Məhkəmə qərarları › İş №2(102)-4712/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4712/2021

14.09.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4712/2021 14.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı cavabdeh Hacıyeva Firuzə Baba qızına və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4712/21 (Açar sözlər: paylı mülkiyyətdə olan əmlakın açıq hərracdan satılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı: İddiaçı vəkili Vəkil1, Cavabdehlər: Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 vəkili X1 iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 mart 2021-ci il tarixli, 2(107)162/2021 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 kassasiya şikayəti üzrə işə 14 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçı məhkəmədə cavabdehlərə qarşı iddia qaldıraraq, Şəki şəhəri, Giləhli küçəsində yerləşən, mülkiyyətlərində olan 0,06 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2-(1) mərtəbəli, 5 otaqlı, yaşayış sahəsi 85,85 kv.metr, köməkçi sahəsi 170,6 kv.metr olan 20 saylı fərdi yaşayış evində onun ½ payının, habelə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ½ payının naturada ayrılması, əgər həmin əmlakdan payların naturada ayrılması mümkün olmazsa, onun açıq hərracdan satılması və əmlakın açıq hərracda satılmasından əldə edilmiş pul vəsaitinin paylara uyğun olaraq onlar arasında bölüşdürülməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Cavabdehlər isə məhkəmədə iddiaçıya qarşı qarşılıqlı iddia verərək, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin avqust 1983-cü il tarixli Texniki Pasportuna əsasən 1341,9 kv.metr torpaq sahəsinin 741,9 kvadrat metri üzərində ümumi mülkiyyət hüquqlarının tanınması, bütövlükdə 1341,9 kv.metr torpaq sahəsi üzərində ümumi birgə (hər bir tərəfin ½ hissədə payı olmaqla) mülkiyyət hüquqlarının tanınması, bununla əlaqədar olaraq iddiaçının adına verilmiş 26 yanvar 2009-cu il tarixli Çıxarışın, habelə Cavabdeh1 adına verilmiş 26 sentyabr 2015-ci il tarixli Çıxarışın ləğv edilməsi, 1341,9 kv.metr torpaq sahəsinin (600 kv.metr + 741,9 kv.metr) ümumi sərhədlərinin və koordinatlarının müəyyən edilməsi, fərdi yaşayış evinin tərəflərin ½ payları üzrə bölünməsi, evin mövcud tikilisinin daxili pilləkən marşlarının tamamilə sökülərək ləğv edilməsi, mərtəbələrarası örtüyün bərpasından sonra evin mərtəbələr üzrə arakəsmə divar vasitəsilə ortadan bölünməsi, bu variantda bölünəcək hissələrə həyətyanı sahədən ayrıayrılıqda pilləkən marşlarının quraşdırılması, əlavə giriş-çıxış qapılarının açılması, tikilinin bölünməsi ilə əlaqədar aparılacaq söküntü, təmir və quraşdırma işlərinin smeta xərclərinin müəyyən edilərək hər kəsin öz vəsaiti hesabına aparılması, razılıq olmadığı halda, ümumi smeta xərclərinin tərəflərdən bərabər şəkildə tutulmaqla Şəki Rayon İcra və Probasiya Şöbəsinin depozit hesabına keçirilməsi, Şöbəni n təyin edəcəyi müstəqil tikinti şirkətinə ödənilməklə tikinti şirkəti tərəfindən aparılması, 1341,9 kv.metr torpaq sahəsinin naturada bölünməsi, həmçinin iddiaçının və onların ümumi mülkiyyətlərində olub Şəki şəhəri, Giləhli küçəsində yerləşən 1341,9 kv.metr torpaq sahəsindən və həmin torpaq sahəsində olan 2(l) mərtəbəli, 5 otaqlı, yaşayış sahəsi 85,85 kv.metr, köməkçi sahəsi 170,6 kv.metr olan 20 saylı fərdi yaşayış evindən istifadə etmələrinə uzun illər ərzində imkan vermədiyi və maneələr yaratdığı üçün iddiaçıdan hər ay 1.000 manat olmaqla, 13 il üçün cəmi 156.000 manat pulun tutulub onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Şəki Rayon Məhkəməsinin 07 avqust 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim E.M.Mehdiyev) ilk iddia qismən təmin edilərək, 26 sentyabr 2015-ci il tarixli Çıxarışa əsasən tərəflərin paylı mülkiyyətlərində olan Şəki şəhəri, Giləhli küçəsində yerləşən 20 saylı fərdi yaşayış evinin açıq hərracdan satılması, satışdan əldə edilən pul vəsaitinin tərəflər arasında onların paylarına müvafiq olaraq bölüşdürülməsi, paylı mülkiyyətdə olan Şəki şəhəri, Giləhli küçəsində yerləşən 20 saylı fərdi yaşayış evinin hərracda ilkin satış qiymətinin 276.500 manat müəyyən edilməsi və qalan hissədə ilk iddianın və qarşılıqlı iddia ərizəsinin rədd olunması qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, 26 sentyabr 2015ci il tarixli Çıxarışa əsasən, Şəki şəhəri, Giləhli küçəsində mülkiyyətində olan 0,06 hektar torpaq sahəsində yerlə şən ümumi sahəsi 256,45 kv.metr olan 20 saylı fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə ½ hissədə iddiaçının, ½ hissədə isə cavabdehlərin adlarına qeydə alınıb. Məhkəmə Ekspertizası Mərkəzinin 19 iyun 2019-cu il tarixli ekspert rəyinə əsasən, ünvan 2 evin həyətyanı torpaq sahəsi hüquqmüəyyənedici və texniki sənədlərdə 0,06 ha göstərilib. Lakin, yerli baxış zamanı torpaq sahəsinin müvafiq sənədlərdə nəzərdə tutulmuş sahədən artıq olduğu müəyyən edilib və 0,06 ha həyətyanı torpaq sahəsinin naturada dəqiq sərhədlərini yerində müəyyən etmək mümkün olmayıb. Eyni zamanda, həyətyanı torpaq sahəsinin Texniki Pasportunun “xüsusi qeydlər” bölməsində zəbt torpaq sahəsinin ölçüsü 946 kv.metr göstərilib. Ekspertin rəyinə görə, ünvan 2 ünvanda yerləşən paylı mülkiyyətdə olan fərdi yaşayış evinin t ərəflərin paylarına uyğun ½ hissədə bərabər paylar üzrə naturada bölünməsi (ayrılması) texniki cəhətdən mümkün deyil. Habelə "xxxx" MMC 17 yanvar 2020-ci il tarixli qiymətləndirici rəyinə görə, fərdi yaşayış evinin mövcud vəziyyəti, yerləşdiyi ərazi, torpağın sahəsi evin ümumi sahəsi, tikilinin konstruksiyası, aşınması və sair xüsusiyyətləri nəzərə alınmaqla, aparılmış hesablamalara və təhlillərə görə sözügedən evin ilkin satış qiyməti 17 yanvar 2020-ci il tarixə 276.500 manat təşkil edir. Payın naturada ayrılmasına yol verilmədiyindən və evdən payın ayrılması ona tənasübsüz zərər vurmadan mümkün olmadığından, ayrılan iddiaçı öz payının dəyərinin cavabdehlər tərəfindən ona ödənilməsini tələb etmək hüququ vardır. Hazırki halda iddiaçı ½ payının dəyəri olaraq 80.000 manat pulun cavabdehlər t ərəfindən ona ödənilməsini təklif edib. Beləliklə tənasübsüz zərər vurmadan sözügedən evin tərəflərin paylarına uyğun olaraq onlar arasında bölünməsi texniki cəhətdən mümkün deyil. Həmçinin hər hansı bir şəkildə bölgü ilə bağlı tərəflər qarşılıqlı razılığa gələ bilməyiblər. Cavabdehlər, ünvan 2 ünvanda yerləşən və tərəflərin paylı mülkiyyətində olan ev və yalnız 0.06 ha həyətyanı torpaq sahəsi ilə bağlı müvafiq Çıxarış təqdim ediblər. Cavabdehlərin qarşılıqlı iddia göstərdikləri 1341,9 kv.metr torpaq sahəsinin 0,06 ha torpaq sahəsindən artıq hissəsi ilə bağlı mülkiyyət sənədini məhkəməyə təqdim edə bilmirlər. İddiaçı, paylı mülkiyyətin digər mülkiyyətçi olan cavabdehlərdən öz payının dəyərinin ödənilməsini tələb etməsinə baxmayaraq, cavabdehlər həmin payın dəyərini iddiaçıya ödəməmişlər. H azırki halda tərəflər hər hansı bir şəkildə öz aralarında razılığa gələ bilmirlər. Ona görə də ümumi əmlakın bölünməsi və həmin əmlakdan iddiaçıya aid payın dəyərinin cavabdehlər tərəfdən ona ödənilməsi mümkün olmadığı üçün əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi məqsədəmüvafiq hesab edilməlidir. Cavabdehlər qarşılıqlı iddia ərizəsi üzrə iddiaçının onlara sözügedən evdən hər hansı müddət ərzində istifadə etmələrinə maneçilik törətməsi barədə məhkəməyə heç bir mötəbər yazılı sübut təqdim etməyiblər. Cavabdehlərin evdən istifadə etməsi zamanı iddiaçının hər hansı hüquqa zidd, yəni onlara qarşı qeyri-qanuni hərəkətlər etməsi öz təsdiqini tapmır. Həmçinin, cavabdehlər bununla bağlı hər ay 1. 000 manat olmaqla, 13 il üçün cəmi 156.000 manat pul vəsaitinin iddiaçıdan tutulub onlara ödənilməsini iddia etsələr də, bu şəkildə hesablamanı nəyə istinad etməklə aparmalarına və bu hissədə qarşılıqlı iddia tələblərinin əsaslı olmasına dair hər hansı sübutları məhkəməyə təqdim etməyiblər. Ona görə də ilk iddia qismən təmin, qarşılıqlı iddia rədd olunmalıdır. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 220.1-220.3, 220.6cı maddələrinin və digər maddi və prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Apellyasiya instansiyası məhkəməsində icraat Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər R.R.Rəfiyev sədrlik edən, məruzəçi, A.A.Mahmudov və Ə.T.Məcidov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Şəki Rayo n Məhkəməsinin 07 avqust 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi ilk iddianı qismən təmin, qarşılıqlı iddianı rədd etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdehlər kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayəti belə əsa slandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 vəkili Elşən Yəhyazadə kassasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. İddiaçı vəkili Vəkil1 məhkəmə iclasında kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatında iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, İddiaçı və üçüncü şəxs DƏDRX-nin 12 saylı Əra zi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Mülki Məcəllənin 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə görə, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsində göstərilir ki, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bi lmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.6-ci maddəsinə əsasən, bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məc əlləsi: Həmin Məcəllənin 14.2 və 77.1-ci maddələrinin tələblərinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir və məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tər əfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Cavabdehlərin kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Cavabdehlər kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmasını, düzgün tətbiq etməməsini, ilk iddianın rədd, qarş ılıqlı iddianın təmin edilməsi üçün əsasların olmasını göstərsələr də, kassasiya instansiyası məhkəməsi onların bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, 26 sentyabr 2015-ci il tarixli Çıxarışa əsasən, Şəki şəhəri, Giləhli küçəsi, mülkiyyətdə olan 0,06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 256,45 kv.metr olan 20 saylı fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə ½ hissədə iddiaçının, ½ hissədə isə cavabdehlərin mülkiyyətindədir. Hazırda iddiaçı, Şəki şəhəri, Giləhli küçəsi, mülkiyyətdə olan 0,06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 256,45 kv.metr olan 20 saylı fərdi yaşayış evində ona məxsus olan ½ payın, habelə cavabdehlərə məxsus olan ½ payın naturada ayrılmasını, əgər payların naturada ayrıl ması mümkün olmazsa, həmin evin açıq hərracdan satılmasını və evin açıq hərracda satılmasından əldə edilmiş pul vəsaitinin paylara uyğun olaraq tərəflər arasında bölünməsini iddia edir. Cavabdehlər isə sözügedən evin Texniki Pasportuna əsasən 1341,9 kv.metr torpaq sahəsinin 741,9 kvadrat metri üzərində ümumi mülkiyyət hüquqlarının müəyyən edilməsini, bütövlükdə 1341,9 kv.metr torpaq sahəsi üzərində ümumi birgə (hər bir tərəfin ½ hissədə payı olmaqla) mülkiyyət hüquqlarının tanınmasını, bununla əlaqədar olaraq iddiaçının adına verilmiş 26 yanvar 2009-cu il tarixli Çıxarışın, habelə Cavabdeh1 adına verilmiş 26 sentyabr 2015-ci il tarixli Çıxarışın ləğv edilməsini, 1341,9 kv.metr torpaq sahəsinin (600 kv.metr + 741,9 kv.metr) ümumi sərhədlərinin və koordinatlarının müəyyən edilməsini, fərdi y aşayış evinin tərəflərin ½ payları üzrə bölünməsini, evin mövcud tikilisinin daxili pilləkən marşlarının tamamilə sökülərək ləğv edilməsini, mərtəbələrarası örtüyün bərpasından sonra evin mərtəbələr üzrə arakəsmə divar vasitəsilə ortadan bölünməsini, bu variantda bölünəcək hissələrə həyətyanı sahədən ayrı-ayrılıqda pilləkən marşlarının quraşdırılmasını, əlavə giriş-çıxış qapılarının açılmasını, tikilinin bölünməsi ilə əlaqədar aparılacaq söküntü, təmir və quraşdırma işlərinin smeta xərclərinin müəyyən edilərək hər kəsin öz vəsaiti hesabına aparılmasını, razılıq olmadığı halda, ümumi smeta xərclərinin tərəflərdən bərabər şəkildə tutulmaqla Şəki Rayon İcra və Probasiya Şöbəsinin depozit hesabına keçirilməsini, Şöbənin təyin edəcəyi müstəqil tikinti şirkətinə ödənilməklə tikinti şirkəti tər əfindən aparılmasını, 1341,9 kv.metr torpaq sahəsinin naturada bölünməsini, həmçinin iddiaçının və onların ümumi mülkiyyətlərində olub qeyd olunan evdən istifadə etmələrinə uzun illər ərzində imkan vermədiyi və maneələr yaratdığı üçün iddiaçıdan hər ay 1.000 manat olmaqla, 13 il üçün cəmi 156.000 manat pulun tutulub onlara ödənilməsini iddia edirlər. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, sözügedən fərdi yaşayış evi tərəflərin paylı mülkiyyətlərində olduğundan və həmin evin paylara uyğun olaraq onlar arasında bölünməsi ilə bağlı hər hansı razılaşma olmadığından, paylı mülkiyyətin mülkiyyətçisi kimi iddiaçı öz payının ayrılmasını cavabdehlərdən tələb etməkdə haqlı olub. Eyni zamanda, apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, tərəflər paylı mülkiyyətlərində olan ümumi əşyanın, yəni evin bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilməyiblər və buna görə də qeyd olunan evin paylı mülkiyyətçisi kimi iddiaçı öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edib. Məhkəmə Ekspertiza Mərkəzinin 19 iyun 2019-cu il tarixli rəyinə görə, ünvan 2 ünvanda yerləşən və tərəflərin paylı mülkiyyətində olan evin mülkiyyətçilərin (tərəflərin) paylarına uyğun olaraq ½ hissədə bərabər paylar üzrə naturada bölünməsi (ayrılması) mümkün deyil. Lakin, tərəflərin (mülkiyyətçilərin) ½ paylarından kənara çıxmaqla, evin həyətyanı sahəsi ümumi istifad ədə saxlanılmaqla, habelə ev üzərində müəyyən konstruktiv dəyişiklik etməklə, tərəflərə çatacaq ½ payın qeyri-bərabər, yəni bölgü nəticəsində tərəflərdən birinə düşə biləcək sahənin az, digərinə çox sahə fərqi yaranmaqla, fərdi yaşayış evinin onlar arasında, qeyri-bərabər hissələrə bölünməsi texniki cəhətdən mümkündür. Eyni zamanda tədqiq olunan fərdi yaşayış evinin tərəflərin ½ payları üzrə bölünməsi yalnız ev daxili pilləkən marşlarının tamamilə sökülərək ləğv edilməsi və mərtəbəarası örtüyün bərpasından sonra evin mərtəbələr üzrə arakəsmə divar vasitəsilə ortadan bölünməsi mümkündür. Bu variantda bölünməli olan hissələrə həyətyanı sahədən ayrı-ayrılıqda pilləkən marşları quraşdırılmalı və bölünməli hissələrə giriş-çıxış qapıları qoyulmalıdır. Tədqiq olunan fərdi yaşayış evinin 1885-ci i ldə inşa olunduğunu nəzərə alaraq, göstərilən variantda bölgünün texniki cəhətdən mümkünlüyü, xüsusi biliyə malik olan mütəxəssis (tikinti konstruktoru) tərəfindən, evin ayrı-ayrı konstruktiv elementlərinin və bünövrəsinin ümumi möhkəmliyinin, dayanıqlığının, yükgötürmə qabiliyyətinin pozulmamasının və gələcəkdə ev üçün hər hansı zərər yetirməməsinin müəyyənləşdirilməsindən və ev üzrə müvafiq hesablamalar aparıldıqdan sonra müəyyən oluna bilər Həmçinin, ayrılan mülkiyyətçi kimi iddiaçı öz ½ payının dəyəri olan 80.000 manat pulun paylı mülkiyyətin digər mülkiyyətçiləri olan cavabdehlər tərəfindən ona ödənilməsinə dair 17 iyul 2019-cu il tarixdə onlara yazılı təklif göndərib, lakin cavabdehlər tərəfindən onun bu təklifinə qısa müddət ərzində münasibət bildirilməyib. Göründüyü kimi sözügedən evdən tərəflərə çatan payların naturada ayrılmasına açıq-aşkar yol verilmir və ekspertin rəyində göstərilən qaydada bölgü tərəflərin ümumi mülkiyyətdə olan evə tənasübsüz zərər vurmadan mümkün deyil. Eyni zamanda ayrılan mülkiyyətçi kimi iddiaçı, öz ½ payının dəyərini təşkil edən 80.000 manat pulu paylı mülkiyyətin digər mülkiyyətçiləri olan cavabdehlər tərəfindən ona ödənilməsini yazılı bildiriş göndərməklə təklif etsə də, cavabdehlər həmin vəsaiti ona ödəməyə cəhd belə göstərməyiblər. Ona görə də kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, kassasiya şikayətinin dəlilləri tam əsassızdır. Belə ki, qeyd olunan evdən tərəflərin hər birinə çatan ½ payın naturada ayrılmasına açıq-aşkar yol vermir v ə bu, ümumi mülkiyyətdə olan həmin evə tənasübsüz zərər vurmadan mümkün deyil. Eyni zamanda paylı mülkiyyətin digər mülkiyyətçiləri olan cavabdehlər, iddiaçının evdə olan ½ payının dəyərini ona ödəməkdən imtina edirlər. Belə olan halda Mülki Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ondan payın ayrılması açıq-aşkar məqsədəuyğun olmadığından, birinci instansiya məhkəməsi ilk iddianı qismən təmin, qarşılıqlı iddianı rədd edib, sözügedən evin açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri olan tərəflər arasında onların ½ paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qətnamə qəbul etməklə, apellyasiya instansiyası məhkəməsi isə qətnaməni dəyişdirilmədən saxlamaqla düzgün nəticəyə gəlib və sadalanan maddi hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Nəzərə alınmalıdır ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılm ası məsələsinə baxıla bilər. Eyni zamanda, payın naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Bu baxımdan, kassasiya instansiyası məhkəməsi hesab edir ki, paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Hazırki halda Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzər də tutulmuş qaydalara əməl edilməsi və mübahisəli evin açıq hərracdan satılması üçün əsasların olması mülki iş materialları, o cümlədən ekspertin rəyi ilə istisna edilmir. Kassator, kassasiya şikayətində evin yerləşdiyi həyətyanı torpaq sahəsinin ölçüsünün 0,06 ha deyil, 1341,9 ha olduğunu göstərsə də, tərəflərin adlarına verilmiş 26 sentyabr 2015-ci il tarixli Çıxarışda yalnız 0,06 ha həyatyanı torpaq sahəsinin tərəflərin mülkiyyətlərində olduğu qeyd edilib, torpaq sahəsinin yerdə qalan 741,9 kv.metr hissəsi üzərində isə tərəflərin hər hansı hüquqları əmələ gəlməyib. Halbuki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinin mənasına görə, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin...altında olan torpaqlar qanunvericiliklə mü əyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Eyni zamanda, Mülki Məcəllənin 139.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Ona görə də kassasiya instansiyası məhkəməsi hesab edir ki, tərəflər ilk növbədə sözügedən torpaq sahəsi üzərində hüquqlarını dövlət qeydiyyatına aldırmalıdırlar. Yalnız bundan sonra həmin torpaq sahəsi də evlə bərabər açıq hərraca çıxarılaraq satıla və satışdan əldə edilən pul vəsaiti tərəflərin paylarına uyğun olaraq onlar arasında bölünə bilər. Ekspertin rəyindən də görünür ki, ünvan 1 ünvanda yerləşən, tərəflərin paylı mülkiyyətində olan həyətyanı torpaq sahəsinin ölçüsü hüquqmüəyyənedici və texn iki sənədlərdə 0,06 ha göstərilib. Lakin, yerli baxış zamanı torpaq sahəsinin müvafiq sənədlərdə nəzərdə tutulmuş sahədən artıq olduğu müəyyən edilib və bu səbəbdən də 0,06 ha torpaq sahəsinin naturada dəqiq sərhədlərini müəyyən etmək mümkün olmayıb. Eyni zamanda, həyətyanı torpaq sahəsinin Texniki Pasportunun “xüsusi qeydlər” bölməsində zəbt torpaq sahəsi kimi göstərilən 946 kv.metr torpaq sahənin hüququ statusu barədə hər hansı məlumat yoxdur. "xxxx" MMC 17 yanvar 2020-ci il tarixli mütəxəssis rəyində sözügedən evinin mövcud vəziyyəti, yerləşdiyi ərazi, torpaq sahəsi, evin ümumi sahəsi, tikilinin konstruksiyası, aşınması və sair xüsusiyyətləri nəzərə alınmaqla aparılmış hesablamalara və təhlillərə əsasən həmin evin hazırki bazar qiymətləri ilə müqayisədə ilkin satış qiyməti 17 yanvar 2 020-ci il tarixə 276.500 manat müəyyən edilib. Daha sonra kassator, kassasiya şikayətində qarşılıqlı iddia tələblərinin təmin edilməsi üçün əsasların olmasını, apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmasını, düzgün tətbiq etməməsini və sair göstərsə də, tələblərinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməyib. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2 və 77.1-ci maddələrinin tələblərinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir və məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu baxımdan kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir k i, cavabdehlərin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlillərin yenidən araşdırılmasına lüzum görmür və hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 mart 2021-ci il tarixli, 2(107)-162/2021 saylı qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar