Məhkəmə qərarları › İş №2(012)-3121/2023

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-3121/2023

25.05.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr - Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-3121/2023 25.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Məmmədov Elman Tofiq oğlu, İddiaçı Cavabdeh1 və maraqlı şəxslər Abşeron rayonu 2 saylı Notariat Kontoru və Azərbaycan Respublikası Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlak İdarəsinə qarşı «vəsiyyətnamənin, vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən ləğv edilməsi, çıxarışın etibarsız hesab edilməsi, vərəsə kimi və əmlaka mülkiyyətçi kimi tanınma» tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh1 və maraqlı şəxslər Abşeron rayonu 2 saylı Notariat Kontoru və Azərbaycan Respublikası Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlak İdarəsinə qarşı «vəsiyyətnamənin, vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən ləğv edilməsi, çıxarışın etibarsız hesab edilməsi, vərəsə kimi və əmlaka mülkiyyətçi kimi tanınma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, daxil olmuş mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsində qeyd edilmişdir ki, ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Məhkəmə hesab edir ki, iddia ərizəsinin xahiş edirəm hissəsini təşkil edən məlumatların dairəsi elə olmalıdır ki, onlar iddianın predmetini, yəni iddiaçının cavabdehə qarşı konkret maddi hüquqi tələbini və yaxud əsasını müəyyənləşdirməyə imkan versin. Lakin iddiaçı tələbində Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq Y/M, 11 küçə, dalan 2, 20 №li ünvanda yerləşən fərdi yaşayış evinə görə ünvan rtib edilmiş vəsiyyətnamənin qismən ləğv edilməsinə, cavabdeh X3 həmin mülkə görə Abşeron rayon iki saylı dövlət notariat kontoru tərəfindən verilmiş, vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən ləğv edilməsinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın X4 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reystrindən RX0471673 nömrəli çıxarışın etibarsız hesab edilərək mülkün əvvəlki vəziyyətə qaytarılmasına, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq Y/M, 11 küçə, dalan 2, 20 №li ünvanda yerləşən miras mülkə vərəsəliyin müəyyən edilərək onu vərəsə kimi tanınmağına, həmin mülkün 1/4 hissəsinə onun, 1/4 hissəsinə cavabdeh X2 və 1/4 hissəsinə cavabdeh X1 mülkiyyətçi tanınmasına dair qətnamə çıxarılmasını xahiş etsə də, vəsiyyətnamənin, vərəsəlik hüququ haqqında şəhadətnamənin nömrəsini və tarixini, çıxarışın isə tarixini göstərməmişdir. Həmçinin Azərbaycan Respublikası MPM-nin 149.2.2-ci maddəsinə əsasən, ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 149.2.2-ci maddəsinin mənasına görə ərizədə işdə iştirak edən şəxslərin poçt ünvanlarının göstərilməsinin qeyd olunması, həmin ünvanın mövcudluğunu təsdiq edən rəsmi sənədlərin iş materiallarına əlavə edilməsini özündə ehtiva edir. Lakin İddiaçı iddia ərizəsində Abşeron rayonu 2 saylı Notariat Kontoru və Azərbaycan Respublikası Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlak İdarəsini üçüncü şəxslər əvəzinə maraqlı şəxslər kimi göstərmişdir. Bundan əlavə iddiaçı iddia ərizəsində Abşeron rayonu 2 saylı Notariat Kontoru və Azərbaycan Respublikası Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlak İdarəsininin hüquqi ünvanlarını göstərməmişdir. Ona görə də, məhkəmə yuxarıda qeyd olunanları iddiaçı tərəfindən Azərbaycan Respublikası МPМ-nin 149-cu maddəsində müəyyən edilmiş iddia ərizəsinin formasına və məzmununa riayət etməməsi kimi qiymətləndirir və Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə istinad edərək hesab edir ki, İddiaçı Cavabdeh1 və maraqlı şəxslər Abşeron rayonu 2 saylı Notariat Kontoru və Azərbaycan Respublikası Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlak İdarəsinə qarşı «vəsiyyətnamənin, vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən ləğv edilməsi, çıxarışın etibarsız hesab edilməsi, vərəsə kimi və əmlaka mülkiyyətçi kimi tanınma» tələbinə dair iddia əriəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası МPМ-nin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası МPМ-nin 152.4-cü əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263, 264-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdeh1 və maraqlı şəxslər Abşeron rayonu 2 saylı Notariat Kontoru və Azərbaycan Respublikası Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlak İdarəsinə qarşı «vəsiyyətnamənin, vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən ləğv edilməsi, çıxarışın etibarsız hesab edilməsi, vərəsə kimi və əmlaka mülkiyyətçi kimi tanınma» tələbinə dair iddia əriəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar