Məhkəmə qərarları › İş №2(037)-84/2022

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №2(037)-84/2022

31.01.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 2(037)-84/2022 31.01.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı Cavabdeh1 cavabdehlər Xəlı̇ lova Fərqanə Hətəm qızı və X2 qarşı pul tələbi, iddiaçılar Xəlı̇ lova Fərqanə Hətəm qızı və Xəlı̇ lov Rəfaı̇ l Alverdı̇ oğlunun cavabdehlər Kərı̇ mova Həmı̇ də Sətdar qızı və X1 qarşı əmlak tələbi barədə mülki işin materiallarını 31 yanvar 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında nəzərdən keçirərək məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh1 cavabdehlər Xəlı̇ lova Fərqanə Hətəm qızı və X2 qarşı iddia ərizəsi ilə müraciət edərək cavabdehlərdən nişana və ad gününə, habelə digər mərasimə çəkilmiş 1077 manat məbləğinin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2(037)-84/2022 nömrəli mülki iş üzrə iddiaçılar Xəlı̇ lova Fərqanə Hətəm qızı və Xəlı̇ lov Rəfaı̇ l Alverdı̇ oğlunun cavabdehlər Kərı̇ mova Həmı̇ də Sətdar qızı və X1 qarşı iddia ərizəsi ilə müraciət edərək cavabdehlərdən 3032 manat dəyərində əmlakın və ya onun dəyərinin alınıb onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Hər iki mülki iş hazırda məhkəmənin icraatındadır. Məhkəmə hər iki mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, həmin mülki işlər birlikdə baxılmaq üçün bir icraatda birləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə hesab edir ki, Cavabdeh1 cavabdehlər Xəlı̇ lova Fərqanə Hətəm qızı və X2 qarşı pul tələbi barədə və iddiaçılar Xəlı̇ lova Fərqanə Hətəm qızı və Xəlı̇ lov Rəfaı̇ l Alverdı̇ oğlunun cavabdehlər Kərı̇ mova Həmı̇ də Sətdar qızı və X1 qarşı əmlak tələbi barədə mülki işlər eyni tərəflərin iştirak etdiyi mülki işlər olmaqla hər iki mülki işdə eyni əmlaklar mübahisə predmetinə aid olduğundan bu işlərin birlikdə baxılmaq üçün bir icraatda birləşdirilməsi məqsədə müvafiqdir və həmin işlərin bir icraatda birləşdirilməsi barədə qərardad qəbul edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3, 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçılar Xəlı̇ lova Fərqanə Hətəm qızı və Xəlı̇ lov Rəfaı̇ l Alverdı̇ oğlunun cavabdehlər Kərı̇ mova Həmı̇ də Sətdar qızı və X1 qarşı əmlak tələbi barədə 2(037)-84/2022 nömrəli, iddiaçı Cavabdeh1 cavabdehlər Xəlı̇ lova Fərqanə Hətəm qızı və X2 qarşı pul tələbi barədə 2(037)-50/2022 nömrəli mülki işlər birlikdə baxılması üçün bir icraatda birləşdirilsin. Mülki işə 2(037)-50/2022 nömrəsi verilsin. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar