin ümumi dəyəri 35000 manat olmaqla alıcı İddiaçı tərəfindən tam ödənilmiş, MMC-yə borcu yoxdur. -ünvan 2 ünvanında yerləşən yaşayış binasının “B” bloku üzrə mənzillərə dair bağlanmış müqavilələr siyahısından görünür ki, həmin blok üzrə mənzil sahiblərindən biri kimi Cavabdeh2 ilə bağlanmış xx.xx.2014-cü il tarixli müqavilə siyahıya əlavə olunmuş, İddiaçı ilə bağlanmış müqaviləyə isə rast gəlinmir. -ünvan 2 ünvanında yerləşən yaşayış binasının “B” bloku üzrə mənzillərə dair kommunal ödənişlər cədvəlindən görünür ki, Cavabdeh2 müqavilə üzrə aldığı mənzilə dair kommunal qəbzlərinə əsasən, kommunal xərclər ödənilmişdir. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, İddiaçı Qazax rayonu, Yuxarı Salahlı kəndində qeydiyyatdadır. Məhkəmə ilkin və qarşılıqlı iddia ərizələrinə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, ünvan 2, tikintidə olan yaşayış binasının “B” giriş, 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 69.15 kv.m olan 1 otaqdan ibarət 45 saylı mənzilə dair müxtəlif tarixlərdə, yəni, xx.xx.2014-cü il tarixdə və xx.xx.2021-ci il tarixdə mənzil alqı-satqısı müqaviləsi bağlanaraq müqavilə tərəfləri qismində alıcı - qarşılıqlı iddiaçı Cavabdeh2 və ilkin İddiaçı tanınmışdır. Hazırda, mənzil alqı-satqı müqavilələrinin alıcıları olan ilkin və qarşılıqlı iddiaçılar digər tərəflə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 324.1. maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. maddəsinə əsasən, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.4. maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5. maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 324.6. maddəsinə əsasən, əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “T.Qasımovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılması”na dair 01 dekabr 2020-ci il tarixli Qərarındakı hüquqi mövqeyə görə, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qanunvericiliyin mülkihüquqi öhdəliklərin ən mühüm yaranma əsası olan əqdlər, onların etibarsızlığı, o cümlədən aldatma nəticəsində bağlanmış əqdlərin etibarsızlığı ilə bağlı normaları nəzərdən keçirilməlidir. Qeyd olunmalıdır ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Mülki Məcəllənin 337-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Mülki Məcəllənin: 405.1. maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Belə ki, mülki iş materiallarına əlavə olunmuş xx.xx.2014-cü il tarixli və xx.xx.2021-ci il tarixli mənzil alqı-satqı müqavilələrinin predmetini ünvan 1də tikintidə olan yaşayış binasının “B” giriş, 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 69.15 kv.m olan, 1 otaqdan ibarət 45 saylı mənzil təşkil edir ki, həmin mənzilin dəyəri xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən, 34575 manat, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən isə 35000 manat müəyyən edilməklə mənzilin dəyəri alıcılar tərəfindən müqavilənin bağlandığı tarixdə tam şəkildə ödənilməklə onlara bu barədə maliyyə arayışı təqdim edilmişdir. Təqdim edilmiş həmin arayışlara əsasən, mübahisəli mənzilin dəyəri tam ödənilməklə alıcıların MMC-yə borcunun olmaması öz təsdiqini tapmışdır. Başqa sözlə, mülki iş üzrə tərəflərin etibarsız hesab edilməsini xahiş etdiyi, mənzilə dair bağlanmış müqavilələr əsasında mübahisəli mənzil ayrı-ayrı vaxtlarda müxtəlif şəxslərə satılmış, mənzilin alıcıları qismində çıxış edən hazırki iş üzrə tərəflər müqavilə öhdəliklərini icra etmişlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 05 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixli Qərarındakı hüquqi mövqeyə əsasən, yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun hüquqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmçinin, Məcəllənin 404-cü maddəsi müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərar) Beləliklə, məhkəmə Plenum Qərarındakı hüquqi mövqeyə istinad edərək, mülki iş materiallarına əlavə olunmuş alqı-satqı müqavilələrinin etibarlı hesab edilməsi üçün əsas olan şərtlərə nəzər yetirərək müəyyən etmişdir ki, mübahisəli mənzilə dair bağlanmış xx.xx.2014-cü il tarixli və xx.xx.2021-ci il tarixli alqı-satqı müqavilələri həmin əqdlərin etibarlı hesab edilməsinə əsas olan şərtlərə cavab versə də, tərəflər müqavilənin bütün mühüm şərtlərinə, yəni, subyekt tərkibinə, əqdin formasına və məzmununa dair şərtlərə cavab vermiş olsa da, müqavilə tərəflərinin iradə sərbəstliyi, hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi nöqteyi-nəzərindən şübhə doğurur ki, məhkəmə bununla bağlı da aşağıdakıları qeyd edir: Mülki Məcəllənin 390.1. maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Belə ki, ilk və qarşılıqlı iddia ərizələri üzrə Cavabdeh1 MMC-nin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında mübahisəli mənzilə dair ilk müqavilənin Cavabdeh2 ilə, ikinci müqavilənin isə İddiaçı ilə bağlanmasını təsdiq etsə də, mübahisəli mənzilin dəyərinin geri qaytarılması hissəsində Cavabdeh2 münasibətdə borcun qalmasını, mənzilin isə İddiaçı məxsus olmasını da istisna etməmişdir. Lakin məhkəmə MMC-nin səlahiyyətli nümayəndəsinin izahatı əsasında mülki iş materiallarına əlavə olunmuş sənədləri qiymətləndirib belə qənaətə gəlir ki, Cavabdeh2 ilə bağlanmış xx.xx.2014-cü il tarixli müqavilənin MMC tərəfindən borc olduğu halda belə, ləğv olunmadığı təsdiqini tapmış, müqavilə qüvvədə olmaqla mənzilin dəyəri olaraq ödənilmiş pul vəsaitinin alıcıya geri qaytarılmasına dair hər hansı bir razılaşma mövcud deyildir və buna dair hər hansı bir sübut yoxdur. Bununla belə, MMC mənzilin ilk sahibinin Cavabdeh2 olduğu və bildiyi halda, mənzilin bağlanma tarixindən 7 il müddət keçəndən sonra, yəni, xx.xx.2021-ci il tarixdə İddiaçı ilə mənzil alqı-satqısına dair müqavilə bağlamaqla qanunvericiliyin tələblərinə zidd hərəkət etmiş, müqavilənin etibarlı hesab edilməsi üçün zəruri şərtlərə cavab verməmişdir. Beləliklə, ilk İddiaçı ilə xx.xx.2021-ci il tarixdə mübahisəli mənzilə dair növbəti dəfə alqı-satqı müqaviləsi bağlamaqla mənzili ikinci dəfə satmış "xxxx" MMC mənzilin ilk sahibi olduğu halda bilərəkdən qanunvericiliyin tələblərini pozduğundan bağlanmış ikinci müqavilə də iradə ifadəsinin zədələnməsi yolu ilə tərtib olunmuşdur. Başqa sözlə, həmin əqdin etibarsızlığı qarşılıqlı iddiaçı tərəfindən məhkəmə qaydasında mübahisələndirilmişdir ki, bu da əqdin etibarsız hesab edilməsinə əsasdır, yəni, qeyd olunan əqd “iradə ifadəsinin zədələnməsi” ilə tərtib olunmuş və bağlandığı andan da etibarsız hesab edilməlidir. Mülki Məcəllənin: 337.1 maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.4. maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Məhkəmə qarşılıqlı iddia ərizəsi ilə bağlı qeyd edir ki, qarşılıqlı iddiaçı Ovçiyev X7 rayonu, Xırdalan şəhəri, H.Aslanov küçəsi 21-ci məhəllədə tikintidə olan yaşayış binasının “B” giriş, 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 69.15 kv.m olan 1 otaqdan ibarət 45 saylı mənzilə dair xx.xx.2014-cü il tarixdə müqavilə bağlandığını iddia edərək ilk İddiaçı ilə bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin etibarsız hesab edilməsini xahiş etmişdir. Belə ki, məhkəmə araşdırması zamanı İddiaçı ilə bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin qanunvericiliyin tələblərinə uyğun olmayan formada bağlanması və nəticə etibarı ilə qeyd olunan halın müqavilənin etibarsız hesab edilməsinə əsas olması, Cavabdeh2 ilə bağlanmış müqavilənin isə qüvvədə olmaqla mənzilin qarşılıqlı iddiaçının qanuni sahibliyində olması öz təsdiqini tapdığından qarşılıqlı iddia ərizəsi təmin edilməli, İddiaçı ilə bağlanmış xx.xx.2021-ci il tarixli müqavilə etibarsız hesab edilməli, Cavabdeh2 ilə bağlanmış müqavilənin etibarsız hesab edilməsinə dair ilk iddia ərizəsi isə təmin edilməməlidir. Mülki Məcəllənin 337.5.-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalı, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidirlər. Etibarsız əqdlər üzrə tərəflərdən hər biri əqd üzrə aldıqlarını geri qaytarmalı olduqlarından xx.xx.2021-ci il tarixli mənzil alqı-satqısı haqqında müqaviləyə əsasən, mübahisəli mənzilin dəyəri olaraq 35000 manat pul vəsaitinin ilk İddiaçı tərəfindən ödənilməsi və sonuncunun borcunun olmaması maliyyə arayışı ilə öz təsdiqini tapdığından, nəticə etibarı ilə, həmin tərəflər arasında bağlanmış müqavilə etibarsız hesab edildiyindən sonuncu müqavilə üzrə tərəflər əvvəlki vəziyyətə qaytarılmaqla "xxxx" MMCdən mənzilin dəyərinə görə ödənilmiş 35000 manat pul vəsaiti alınaraq X1 geri qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin:
107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ilk iddia tələbi rədd edildiyindən həmin tələb üzrə ödənilmiş dövlət rüsumunun məbləği ilk iddiaçının özünə, qarşılıqlı iddia tələbi isə təmin edildiyindən qarşılıqlı iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddiaçı tərəfindən tələb edilmədiyindən onun özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 358- 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə,
QƏT ETDİ:
İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-yə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair ilk iddia ərizəsi təmin edilməsin. Qarşılıqlı iddia ərizəsi təmin edilsin. Cavabdeh1 MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli "xxxx" müqavilə etibarsız hesab edilsin. ünvan 2 ünvanında tikintidə olan yaşayış binasının “B” giriş, 9-cu yaşayış mərtəbəsində yerləşən, ümumi sahəsi 69.15 kv.m olan, 1 otaqdan ibarət, 45 saylı mənzilə dair ödənilmiş 35000 (otuz beş min) manat pul vəsaiti Cavabdeh1 MMC-dən alınaraq İddiaçı geri qaytarılsın. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Habil Əhmədov