Məhkəmə qərarları › İş №2(012)-3111/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3111/2024

24.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3111/2024 24.06.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Ərizəçi nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi ƏMDX yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı «hüquqi əhəmiyyətli olan faktın müəyyən olunması» ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon İcra Hakimiyyətinin 066 nömrəli 27 mart 1997-ci il tarixli Abşeron Rayon Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının dövlət qeydiyyatı İdarəsi tərəfindən Abşeron rayonu, Xırdalan qəsəbəsi, Quşçuluq yaşayış massivi küçəsində yerləşən 3 otaqlı yaşayış sahəsi 76,8 kv.m köməkçi sahəsi 73.8 kv.m ibarət olan 8 nömrəli yaşayış evi barəsində adına verilmiş qeydiyyat vəsiqəsinin Ərizəçi məxsus olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi nümayəndəsi X3 məhkəmə iclasında izahatında bildirdi ki, Abşeron Rayon İcra Hakimiyyətinin 066 nömrəli, 27 mart 1997-ci il tarixli Abşeron Rayon Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının dövlət qeydiyyatı İdarəsi tərəfindən Abşeron rayonu Xırdalan qəsəbəsi Quşçuluq yaşayış massivi küçəsində yerləşən 3 otaqlı yaşayış sahəsi 76,8 kv.m köməkçi sahəsi 73.8 kv.m ibarət olan 8 nömrəli yaşayış evi barəsində adına qeydiyyat vəsiqəsi Ərizəçi verilmişdir. Həmin qeydiyyat vəsiqəsinin əsasında Ərizəçi yeni çıxarış almaq üçün maraqlı tərəfə müraciət etsə də, maraqlı tərəf soyadında "y" hərfinin əvəzinə "h" hərfi yazılmasının və soyadının Behbudov səhv yazılmasını əsas götürərək mənə məxsus yaşayış evinə dair adına çıxarış verilməsindən imtina etmişdir. Buna görə də Abşeron Rayon İcra Hakimiyyətinin 066 nömrəli 27 mart 1997-ci il tarixli Abşeron Rayon Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının dövlət qeydiyyatı İdarəsi tərəfindən Abşeron rayonu Xırdalan qəsəbəsi Quşçuluq yaşayış massivi küçəsində yerləşən 3 otaqlı yaşayış sahəsi 76,8 kv.m köməkçi sahəsi 73.8 kv.m ibarət olan 8 nömrəli yaşayış evi barəsində adına verilmiş qeydiyyat vəsiqəsinin Ərizəçi məxsus olması faktının məhkəmədə müəyyən olunması ilə bağlı Abşeron rayon Məhkəməsinə müraciət etmiş, Abşeron rayon, Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(012)- 3281/2022 saylı qərardadı ilə sənədlər geri qaytarılmışdır. xx.xx.2024-cü il tarixdə maraqlı tərəfə yenidən ərizə ilə müraciət edərək hüquq sahibinin soyadında olan səhvliyin düzəldiməsinə və ona məxsus fərdi yaşayış evi üzərində hüquqların Daşınmaz Əmlakıən Dövlət Reystrində qeydiyyata alınmasını xahiş etmişdir. Sözügedən idarə tərəfindən xx.xx.2024-cü il tarixdə hüquq sahibinin ad,soyad və ata adına dəyişiklk və düzəlişlərinin aparılması idarənin səlahiyyətləri xaricində olması bildirilmiş və məhkəməyə müraciət etməyim tövsiyə olunmuşdur. Bu səbəbdən də, adına verilmiş qeydiyyat vəsiqəsinin ərizəçiyə məxsus olması faktının məhkəmədə müəyyən olunması zərurəti yaranmışdır.Qeyd olunanlara əsasən o, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə maraqlı tərəfin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinə əsasən məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan AZE Seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi xx.xx.1961-ci ildə İsmayıllı rayonunda anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 27 mart 1997-ci il tarixli, 006 №-li Qeydiyyat Vəsiqəsindən görünür ki, Abşeron rayonu, Xırdalan qəsəbəsi, Quşçuluq yaşayış massivi küçəsində yerləşən 3 otaqlı yaşayış sahəsi 76,8 kv.m köməkçi sahəsi 73.8 kv.m ibarət olan 8 nömrəli yaşayış evi X2 adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi,xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin(həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Məhkəmə ərizəçinin izahatını və iş materiallarını araşdıraraq, hesab edir ki, Ərizəçi adı yaşayış evinin qeydiyyat vəqisəsi və texniki pasportunda səhv olaraq X4 olaraq göstərilmiş, lakin ərizəçinin adı şəxsiyyət vəsiqəsində Ərizəçi olaraq qeyd edilmişdir. Bu uyğunsuzluq ərizəçiyə mülkiyyət hüququnun həyata keçirilməsinə maneçilik törətdiyindən məhkəmə hesab edir ki, Abşeron rayonu, Xırdalan qəsəbəsi, Quşçuluq yaşayış massivi küçəsində yerləşən 3 otaqlı yaşayış sahəsi 76,8 kv.m köməkçi sahəsi 73.8 kv.m ibarət olan 8 nömrəli yaşayış evi üzərində mülkiyyət hüququnu təsdiq edən Azərbaycan Respublikası Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 27 mart 1997-ci il tarixli, 006 №-li Qeydiyyat Vəsiqəsi Ərizəçiına məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149-150, 216-220, 307,308, 311 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin edilsin. Abşeron rayonu, Xırdalan qəsəbəsi, Quşçuluq yaşayış massivi küçəsində yerləşən 3 otaqlı yaşayış sahəsi 76,8 kv.m köməkçi sahəsi 73.8 kv.m ibarət olan 8 nömrəli yaşayış evə dair Azərbaycan Respublikası Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 27 mart 1997-ci il tarixli, 006 №-li Qeydiyyat Vəsiqəsinin AZE Seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsində göstərilən Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar