Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3123/2021 13.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əmlakın geri qaytarılması, əmlak olmadıqda dəyərinin kompensasiya ilə əvəz olunaraq ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 13 iyul 2021-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “əmlakın geri qaytarılması, əmlak olmadıqda dəyərinin kompensasiya ilə əvəz olunaraq ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 21.02.2019-cu il tarixdə kredit müqaviləsi ilə “Maxi.az” pərakəndə satış mərkəzindən onun adına alınmış, hazırda da onun adına olan dəyəri 1.849 manat olan bir ədəd “İphone X 64GB Silver” mobil telefonun Cavabdeh alınaraq ona təhvil verilməsi, bu mümkün olmadıqda isə dəyəri olan 1.849 manat pul vəsaitinin kompensasiya şəklində ödənilməsi və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh iş yoldaşı kimi tanış olmuşlar. Tərəflər birlikdə “Gənclik Moll” adlanan yerdə birlikdə işləmişlər. İddiaçı ilə bir müddət tanışlıqdan sonra cavabdeh kreditə mobil telefon almaq istəmiş və telefon satılan yerə müraciət etmişdir. Lakin, cavabdehin stajı və əmək haqqı az olduğundan ona mobil telefonu kreditə verilməmişdir. Bir neçə gündən sonra cavabdeh iddiaçıya müraciət edərək mobil telefonu onun adına kreditlə götürmək istədiyini və kreditini özü ödəyəcəyini bildirmişdir. İddiaçı isə iş yoldaşı olduğundan, yaxşı insan kimi tanıdığından və aldadılmayacağına inandığı üçün 21.02.2019-cu il tarixdə cavabdehlə birlikdə “Maxi.az” pərakəndə satış mərkəzinə ona mobil telefon almağa getmişlər. “Maxi.az” pərakəndə satış mərkəzində dəyəri 1.849 manat olan 1 (bir) ədəd “İphone X 64GB Silver” mobil telefonu kreditlə iddiaçının adına almışlar və iddiaçı ilkin ödəniş kimi 600 manat pul ödəmişdir. Qalan 1.249 manatın ödənilməsi üçün isə “Maxi-az” pərakəndə satış mərkəzində iddiaçı ilə “Fin Trend” Bank Olmayan Kredit Təşkilatı arasında illik 35 faiz olmaqla 24 ay müddətinə kredit müqaviləsi bağlanılmışdır. Bundan əlavə “Fin Trend” Bank Olmayan Kredit Təşkilatı ödənişin tələbetmə hüququnun ötürülməsi barədə iddiaçıya ödənişi "xxxx" ASC-nin (indiki "xxxx" ASC-nin) hesablaşma hesabına ödənilməsi barədə bildiriş vermişdir. İddiaçı 21.02.2021-ci il tarixdə “Maxi.az” pərakəndə satış mərkəzindən dəyəri 1.849 manat olan bir ədəd “İphone X 64GB Silver” mobil telefonu aldıqdan sonra mobil telefonu cavabdehə təhvil vermiş və cavabdeh də hər ay ödənişləri edəcəyini öhdəsinə götürmüşdür. Lakin, bugünə qədər cavabdeh ödəniş etməmişdir. Hazırda da ödənişlərdən yayınır və kredit müqaviləsi iddiaçının adına olduğundan Bank ödənişləri ondan tələb edir. Cavabdeh isə qalan ödənişi etmədiyindən iddiaçı hesab edir ki, həmin kreditə alınaraq cavabdehə verilmiş “İphone 64GB Silver” mobil telefonu işlək və saz vəziyyətdə ona təhvil verilməlidir ki, satıb krediti ödəsin. Əks halda mobil telefon xarab olub yararsız haldadırsa onun dəyəri, yəni 1.849 manat kompensasiya ilə əvəz edilərək ona ödənilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edib iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və əlavə olaraq izahatında göstərdi ki, hazırda sözügedən mobil telefon üçün banka olan borcu tam ödəmişdir. Banka qeyd olunan kredit müqaviləsi üzrə hazırda heç bir borc öhdəliyi mövcud deyildir. Göstərilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir.Teleqramma ilə məhkəməyə müraciət edərək, işə baxıb qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara məcmu qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 21 fevral 2019-cu il tarixli fakturanın surətindən görünür ki, İddiaçı “Maxi.az” pərakəndə satış şəbəkəsindən 1.849 manat dəyərində 1 (bir) ədəd “iPhone X 64GB Silver” markalı telefon təhvil almışdır. İş materiallarında olan 21.02.2019-cu il tarixli qəbzin surətindən görünür ki, "xxxx" QSC-nin hesabına QSC-yə məxsus məişət avadanlıqları mağazasından alınmış mala görə 600 manat məbləğində pul köçürülmüşdür. İş materiallarında olan "xxxx" Bank Olmayan Kredit Təşkilatı ilə İddiaçı arasında bağlanmış 21 fevral 2019-cu il tarixli 8-0***-******* saylı kredit müqaviləsinin və müqaviləyə əlavə olunan ödəniş cədvəlinin surətindən görünür ki, BOKT (kreditor) İddiaçı (borcalan) illik 35 faiz hesablanmaqla 24 ay müddətinə 1.249 manat məbləğində borc verməyi, borc alan isə borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC tərəfindən İddiaçı ünvanlanmış tələbetmə hüquqlarının ötürülməsi barədə bildirişin surətindən görünür ki, İddiaçı 8-0***-******* nömrəli, 21.02.2019-cu il tarixli kredit müqaviləsi üzrə "xxxx" MMC-yə dair tələbetmə hüquqlarının güzəşt olunmasına dair 001 saylı, 25 noyabr 2017-ci il tarixli güzəşt olunması müqaviləsinə uyğun olaraq borc tələbetmə hüquqlarının ötürülməsi bildirilmiş, "xxxx" İKB ASC-nin kredit müqaviləsi üzrə kreditor olduğu və həmin müqaviləyə əsasən borcların həmin bankın hesablaşma hesabına ödənilməsi xahiş edilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş hesabdan çıxarışdan görünür ki, İddiaçı hazırda banka kredit ödənişi üzrə borcu yoxdur. İş materiallarında olan 11.04.2021-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək, və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, iş materiallarında olan sübutlar əsasında məhkəmə tərəfindən müəyyən edildi ki, Cavabdeh kreditlə mobil telefon almaq istəmiş, lakin əmək haqqı az olduğuna istədiyi mobil telefon ona kreditə verilmədiyindən, cavabdeh birlikdə işlədiyi İddiaçı müraciət edərək onun adına mobil telefon götürülməsini xahiş etmiş və İddiaçı buna razılığını bildirmişdir. Bundan sonra iddiaçı özünün adına öz vəsaiti hesabına ilkin ödəniş 600 manat ödəməklə “Maxi.az” pərakəndə satış şəbəkəsindən 1.849 dəyərində 1 (bir) ədəd “iPhone X 64GB Silver” markalı telefon almış, qalan 1.249 manat məbləği ilə 21.02.2019-cu il tarixli kredit müqaviləsinə əsasən "xxxx" Bank Olmayan Kredit Təşkilatından illik 35 faiz hesablanmaqla 24 ay müddətinə kreditə götürərək “Maxi.az” pərakəndə satış şəbəkəsinə ödəmişdir. Daha sonra "xxxx" MMC tərəfindən borc tələbetmə hüquqları "xxxx" İKB ASC-yə ötürülmüşdür. Aralarındakı razılaşmaya əsasən cavabdeh iddiaçı tərəfindən ilkin ödəniş olaraq ödənilmiş 600 manat məbləğində pulu iddiaçıya geri qaytaracağını və 1.249 manat məbləğində götürülmüş krediti ödəməyi öhdəsinə götürsə də, nə 600 manat məbləğində pulu iddiaçıya geri qaytarmış, nə də ki aylıq kredit məbləğlərini banka ödəməmişdir. Bu səbəndən də kredit müqaviləsi üzrə borclu - hazırki iş üzrə İddiaçı həmin müqaviləyə əsasən 1.249 manatı banka ödəmiş, hazırda həmin kredit müqaviləsinə əsasən "xxxx" ASC qarşısında heç bir borc öhdəliyi mövcud deyildir. Məhkəmə hesab edir ki, ilkin ödəniş olaraq ödənilmiş 600 manat məbləğində pul geri qaytarılmadığından və "xxxx" ASC-yə olan kredit borcuna görə 1.249 manat məbləğində pul hazırki iş üzrə İddiaçı tərəfindən ödənildiyindən “Maxi.az” pərakəndə satış şəbəkəsindən 1.849 manata alınmış 1 (bir) ədəd “iPhone X 64GB Silver” markalı telefon Cavabdeh alınaraq İddiaçı verilməlidir. Məhkəmə iddia tələbinin “telefonun cavabdehdən alınaraq iddiaçıya təhvil verilməsi mümkün olmadıqda, dəyəri olan 1.849 manat pul vəsaitinin kompensasiya şəklində ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi “Maxi.az” pərakəndə satış şəbəkəsindən 1.849 manata alınmış 1 (bir) ədəd “iPhone X 64GB Silver” markalı telefonun Cavabdeh alınaraq İddiaçı verilməsi hissəsində təmin edildiyindən iddia tələbi bu hissədə əsassız hesab edilməli və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, “Maxi.az” pərakəndə satış şəbəkəsindən 1.849 manata alınmış 1 (bir) ədəd “iPhone X 64GB Silver” markalı telefon Cavabdeh alınaraq İddiaçı verilməli, iddia digər hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. “Maxi.az” pərakəndə satış şəbəkəsindən 1.849 manata alınmış 1 (bir) ədəd “iPhone X 64GB Silver” markalı telefon Cavabdeh alınaraq İddiaçı verilsin. İddia digər hissədə təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-3123/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3123/2021
13.07.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver