Məhkəmə qərarları › İş №2(012)-3174/2020

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-3174/2020

16.09.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-3174/2020 16.09.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ HakimMəmmədovElmanTofiqoğlununsədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, Cavabdeh X1 iştirakı ilə, İddiaçı cavabdehlər Əbdürrəhmanov Hökmalı Əbilhəsən oğlu və X2 qarşı “qanunsuz tikilinin sökülməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdehlər Əbdürrəhmanov Hökmalı Əbilhəsən oğlunun və X1 mülkiyyətində olmaqla Abşeron rayonu Pirəküşkül kəndi ərazisində yerləşən hər biri 0,10 ha olan torpaq sahəsində inşa olunmuş qanunsuz tikililərin cavabdehlərin hesabına sökülərək torpağın əvvəlki vəziyyətinə gətirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclası xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərinə təyin edilmiş, tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı heç bir iclasa gəlməmiş, cavabdehlərdən biri isə sonuncu iclasa gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.7-ci maddəsinin tələbinə görə işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Azərbaycan Respublikası MPM-nin 260.1-ci maddəsinə görə iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263, 264, 266-269cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçının cavabdehlər Əbdürrəhmanov Hökmalı Əbilhəsən oğlu və X3-nə qarşı “qanunsuz tikilinin sökülməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki iş baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar