Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3169/2020 20.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki işə xx xxxxxx 2020-ci il tarixdə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən xx xxxx 2019-cu il tarixli, ******* №-li aktın ləğv edilməsi və həmin akt əsasında qanunsuz və əsassız olaraq 486 manat pulun silinməsi barədə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, İddiaçı 2019-ci ilin mart ayında evinin qaz sayğacının altından qaz sızması və qaz sayğacından yağ tökülməsini müşahidə etmişdir. İddiaçı dərhal 104 çağrı mərkəzinə zəng edib qaz sayğacında problem olduğunu və onun aradan qaldırılmasını xahiş etmişdir. Həmin günü X6 əməkdaşları gəlib qaz sayğacını sökmüş və plombu qırmışlar. İki gün sonra iddiaçı uşağın müalicəsi ilə bağlı Rusiya Federasiyasına getmişdir. 20 gün orada qaldıqdan sonra Saray qəsəbəsində yerləşən evinə gələndə qaz sayğacı sökülüb yerinə başqa bir sayğac quraşdırıldığını görmüşdür. Bundan sonra iddiaçı Cavabdehndən gedərək Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında Aktı götürdükdə Qaz idarəsinin əməkdaşlarının ******* nömrəli X8 Qaydalarının Pozulmasına görə Akt tərtib etdiyi məlum olmuşdur. Cavabdeh İB-nin əməkdaşları tərəfindən onlara itirilmiş qazın bərpası üçün xx xxxx 2019-ci il tarixdə ******* nömrəli aktla 486 manat cərimənin yazılması əsassız və qanunsuzdur. Qeyd olunanlara əsasən, o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh “Cavabdeh» İstehsalat Birliyinin nümayəndəsi X7 iddia tələbinə etiraz təqdim edərək bildirdi ki, iddia tam əsassızdır və bu səbəbdən də, təmin edilməməlidir. Belə ki, iddiaçı uzun müddət təbii qazdan sayğaca müdaxilə edərək istifadə etməklə Cavabdehnə ziyan vurmuşdur. Bununla əlaqədar əməkdaşları tərəfindən qanuna müvafiq qaydada akt tərtib edilmiş, dəymiş ziyan hesabatı hazırlanmışdır, həmçinin müdaxilə faktını təsdiq edən rəy verilmişdir. İddiaçı təbii qazdan sayğaca müdaxilə edərək istifadə etdiyinə görə ümumilikdə 486 manat məbləğində dəymiş ziyan hesablanaraq iddiaçının **********05660 saylı kod hesabına qeyd edilmişdir. Faktla bağlı əməkdaşları tərəfindən “qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmişdir. Aktla iddiaçının qazdan qeyri-qanuni olaraq sayğaca müdaxilə edilməsi öz təsdiqini tapmışdır. Bununla bağlı dəymiş ziyan hesabatları tərtib edilərək ümumilikdə 486 manat həcmində qazın talandığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı təsdiq edilmiş “Qazdan istifadə Qaydalarının (bundan sonra Qaydalar) 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün qaz qurğularına dair layihə və istismar sənədlərinin tələblərinə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilən dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılır. Bazar iqtisadiyyatı şəraitində göstərilən xidmətlərdən qeyri-qanuni istifadə nəticəsində dəymiş ziyanın ödənilməsi üzrə müvafiq qərarın qəbul edilməsi üçün müəyyənedici meyar - faydalanan və zərərçəkən tərəflərin olmasıdır ki, bu da aşkar surətdə bəllidir. Təsadüfü deyil ki, “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair X9”nin Tədbirlər Planının 4.1.4.-cü bəndində “Yığım səviyyəsinin maksimuma çatdırılması və təbii qazdan qanunsuz istifadəyə qarşı cərimələrin tətbiqinin nəzərdən keçirilməsi” təsbit olunub. Bu tədbirlər enerji resurslarından səmərəli istifadənin təmin edilməsinə və itkilərin qarşısının alınmasına, azaldılmasına yönəlibdir. Qeyd olunanlara əsasən nümayəndə iddianın təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı, xx.xx.2018-ci il tarixli aktdan görünür ki, İddiaçı məxsus Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən yaşayış sahəsində İtron tipli, G-4 markalı, 1402AZ**********66 nömrəli 02663048 plomblu sayğac, İtron tipli, G-4 markalı, 1402AZ**********66 nömrəli 05472441 plomblu yeni sayğacla əvəz edilmişdir. Qaz xəttində, sayğacda olan qaynaq və yivli birləşmələr təzyiq altında sabun köpüyü ilə yoxlanıldı və heç bir sızma aşkar edilmədi. Quraşdırılan qaz sayğacı texniki qaydalara cavab verir. Qaz sayğacı abonentə təhvil verildi. İş materiallarında olan Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı, xx.xx.2019-cu il tarixli aktdan görünür ki, İddiaçı məxsus Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən yaşayış sahəsində İtron tipli, G-4 markalı, 1402AZ**********66 nömrəli 05472441 plomblu sayğac, İtron tipli, G-4 markalı, 9T**********63 nömrəli 05771264 plomblu yeni sayğacla əvəz edilmişdir. Qaz xəttində, sayğacda olan qaynaq və yivli birləşmələr təzyiq altında sabun köpüyü ilə yoxlanıldı və heç bir sızma aşkar edilmədi. Quraşdırılan qaz sayğacı texniki qaydalara cavab verir. Qaz sayğacı abonentə təhvil verildi. İş materiallarında olan X8 qaydalarının pozulması haqqında xx xxxx 2019-cu il tarixli, ******* nömrəli aktdan görünür ki, Abşeron rayonunda istehlakçı İddiaçı məxsus yaşayış evinə quraşdırılan sayğac üçün MSK-nın 29/1710-00901-2 saylı rəyinə əsasən 1402AZ**********66 nömrəli sayğacın hesablama mexanizminin keçən qazın həcmini qeyd etmədiyi, kənar təsirin aşkarlanmadığı, yivli birləşmələrin korroziyaya uğradığı qeyd olunmuş və qaz sərfinin miqdarının 4860 m3, qaz sərfinin məbləğinin 486 manat olduğu hesablanmışdır. İş materiallarında olan X8 qaydalarının pozulması haqqında aktdan görünür ki, İddiaçı ümumilikdə 486 manat borc hesablanmışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdehnə borcunun silinməsi tələbinə dair iddiası təmin edilməlidir. Məhkəmə bununla bağlı qeyd edir ki, qanunla və qaz istismarı qaydalarına uyğun olaraq İddiaçı istifadə etdiyi qazın sərfiyyatını hesablayan sayğacın mühafizəsini həyata keçirmək öhdəliyi daşımadığından, həmin sayğacın kənar müdaxilələrdən qorunması, həmçinin sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni iş üzrə cavabdeh olan Cavabdeh İB X10 Sahəsi daşıdığından mübahisələndirilən akt üzrə müdaxilə olunması iddia olunan qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə iddiaçı məsuliyyət daşıya və buna görə hər hansı zərər əvəzinin ödənilməsi ondan tələb edilə bilməz. Bundan əlavə məhkəmədə cavabdehin nümayəndəsi etirazının əsaslarını sübut edə bilməmiş və sayğacın İddiaçı tərəfindən müdaxilə edilməsini təsdiq edə biləcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalıdır. "Qazdan istifadə Qaydaları"nın 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. "Qazdan istifadə Qaydaları"nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Ona görə də məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarına istinad edərək hesab edir ki, İddiaçı Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən mənzilə quraşdırılmış təbii qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə heç bir məsuliyyət daşımağından 486 manat məbləğində hesablanmış borc silinməlidir. Bundan başqa Cavabdeh tərəfindən itirilmiş qazın bərpası üçün xx xxxx 2019-cu il tarixli, ******* №-li akt əsasında abonentə 486 manat məbləğ hesabladığından,yuxarıda qeyd olunan hüquqi mövqeyə görə həmin məbləğin mövcud qanunvericiliyə uyğun hesablanmaması nəticəsinə gəlindiyindən, məhkəmə sözügedən aktı da əsassız hesab edərək ləğv edilməsi nəticəsinə gəlir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı məxsus Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən yaşayış evinə əsassız olaraq hesablanmış 486 manat borc Cavabdeh İB tərəfindən silinsin və xx xxxx 2019-cu il tarixli, ******* №-li akt ləğv edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №2(012)-3169/2020
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3169/2020
20.11.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver