Məhkəmə qərarları › İş №2(012)-3134/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3134/2022

05.10.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3134/2022 05.10.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, Ərizəçi, Maraqlı şəxs Abşeron rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi Nümayəndə iştirakları ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.1980-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, xx.xx.1980-ci il təvəllüdlü bacısı X9 uşaqlıqdan xəstədir və ona xəstə olduğu üçün lİ qrup əlillik dərəcəsi təyin edilmişdir. X9 onun doğma bacısıdır. Bacısı və o, Abşeron rayonu, Saray qəsəbəsi, H.Aslanov küçəsində yerləşən 28 saylı evdə qeydiyyatda olmaqla yaşayırlar, bacısı onun himayəsindədir və bacısına o, qulluq edir. Belə ki, bacısı X9 ll qrup əlil olmasına baxmayaraq, ciddi şəkildə köməyə möhtacdır. O, bütün işlərini kiminsə yardımı ilə edə bilir. Anlaqlı vəziyyətdə deyildir. Bacısı tez-tez qıc olur və debillik dərəcəsi onda yüksəkdir. Qıc olmaları çox olan zaman bacısına ondan başqa kömək edə bilən olmur. Əslində, bacısı İİ qrup deyil, İ qrup əlil xəstələri kimidir. Çünki o, təkbaşına nə özünü idarə edə, nə də ki, öz şəxsi işlərini görə bilir. Belə ki, bacısı X9 İİ qrup əlil olduğu üçün "xxxx" ASC vasitəsi ilə təqaüd alır. Hazırda, bacısının təqaüd kartının vaxtı bitdiyi üçün yenilənməsi vacib olmuşdur. Buna görə də bacısı banka dəvət olunsa da, onun əqli geriliyi və özünü idarə edə bilməməsi səbəbindən imzası və dediyi sözlər nəzərə alınmayaraq, geri qaytarılmış və təqaüd kartının müddətinin bərpası mümkün olmamışdır. Ona şifahi olaraq şəxsin fəaliyyət qabiliyyətsiz hesab edilməsi ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Bacısının tələbatı ll qrup əlilliyə görə aldığı təqaüdlə təmin olunur. Çünki onun hər daim qəbul etdiyi dərmanlar vardır. Kartın müddəti bitdiyi üçün təqaüdü ala bilmir və maddi cəhətdən əziyyət çəkir. Bu səbəbdən də Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X13 X17 Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2022-ci il tarixli 2723 saylı rəyi ilə razıdır. Ona görə də göstərilənlərə əsasən, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mülki iş üzrə maraqlı şəxs Abşeron rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi Nümayəndə məhkəmə iclasında məhkəməpsixiatrik ekspertizasının rəyi və iş üzrə digər materiallarla tanış olduğunu bildirmiş və ekspert rəyini əsas götürərək ərizənin təmin olunmasına etiraz etməmişdir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan X1 məhkəmə iclasında iştirakına yol vermədiyindən məhkəmə iclasında iştirakı mümkün olmamışdır. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, mülki iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlandırılacaq) 317.2. maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Abşeron rayon Saray qəsəbəsi X15 İcraiyyə Soveti tərəfindən verilmiş xx.xx.1980-ci il tarixli Vİİ-ЖГ № 393824 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X9 xx.xx.1980-ci il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 169 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası X11, anası X7r. -Abşeron rayon Saray qəsəbəsi X15 İcraiyyə Soveti tərəfindən verilmiş xx.xx.1985-ci il tarixli Xİ-ЖГ № 340104 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx.xx.1985-ci il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 163 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası X11, anası X7r. -Abşeron Rayon İcra Hakimiyyətinin Ərizəçi ünvanlandığı xx.xx.2022-ci il tarixli S-18- 099 saylı məktubdan görünür ki, Ərizəçi məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X13 X17 Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2022-ci il tarixli 2723 saylı rəyindən görünür ki, İ Motivləşdirici hissə. X2 imbesillik dərəcəsində oliqofreniya, qıcolma tutmaları müəyyən edilir. Bunu anamnestik məlumatlar, təqdim edilmiş tibbi sənəd və hal-hazırki psixiatrik müayinənin nəticələri (anamnestik məlumatlara görə doğuş zədəsi ilə anadan olması, yaşıdlarına nəzərən əqli inkişafda geri qalması, nitqinin qeyri-aydın olması, psixi vəziyyəti ilə əlaqədar Bakı şəhər X18 Dispanserində müalicədə olması, X6 “Oliqofreniya, kəskin təzahür edən debillik dərəcəsi, qıcolma tutmaları ilə” diaqnozu ilə qeydiyyatda olması, həmçinin, Sumqayıt şəhər X3 “Oliqofreniya, kəskin təzahür edən debillik dərəcəsi, qıcolma tutmaları ilə” qeydiyyatda olması, xəstəliyi ilə əlaqədar İİ qrup müddətsiz əlil olması, evdə əsəbiliyinin biruzə verməsi, qeyri-müəyyən səslər çıxarması, fizioloji ifrazatları ilə natəmiz olması, hər hansı bir işi müstəqil yerinə yetirməməsi səbəbi ilə əlaqədar daim kənar şəxsin himayəsi və nəzarətinə ehtiyacının olması, həmçinin, hazırki müayinə zamanı aşkar olunan əlamətlər: söz ehtiyatının tək-bir sözlərdə ibarət olması, nitqinin qeyri-aydın olması, yaddaş və intellektinin inkişafdan xeyli geri qalması, kəskin nəzərə çarpan ağıl zəifliyi əlamətlərinin biruzə verməsi, maraq dairəsinin adi tələbatları ödəməklə məhdudluğu və sairə sübut edir. İİ Yekun hissəsi: Mülki iş materiallarını və ambulator məhkəmə-psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən, məhkəməpsixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual: xx.xx.1980-ci il təvəllüdlü X9 öz hərəkətlərini ölçüb-biçmək, onları idarə etmək iqtidarında olub-olmamasına dair psixi vəziyyəti müəyyən edilsin. Cavab: X2 imbesillik dərəcəsində oliqofreniya, qıcolma tutmaları müəyyən edilir. X9 öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. 2-ci sual: xx.xx.1980-ci il təvəllüdlü X4 xəstəliyi onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə əsas verirmi? Cavab: X9 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. X9 onda müəyyən edilən kəskin imbesillik dərəcəsində oliqofreniya, qıcolma tutmaları ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, xx.xx.1980-ci il təvəllüdlü X9 və Şərifov X10 rayonu Saray qəsəbəsi H.Aslanov küçəsi 28 saylı evdə qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlandırılacaq): 28.1. maddəsinə əsasən, fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. 28.8. maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Beləliklə, işin məhkəmə iclasında araşdırılan hallarından, ərizəçinin izahatından, mülki iş materiallarına əlavə edilmiş arayışdan, Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2022-ci il tarixli 2723 saylı rəyindən müəyyən olunur ki, X9 “Oliqofreniya, kəskin təzahür edən debillik dərəcəsi, qıcolma tutmaları” psixi xəstəliyindən əziyyət çəkir. Göstərilənləri nəzərə alaraq, məhkəmə tərəfindən psixiatrik ekspertiza təyin edilmiş, psixiatrik ekspertizası üzrə alınmış xx.xx.2022-ci il tarixli 2723 saylı rəydə X4 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmadığı, buna görə də fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli olması nəticəsinə gəlinmişdir. Mülki Prosessual Məcəllənin:

88. maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3. maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə ekspert rəyini digər sübutlarla paralel şəkildə Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, qiymətləndirərək hesab edir ki, ekspert rəyi digər sübutlarla və işin halları ilə təkzib edilmədiyindən əsas sübut növü kimi qəbul edilməlidir. Beləliklə, məhkəmə psixiatrik ekspertizanın rəyini əsas sübut kimi nəzərə alıb, işin yuxarıda tədqiq edilən hallarına və qanunun qeyd edilən tələblərinə əsasən, hesab edir ki, ərizəçinin bacısı - xx.xx.1980-ci il tarixdə Abşeron rayonu Saray qəsəbəsində anadan olmuş X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə məhkəmə qətnaməsinin çıxarılması qanuni və əsaslıdır. Mülki Prosessual Məcəllənin: 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 321.2. maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 317 və 320-ci maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1980-ci il tarixdə Abşeron rayonu Saray qəsəbəsində anadan olmuş X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar