Məhkəmə qərarları › İş №2(012)-3199/2025

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-3199/2025

24.04.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-3199/2025 24.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Məmmədov Elman Tofiq oğlu, İddiaçı cavabdehlər Cavabdeh1, X2, Cavabdeh2, Cavabdeh3, Bakı şəhəri 31 saylı Dövlət Notariat Kontoru və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Abşeron Rayon 2 saylı Dövlət Notariat Ofisinə qarşı «torpaq sahəsinə dair etibarnamənin və icarə hüquqlarının alqı-satqı müqaviləsinin ləğv edilməsi və etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, X2, Cavabdeh2, Cavabdeh3, Bakı şəhəri 31 saylı Dövlət Notariat Kontoru və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Abşeron Rayon 2 saylı Dövlət Notariat Ofisinə qarşı «torpaq sahəsinə dair etibarnamənin və icarə hüquqlarının alqı-satqı müqaviləsinin ləğv edilməsi və etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, daxil olmuş mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsində qeyd edilmişdir ki, ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Məhkəmə hesab edir ki, iddia ərizəsinin “xahiş edirəm” hissəsini təşkil edən məlumatların dairəsi elə olmalıdır ki, onlar iddianın predmetini, yəni iddiaçının cavabdehlərə qarşı konkret hüquqi tələbini və yaxud əsasını müəyyənləşdirməyə imkan versin. İddia tələbindən göründüyü kimi İddiaçı onun icarəsində olan Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən 0,70 ha torpaq sahəsinə dair Cavabdeh1 və Cavabdeh3 vermiş olduğu xx.xx.2022-ci il tarixli, 7E-788 reyestr nömrəli etibarnamənin və həmin tarixdə Cavabdeh3 ilə Cavabdeh1 arasında bağlanmış 3M-180 reyestr nömrəli torpaq sahəsinin icarə hüquqlarının alqısatqı müqaviləsinin ləğv edilməsi ilə yanaşı qeyd edilən sənədlərin etibarsız hesab edilməsini də xahiş etmiş, bununla da bir-biri ilə əlaqəsi olmayan hüquqi nəticələrə səbəb olan tələbləri birləşdirərək iddia ərizəsinin xahiş hissəsini düzgün tərtib etməməklə və tələbini aydın və konkret ifadə etməməklə MPM-in 149.2.3-cü maddəsinin tələbinə riayət etməmişdir. Ona görə də məhkəmə yuxarıda qeyd olunanları iddiaçı tərəfindən iddia ərizəsinin məzmununa riayət edilməməsi kimi qiymətləndirərək və Azərbaycan Respublikası MPM-in 152.1.1ci maddəsinə istinad edərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, X2, Cavabdeh2, Cavabdeh3, Bakı şəhəri 31 saylı Dövlət Notariat Kontoru və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Abşeron Rayon 2 saylı Dövlət Notariat Ofisinə qarşı «torpaq sahəsinə dair etibarnamənin və icarə hüquqlarının alqı-satqı müqaviləsinin ləğv edilməsi və etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Azərbayçan Respublikası MPM-in 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-in 152.4-cü əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Bundan əlavə iş materiallarında olan xx.xx.2025-ci il tarixli, 28455 nömrəli qəbzdən görünür ki, Abbasov X1 Rayon Məhkəməsinə iddia ərizəsi verilməsi üçün 100 (yüz) manat məbləğində dövlət rüsumunu "xxxx" ASC vasitəsilə xx.xx.2025-ci ildə, saat 15:35-də Dövlət Büdcəsinə ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, dövlət rüsumu geri qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu geri qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263, 264-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1, X2, Cavabdeh2, Cavabdeh3, Bakı şəhəri 31 saylı Dövlət Notariat Kontoru və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Abşeron Rayon 2 saylı Dövlət Notariat Ofisinə qarşı «torpaq sahəsinə dair etibarnamənin və icarə hüquqlarının alqı-satqı müqaviləsinin ləğv edilməsi və etibarsız hesab edilməsi» tələbinə dair iddia əriəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, X2, Cavabdeh2, Cavabdeh3, Bakı şəhəri 31 saylı Dövlət Notariat Kontoru və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Abşeron Rayon 2 saylı Dövlət Notariat Ofisinə qarşı «torpaq sahəsinə dair etibarnamənin və icarə hüquqlarının alqı-satqı müqaviləsinin ləğv edilməsi və etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi barədə 2(012)- 3199/2025 saylı mülki iş üzrə "xxxx" ASC vasitəsilə xx.xx.2025-ci il tarixli, 28455 nömrəli qəbzdən ödəmiş olduğu 100 (yüz) manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən İddiaçı qaytarılsın. Qərardadın dövlət rüsumunun qaytarılması hissəsinin icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Abşeron Rayon Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar