Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-32/2024 18.03.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın dəyərinin 1/2 hisəsinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh, Bağçalı Evlər MTK-ya, Qurtuluş-93 Yaşayış Kompleksi MMC-yə və X5 qarşı müqavilənin etibarsız hesab edilməsi və birgə nikah dövründə əldə edilmiş əmlakda payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayonu, Masazır kəndi İstiqlaliyyət küçəsi 6 saylı evin 36 saylı mənzilinin özgəninkiləşdirilməsinə dair müqavilənin etibarsız sayılması və həmin mənzilə dair İddiaçı ilə Cavabdeh ½ hissədə paylarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, iş üzrə Cavabdeh ilə 05 may 2010-cu il tarixdə nikaha daxil olmuşdu. Birgə nikahlarından 07 sentyabr 2010-cu il təvəllüdlü X11 və 16 oktyabr 2014-cü il təvəllüdlü X14 doğulmuşdur. Cavabdehlə birgə nikahda olduqları müddətdə Abşeron rayonu Masazır kəndi İstiqlaliyyət küçəsi 6 saylı evin 36 saylı mənzilini cavabdeh MTK-dan satın almışlar. Həmin mənziiin çıxarışı olmamışdır. Bir neçə ay bundan əvvəl ona məlum olmuşdur ki, Cavabdeh qeyd edilən mənzili onun razılığı olmadan özgəninkiləşdirmişdir. Cavabdeh MTK isə qanunvericiliyin tələblərini pozaraq həmin mənzili digər şəxsin adına rəsmiləşdirmişdir. Abşeron rayonu Masazır kəndi İstiqlaliyyət küçəsi 6 saylı evin 36 saylı mənzilinin özgəninkiləşdirilməsinə dair müqavilənin etibarsız sayılması və Abşeron rayonu Masazır kəndi İstiqlaliyyət küçəsi 6 saylı evin 36 saylı mənzilə dair İddiaçı və Cavabdeh 1/2 hissədə paylarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi zəruridir. Cavabdeh onunla olan ailə münasibətlərinin pozulmasından və həmin mənzildə faktiki yaşamadığından sui-istifadə edərək mənzili başaqa şəxsə satmışdır. İşin faktiki hallarına əsasən Cavabdeh iş üzrə digər cavabdehlərlə qanunsuz əlaqələrə girərək birgə nikah dövründə əldə edilmiş mənzilin özgəninkiləşdirilməsinə nail olmuşlar. Bu səbəbdən də mənzilin özgəninkiləşdirilməsi barədə müqavilə etibarsız sayılmalı və mənzil üzərində tərəflərin payları müəyyən edilməlidir. Daha sonra İddiaçı nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, mübahisə predmeti olan mənzilin X2 səbəbindən həmin şəxsin də cavabdeh qismində cəlb olunmasını məhkəmədən xahiş etmiş, X15 cavabdeh qismində cəlb olunmuşdur. Daha sonra İddiaçı nümayəndəsi və vəkili Vəkil Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu Masazır kəndi İstiqlaliyyət küçəsi 6 saylı evin 36 saylı mənzilinin hazırki bazar dəyərinin yarısının Cavabdeh alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh iştirak etdiyi əvvəlki məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, həmin mənzilin onun atası tərəfindən atasının müalicəsi üçün X1, mənzilin hansı qiymətə satılmasından məlumatının olmadığını, həmçinin sözügedən mənzilin onun atası tərəfindən müvəqqəti olaraq yaşamaq üçün onlara verdiyini bildirərək, iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5. maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının vəkili və nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən, müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 89.1-ci maddəsinə əsasən yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd materialıdır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -AZ-T № 036800 olan nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ilə X16 arasında xx.xx.2010-cu il tarixdə 469 № ilə rəsmi nikah qeydə alınmışdır. -"xxxx" MTK tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli arayışdan görünür ki, sifarişçi X17 ilə "xxxx" MTK arasında xx.xx.2010-cu il tarixdə müqavilə bağlanmış, həmin müqaviləyə əsasən, Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən, "xxxx" Yaşayış Kompleksində 6 saylı binanın, blok 2, mərtəbə 2, 3 otaqlı, sahəsi 106,8 kv.m olan 36 saylı mənzili almışdır. Sifarişçi mənzilin ümumi dəyərini tamamilə ödəmişdir. -Podratçı "xxxx" MTK ilə sifarişçi Ayşən Həsənova arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqavilənin surətindən görünür ki, sifarişçi Abşeron rayonu, Masazır qəsəbəsi, 1 saylı yaşayış binasının blok 1, 2-ci mərtəbə, 2 otaqlı, ümumi sahəsi 76,5 kv.m olan 9 saylı mənzilini hər kv.m-i 260 manat olmaqla 20000 manata almışdır. - "xxxx" MTK tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli arayışdan görünür ki, Ayşən Həsənova ilə MTK arasında xx.xx.2012-ci il tarixdə müqavilə imzalanmış və sifarişçi MTKya Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən MTK-ya məxsus yaşayış kompleksində mənzil 1, blok 1, ümumi sahəsi 76.5 kv.m olan 9 saylı mənzili almış, mənzilin ümumi dəyərini tamamilə ödəmiş, MTK-ya borcu qalmamışdır. -X10 "xxxx" MTK-ya ünvanladığı xx.xx.2013-cü il tarixli ərizəsindən görünür ki, o, ünvan 1 ünvanında yerləşən, blok 1, mərtəbə 2, ümumi sahəsi 76.5 kv.m olan, 2 otaqlı 9 saylı mənzilin X12 adına sənədləşməsinə, dəyişməsinə razılıq vermiş, eyni zamanda onun payçılıqdan azad edilməsini xahiş etmişdir. -Abşeron Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2013-cü il tarixli, 3010 nömrəli orderinin surətindən görünür ki, X10 Abşeron rayonu, Masazır qəsəbəsi, İstiqlaliyyət küçəsi 6 saylı evin blok 2, mərtəbə 2-də yerləşən, ümumi sahəsi 106,8 kv.m, yaşayış sahəsi 63,3 kv.m və köməkçi sahəsi 43,5 kv.m olan, 3 otaqdan ibarət 36 saylı mənzilinə yiyələnmək hüququ vardır. Ailə tərkibi X16. Əsas: Abşeron Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2013-cü il tarixli, 792 saylı Sərəncamı. -Sumqayıt “Asan Xidmət” Mərkəzi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır. -Abşeron rayon 2 saylı Notariat Ofisində xx.xx.2020-ci il tarixdə, 8İ-170 reyestr nömrə ilə təsdiq edilmiş ərizədən görünür ki, Abşeron rayonu, Masazır kəndi, İstiqlaliyyət küçəsi 6 saylı evin 36 saylı mənzilində qeydiyyatda olan Cavabdeh "xxxx" MTK-nın inşa etdiyi binada adına olan, Abşeron rayonu, Masazır qəsəbəsi, İstiqlaliyyət küçəsi 6 saylı evin blok 2, mərtəbə 2-də yerləşən, ümumi sahəsi 106,8 kv.m, yaşayış sahəsi 63,3 kv.m və köməkçi sahəsi 43,5 kv.m olan, 3 otaqdan ibarət 36 saylı mənzilindən və pay hüququndan imtina etmiş, həmin pay hüquqlarının X7 adına keçirilməsinə (dəyişdirilməsinə) etirazının olmadığını, razı olduğunu, gələcəkdə göstərilən mənzil barəsində alıcı və "xxxx" MTK-ya qarşı heç bir iddiasının olmayacağını, hər hansı bir mübahisə yaranarsa şəxsən özünün cavabdehlik daşıyacağını bildirmişdir. -"xxxx" MTK tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışdan görünür ki, payçı X15 ilə "xxxx" MTK arasında xx.xx.2020-ci il tarixdə müqavilə bağlanmış, həmin tarixdən payçı MTK-ya üzv olmuş, payçı Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən, "xxxx" Yaşayış Kompleksində 6 saylı binanın, blok 2, mərtəbə 2, 3 otaqlı, sahəsi 106,8 kv.m olan 36 saylı mənzilini almışdır. Payçı mənzilin ümumi dəyərini tamamilə ödəmişdir. -"xxxx" MTK-nın məhkəməyə ünvanladığı xx.xx.2021-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Həsənova (Məmmədova) Ayşənin atası Əkbər Həsənov 2006-cı ildən "xxxx" MTK-da işləmiş, həmin işlədiyi dövrdə şirkət tərəfindən ona mənzil verilmiş, Əkbər Həsənov isə həmin mənzili qızı Həsənova (Məmmədova) Ayşənin adına yazdırmışdır. Həmin mənzil xx.xx.2010-cu ildə verilmiş, X16 "xxxx" MTK-da yerləşən 1 saylı binanın 2-ci mərtəbəsində, 2 otaqlı, 76.5 kv.m olan mənzili əldə etmiş, sonradan həmin mənzili sataraq başqa binadan, yəni 6 saylı binanın 36 saylı mənzilini əldə etmişdir. -Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-453/2022 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında Nizami rayon Qeydiyyat Şöbəsində bağlanmış 05 may 2010-cu il tarixli, 468 saylı nikahın pozulması, xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X8 anaları Cavabdeh yanında qalmaları qət edilmişdir. İşin məhkəmə iclasında araşdırılması zamanı İddiaçı cavabdehlər Cavabdeh, Bağçalı Evlər MTK-ya, Qurtuluş-93 Yaşayış Kompleksi MMC-yə, X5 və X9 qarşı müqavilənin etibarsız hesab edilməsi və birgə nikah dövründə əldə edilmiş əmlakda payların müəyyən edilməsi tələbinə dair mülki iş üzrə, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə mülki iş üzrə mənzilin qiymətləndirilməsinə dair mütəxəssis rəyinin alınması təyin edilmişdir. «X20 Mərkəzi» MMC-dən alınmış xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən müəyyən edilmişdir ki, Abşeron rayonu, Masazır kəndi, İstiqlaliyyət küçəsi 6 saylı evdə yerləşən, 3 otaqlı, 106,8 kv.m sahədən ibarət 36 saylı mənzilin qiymətləndirmə tarixinə bazar dəyəri 114300 (yüz on dörd min üç yüz) manat, likvid dəyəri isə 91000 (doxsan bir min) manat təşkil edir. Rəydən daha sonra görünür ki, aparılmış tədqiqatın dəyəri 300 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 101.3. maddəsində göstərilir ki, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ilə xx.xx.2010-cu il tarixdə rəsmi nikaha girməklə ailə həyatı qurmuşlar, rəsmi nikahda olduqları dövrdə onlar iddiaçının iddia ərizəsində qeyd etdiyi Abşeron rayonu, Masazır kəndi, İstiqlaliyyət küçəsi 6 saylı evin 36 saylı mənzilini əldə etmişlər. Mübahisəli mənzil Abşeron Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2013-cü il tarixli Sərəncamına əsasən, həmin tarixdə 3010 saylı orderlə Həsənova (Məmmədova) Ayşən Əkbər qızının adına rəsmiləşdirilmişdir. Tərəflər arasındakı nikah Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnamısi ilə pozulmuşdur. Nikah pozulmamışdan əvvəl, yəni 16 yanvar 2020-ci il tarixdə Cavabdeh həmin mənzili X3. Hazırda İddiaçı Abşeron rayonu, Masazır kəndi, İstiqlaliyyət küçəsində yerləşən 6 saylı evin 36 saylı mənzili birgə nikah dövründə əldə edildiyindən, həmin mənzilin hazırkı bazar dəyərinin yarısının cavabdehdən alınaraq ona ödənilməsi barədə iddiasının təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı isə iddianı qəbul etməmişdir. Məhkəmə iddia tələbi barədə qeyd edir ki, tərəflərin birgə nikah dövründə Abşeron rayonu, Masazır kəndi İstiqlaliyyət küçəsi 6 saylı evin 36 saylı mənzilini əldə etmələri araşdırılmış sübutlarla öz təsdiqini tapır. Belə ki, tərəflər xx.xx.2010-cu il tarixdə 469 № ilə rəsmi nikaha daxil omuşlar. 2013-cüil tarixdə isə cavabdeh X4 rayonu, Masazır qəsəbəsi, İstiqlaliyyət küçəsi 6 saylı evin blok 2, mərtəbə 2-də yerləşən, ümumi sahəsi 106,8 kv.m, yaşayış sahəsi 63,3 kv.m və köməkçi sahəsi 43,5 kv.m olan, 3 otaqdan ibarət 36 saylı mənzili almışdır. İddia tələbində birgə nikah dövründə əldə edilmiş mübahisəli mənzilin hazırkı vaxtda bazar qiymətinin müəyyən edilməsi üçün məhkəmə mənzilin qiymətləndirilməsi qərarına gəlmiş və mütəxəssis rəyi alınmışdır. İşdə olan «X20 Mərkəzi» MMC-nin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, ünvan 4 ünvanında yerləşən, 3 otaqlı, 106,8 kv.m sahədən ibarət 36 saylı mənzilin qiymətləndirmə tarixinə bazar qiyməti 114300 manat, likvid dəyəri isə 91000 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə mütəxəssis rəyinin daha obyektiv, qərəzsiz olduğu qənaətinə gələrək Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən qiymətləndirib sübut kimi qəbul edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən də, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s.kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə aiddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci maddəsinə əsasən ər-arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Məhkəmə, işin məhkəmə iclasında müəyyən edilən hallarına əsasən belə qənaətə gəlir ki, iddia tələbinin qanuni əsası kimi Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 37.1. və 37.2. maddələri götürülməlidir. Belə ki, qeyd edilən maddələrin tələbinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir, lakin ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzrsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Cavabdeh izahatında tərəflə birgə nikah dövründə əldə olunmuş mənzilin yaşamaq üçün atası tərəfindən müvəqqəti olaraq onlara verildiyini, həmçinin həmin mənzilin onun atası tərəfindən satıldığını və mənzilin satışından əldə olunmuş məbləğin nə qədər təşkil etməsindən məlumatının olmamasını bildirsə də, bununla bağlı məhkəməyə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1. maddəsinə əsasən hər hansı sübutlar təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə təqdim edilmiş sübutlara məcmu halda qiymət verərək, qanunvericiliyin tələblərini rəhbər tutaraq bu nəticəyə gəlir ki, iddiaçının iddia tələbi əsaslı olduğundan təmin edilməli, Abşeron rayonu, Masazır kəndi, İstiqlaliyyət küçəsi 6 saylı evin 36 saylı mənzili birgə nikah dövründə əldə edildiyindən birgə nikah dövründə əldə olunmuş əmlak hesab edilməli, ekspert rəyi əsas götürülməklə likvid dəyəri 91000.00 manat məbləğində qiymətəndirilməklə həmin vəsaitin ½ hissəsi olan 45500 (qırx beş min beş yüz) manat vəsait Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Mülki Prosessual Məcəllənin:
107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarına istinad edərək qeyd edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə əmlakın qiymətləndirilməsinə dair mütəxəssis rəyinin dəyəri olan 300 manat pul cavabdehdən tutularaq «X20 Mərkəzi» MMC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia təmin edilsin. Abşeron rayonu, Masazır kəndi İstiqlaliyyət küçəsi 6 saylı evin 36 saylı mənzilinin likvid dəyəri 91000 (doxsan bir min) manat müəyyən edilsin və həmin məbləğin 1/2 (ikidə bir) hissəsi olan 45500 (qırx beş min beş yüz) manat pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Aparılmış mütəxəssis rəyinin dəyəri olan 300 manat pul Cavabdeh tutularaq «X20 Mərkəzi» MMC-nin AZ75PAHA40060AZNHC********** hesabına ödənilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Habil Əhmədov