Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3162/2020 11.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, Ərizəçi və maraqlı şəxs Abşeron Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi Hafiz Mikayılovun iştirakları ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işəxx xxxxxx 2020-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, qızı - xx.xx.2002-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2002-ci il təvəllüdlü X8 anadangəlmə nitqin təsir və anlamaq qabiliyyətinin pozulması xəstəliyindən əziyyət çəkir. Azyaşlı uşaq təqaüd alır, lakin əlillik dərəcəsi müəyyən edilməmişdir. Ərizəçi heç yerdə işləmir və övladına qulluq etməklə məşğuldur. Həmçinin ərizəçinin fəhlə olan həyat yoldaşının qazancı da günlük tələbatları ödəyir. Ailənin tək daimi gəliri azyaşlı uşağın aldığı təqaüddür. Nərgizin xəstəliyi ilə bağlı fəaliyyət qabiliyyətsiz elan edilməsi müvafiq prosedurları həyata keçirmək üçün zəruridir. Bu səbəbdən də ərizəçi məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs olan Abşeron Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki,ərizə əsaslıdır, təmin edilməlidir. Mülki iş materiallarında olan129508 №-li doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, X8 xx.xx.2002-ci il tarixdə anadan olmuşdur və anası Ərizəçi, atası X4r. Mülki iş materiallarında olan AR Abşeron rayon İHB-nın Masazır kəndi üzrə İN tərəfindən verilən xx xxxx 2020-ci il tarixli, 1735 №-li arayışdan müəyyən edilir ki, X7, Ərizəçi, X9 və X8 birlikdə ünvan 1 ünvanında yaşayırlar. Mülki iş materiallarında olan Abşeron rayon poliklinikası tərəfindən verilən xx.xx.2020-ci il tarixli, 392 №-li ambulator kartından çıxarışdan müəyyən edilir ki, X5 ağır kəmağıllılıq, nitqin təsir və anlamaq qabiliyyətinin pozulması qeydə alınmışdır. Mülki iş materiallarında olanAzərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X6 Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2020-ci il tarixli, 1924 saylı rəyindən görünür ki, X5 ağır dərəcəli əqli gerilik müəyyən edilir. Bunu anamnestik məlumatlar, təqdim edilmiş tibbi sənəd və hal-hazırki psixiatrik müayinənin nəticələri (anamnestik məlumatlara görə geri qalması, gec yeriməyə başlaması, nitqinin tək-bir sözlərdən ibarət olması, əqli geriliklə əlaqədar məktəbdə oxuya bilməməsi, xəstəliyi ilə əlaqədar əvvəl Bakı şəhər X2, sonralar X1 “Ağır dərəcəli əqli gerilik” diaqnozu ilə müalicələrdə olması, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər: nitqinin qeyri-aydın və tək-bir sözlərdən ibarət olması, yaddaşının və intellektinin inkişafdan xeyli geri qalması, nəzərə çarpan ağıl zəifliyi əlamətlərinin biruzə verməsi və s.) sübut edir. X8 öz hərəkətlərinin mənasını anlaya bilmir və öz hərəkətlərini idarə etmək iqtidarında deyil. Buna görə də o, tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən məhkəmə şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, xx.xx.2002-ci il tarixli X5 “ağır dərəcəli əqli gerilik” aşkar olunur. O, anası - Ərizəçi himayəsində yaşayır və daima qulluğa ehtiyacı vardır. Buna görə də təbii olaraq hərəkətlərinə nəzarət etmək və öz hərəkətlərinin nəticəsini dərk etmək qabiliyyəti yoxdur. Bu səbəbdən də, məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X6 Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2020-ci il tarixli, 1924 saylı rəyi ilə razılaşıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx.xx.2002-ci il təvəllüdlü X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2002-ci il təvəllüdlü X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə xx.xx.2002-ci il təvəllüdlü X3 üzərində qəyyum təyin etmək üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-3162/2020
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3162/2020
11.11.2020 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver