Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3106/2024 13.06.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «dəymiş maddi zərərin əvəzinin ödənilməsi» tələbi barədə iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən təbii qazdan qeyriqanuni istifadəyə görə hesablanmış 2202,80 manat məbləğində dəymiş ziyan, pozulmuş hüquqların bərpası ilə bağlı çəkilən 300 manat xərc və həmçinin dövlət rüsumuna görə ödənilmiş 30 manat olmaqla cəmi 2532,80 manat pulun məcburi qaydada tutularaq İddiaçı İB-nin ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ72İBAZ******************** bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi X2 məhkəmə iclasında izahat verərək bildirdi ki, İddiaçı xx.xx.2012-ci il tarixli, 1560 saylı "Qaz paylayıcısı ilə sənayə qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alğı-satqısı barədə Müqavilə" (bundan sonra Müqavilə) əsasında Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana İddiaçı İB-nin Bakı Regional qazın satış Departamenti tərəfindən **********02340 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı, **********3 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh Müqavilənin 2.3.2. yarımbəndinin (bu Müqavilənin və “Qazdan istifadə qaydalarının 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-in işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xəttlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto və video çəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlar tərtib edilmişdir. Belə ki, xx.xx.2018-ci il tarixindən başlayaraq xx.xx.2019-cu il tarixinə qədər tərtib edilmiş müvafiq aktlara əsasən İddiaçınə cəmi 199,80 manat ziyan dəymişdir. Bundan əlavə elektron sayğacın quraşdırıldığı andan cavabdehin borcunun bir hissəsi elektron sayğaca keçmişdir. İtirilmiş təbii qazın bərpası məqsədilə istehlakçıya istifadə etdiyi standart qaz cihazları üçün onların pasportunda göstərilmiş saatlıq maksimal qaz sərfiyyatına uyğun olaraq 2003,00 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Cavabdehə Birliyin nümayəndələri tərəfindən 2202,80 manat pul məbləğinin könüllü ödənilməsi təklif edilmiş, əks təqdirdə müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və dəymiş zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi izah edilmişdir. Cavabdeh tərəfdən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Tərəflər arasında imzalanmış müqavilənin 2.3.4-cü bəndində əsasən istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərəin əvəzini ödəməlidir. İstehlakçılar tərəfindən qazdan istifadə qaydalarının pozuntusuna yol verilməsi aşkar edildikdə, qazın verilməsi qeyd-şərtsiz dayandırılır və təbii qazın alqı-satqısı müqaviləsində göstərilən qaz cihazları üçün nəzərdə tutulan normativ hesabata müvafiq olaraq, axırıncı texniki baxış müddətindən sonrakı dövr üçün və ya iddia müddəti ərzində (3 il) qaz sərfinə bərabər qanunsuz istifadə olunmuş qazın dəyəri hesablanaraq istehlakçı tərəfindən təchizatçının hesablaşma hesabına ödənilir. Göründüyü kimi, cavabdeh tərəfindən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halı aşkar olunduğu üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”mn 6.5-ci bəndinəəsasən qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. İddiaçı tərəfindən cavabdeh barəsində 6 akt tərtib edilmişdir. Həmin aktlardan beşi 2019-cu ilə kimi tərtib edilmiş aktlardır, qalan biri isə 2020-ci ilin may ayında tərtib edilmişdir. Cavabdeh yaşadığı evin sayğacına tərtib edilmiş xx.xx.2018-ci il tarixli akta görə 858,20 manat cərimə, xx.xx.2018-ci il tarixli akta görə 201,60 manat cərimə, xx.xx.2018-ci il tarixli akta görə 878,40 manat cərimə, xx.xx.2018-ci il tarixli akt 64,80 manat cərimə, xx.xx.2019-cu il tarixli akta görə isə 199,80 manat cərimə məbləği hesablanmışdır. Qeyd edir ki, cavabdeh 2018-ci ilədək təbii qazdan istifadəyə görə ödəniş etməmişdir. Odur ki, göstərilənlərə əsasən o, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək iddianın təmin edilməməsini xahiş etdi. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, ******* №-li “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktdan görünür ki, istehlakçı Cavabdeh məxsus mənzildə yerləşən sayğaca baxış keçirilən zaman abonentin təbii qazdan qeyri-qanuni istifadə etməsi aşkar olunmuş, dəymiş ziyanın hesablanması tələb olaraq qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, ******* №-li “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktdan görünür ki, istehlakçı Cavabdeh məxsus mənzildə yerləşən sayğaca baxış keçirilən zaman abonentin təbii qazdan qeyri-qanuni istifadə etməsi aşkar olunmuş, dəymiş ziyanın hesablanması tələb olaraq qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, ******* №-li “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktdan görünür ki, istehlakçı Cavabdeh məxsus mənzildə yerləşən sayğaca baxış keçirilən zaman abonentin təbii qazdan qeyri-qanuni istifadə etməsi aşkar olunmuş, dəymiş ziyanın hesablanması tələb olaraq qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, ******* №-li “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktdan görünür ki, istehlakçı Cavabdeh məxsus mənzildə yerləşən sayğaca baxış keçirilən zaman abonentin təbii qazdan qeyri-qanuni istifadə etməsi aşkar olunmuş, dəymiş ziyanın hesablanması tələb olaraq qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, ******* №-li “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktdan görünür ki, istehlakçı Cavabdeh məxsus mənzildə yerləşən sayğaca baxış keçirilən zaman abonentin təbii qazdan qeyri-qanuni istifadə etməsi aşkar olunmuş, dəymiş ziyanın hesablanması tələb olaraq qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh məxsus abonentin saldosundan görünür ki, Cavabdeh ümumilikdə 2004 manat borc hesablanmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı «dəymiş maddi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası qismən təmin edilməlidir. Belə ki, məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilmişdir ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən evdə abonent kodu **********02340 olan sayğac üzrə İddiaçı tərəfindən “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında xx.xx.2018-ci il tarixli dəymiş ziyan hesabatı tərtib edilmiş, sayğacdan kənar qaz xətti aşkar edilməsinə dair rəy verilmiş, dəymiş ziyan hesabatına görə istehlakçının nominal qaz sərfi 1,5 m3, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 91 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq abonent 858,20 manat məbləğində, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında xx.xx.2018-ci il tarixli dəymiş ziyan hesabatı tərtib edilmiş, sayğacdan kənar qaz xətti aşkar edilməsinə dair rəy verilmiş, dəymiş ziyan hesabatına görə istehlakçının nominal qaz sərfi 1,5 m3, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq abonent 201,60 manat məbləğində, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında xx.xx.2018-ci il tarixli dəymiş ziyan hesabatı tərtib edilmiş, sayğacdan kənar qaz xətti aşkar edilməsinə dair rəy verilmiş, dəymiş ziyan hesabatına görə istehlakçının nominal qaz sərfi 1,5 m3, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 120 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq abonent 878,40 manat məbləğində, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında xx.xx.2018-ci il tarixli dəymiş ziyan hesabatı tərtib edilmiş, sayğacdan kənar qaz xətti aşkar edilməsinə dair rəy verilmiş, dəymiş ziyan hesabatına görə istehlakçının nominal qaz sərfi 1,5 m3, orta günlük iş rejimi 4 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq abonent 64,80 manat məbləğində və xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında xx.xx.2019-cu il tarixli dəymiş ziyan hesabatı tərtib edilmiş, sayğacdan kənar qaz xətti aşkar edilməsinə dair rəy verilmiş, dəymiş ziyan hesabatına görə istehlakçının nominal qaz sərfi 1,5 m3, orta günlük iş rejimi 10 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq abonent 199,80 manat məbləğində cərimə edilmişdir. Cavabdeh təşkilatın nümayəndəsi xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 858,20 manat məbləğində cərimənin hesabat müddətinin 91 gün, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 878,40 manat məbləğində cərimənin hesabat müddətinin 120 gün və xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 199,80 manat məbləğində cərimənin hesabat müddətinin 90 gün qəbul edilməklə hesablanmasını məhkəmədə əsaslandıra bilmədiyindən və abonentlərin ünvanına mütəmadi baxışların keçirilməsi İddiaçı vəzifəsi olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 858,20 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 878,40 manat və xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 199,80 manat məbləğində cərimələrin 30 gün müddət götürülməklə hesablanması işin faktiki hallarına uyğun gəlir. (1. xx.xx.2018-ci il tarixli, ******* saylı akt üzrə - 858,20 manat : 91 gün ≈ 9,4307 manat; 9,4307 manat x 30 gün ≈ 282,92 manat; 2. xx.xx.2018-ci il tarixli, ******* saylı akt üzrə - 878,40 manat : 120 gün = 7,32 manat; 7,32 manat x 30 gün = 219,6 manat; 3. xx.xx.2019-cu il tarixli, ******* saylı akt üzrə - 199,80 manat : 90 gün = 2,22 manat; 2,22 manat x 30 gün = 66,6 manat). Odur ki, yuxarıda qeyd olunan aktlar əsasında hesablanmış maddi ziyana görə 835,52 manat (282,92 manat + 201,60 manat + 219,6 manat + 64,80 manat + 66,6 manat = 835,52 manat) məbləğində pul Cavabdeh məcburi qaydada tutularaq İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməlidir. İş materiallarında olan tərəflər arasında imzalanmış, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə cavabdeh) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) kollegial idarəetmə orqanı olan Şurasının xx.xx.2011-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiqlənmiş «İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması Qaydaları»na əsasən istehlakçılar tərəfindən qazdan istifadə qaydalarının pozuntusuna yol verilməsi aşkar edildikdə, qazın verilməsi qeyd-şərtsiz dayandırılır və təbii qazın alqı-satqısı müqaviləsində göstərilən qaz cihazları üçün nəzərdə tutulan normativ hesabata müvafiq olaraq, axırıncı texniki baxış müddətindən sonrakı dövr üçün və ya iddia müddəti ərzində (3 il) qaz sərfinə bərabər qanunsuz istifadə olunmuş qazın dəyəri hesablanaraq istehlakçı tərəfindən təchizatının hesablaşma-hesabına ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən «Qazdan istifadə qaydaları»nın 2.2.2-ci bəndinə əsasən istehlakçı tərəfindən istifadə olunmuş qazın qaz sayğacının göstəricisinə əsasən dəyərinin tam ödənilməsini ondan tələb etmək paylayıcının hüququdur. Həmin Qaydaların 2.3.1-ci bəndinə görə, qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesabat üzrə qazın dəyərini tam ödəmək istehlakçının vəzifəsidir. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən qaz paylayıcısı qanunsuz xətti dərhal qaz paylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin səxsdən tələb etməlidir. «Qaz təchizatı haqqında Azərbaycan Respublikası Qanununun» 6.2-ci bəndinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki vəzifələrin əmələ gəlməsi əsaslarından hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə iddia tələbinin pozulmuş hüquqların bərpası ilə bağlı çəkilən 300 manat xərc hissəsi ilə bağlı qeyd edir ki,bu hissə ilə bağlı mötəbər sübut müəyyən edilmədiyindən,həmin hissədə iddia tələbi rədd edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, dövlət rüsumuna görə ödənilmiş 30 manat cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 835,52 manat məbləğində dəymiş ziyan və həmçinin dövlət rüsumuna görə ödənilmiş 30 manat olmaqla, cəmi 865,52 manat pul məcburi qaydada tutularaq İddiaçı İB-nin ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ72İBAZ******************** bank hesabına ödənilsin. İddia tələbi digər hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-3106/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3106/2024
13.06.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver