Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3210/2021 26.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı cərimə pulunun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə 26 iyul 2021-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı cərimə pulunun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən ünvan 1 ünvanına quraşdırılmış sayğaca görə qanunsuz olaraq ona hesablanmış 399,60 manat cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında İddiaçı adına olan **********02250 saylı qaz sayğacından istifadə edir. 29.11.2019-cu il tarixdə “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akt tərtib edilmiş və 399,60 manat dəymiş ziyana görə cərimə hesablanmışdır. Həmin akta əsasən sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edildiyi aşkarlanmışdır. Buna dair həmçinin, fotoşəkillər də çəkilərək akta əlavə edilmişdir. Sözügedən akt qanunsuz və əsassız olaraq tərtib edilmişdir. Belə ki, həmin şəkillər iddiaçının adına olan qaz sayğacına aid deyil, sözügedən aktın həmin qaz sayğacına aidiyyatı yoxdur. Belə problem bir dəfə baş vermiş və iddiaçı müraciət etdikdən sonra əsassız yazılan cərimə pulu silinmişdir. Bununla bağlı Bakı Regional Qazın Satışı Departamenti tərəfindən inventar akt da tərtib olunmuşdur. İnventar aktda **********02250 nömrəli abonent kodu olan qaz sayğacına baxış keçilən zaman sayğacdan kənar xətt aşkarlanmadığı və fotoşəkillərin ünvana aid olmadığı öz təsdiqini tapmışdır. Bu səbəbdən də “Azəriqaz” İstehsalat Birliyi tərəfindən qanunsuz olaraq tərtib edilmiş 29.11.2019-cu il tarixli ******* saylı akt “Azəriqaz” İstehsalat Birliyi tərəfindən ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənləri təsdiq edərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyib izahatında bildirdi ki, İddiaçı tərəfindən Abşeron rayonu Hökməli qəsəbəsində yaşadığı evdə qaz sayğacından kənar istifadə edilməsi aşkar olunduğundan “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən əsaslı olaraq 29 noyabr 2019-cu il tarixli ******* saylı akt tərtib edilmiş və həmin akta əsasən hesablanmış 399,60 manat borc hesablanmışdır. İddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin materiallarını araşdrıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan “Azəriqaz” İstehsalat Birliyi ilə İddiaçı arasında bağlanmış 30.08.2017-ci il tarixli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə» müqavilənin 2.3.2, 2.3.3 və 2.3.4-cü bəndlərində göstərilmişdir ki, bu Müqavilənin və “Qazdan istifadə Qaydaları”nın, qaz qurğularına dair lahiyə və istismar sənədlərinin tələblərinə, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində “paylayıcı”ya dəymiş zərərin əvəzini ödəmək “istehlakçı”nın vəzifəsidir. Mülki işin materiallarından olan 29.11.2019-cu il tarixli, ******* saylı aktdan müəyyən edilir ki, 29.11.2019-cu il tarixdə “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən İddiaçı məxsus ünvanda (abonenti kodu **********02250) təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış, baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edildiyi aşkar edilmişdir, bununla əlaqədar olaraq 29.11.2019-cu il tarixli, ******* saylı akt tərtib olunmuşdur. Dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir. İstehlakçı İddiaçı həmin aktı imzalamaqdan imtina etmişdir. Mülki işin materiallarında olan dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, 29.11.2019-cu il tarixli ******* saylı akta əsasən cavabdehə 1,2 m3/saat x 6 saat x 90 gün = 648 m3, 1,5 m3/saat x 8 saat x 90 gün = 1080 m3, 1,4 m3/saat x 18 saat x 90 gün = 2268 m3, cəmi 3996 m3 (399,60 manat) əlavə ödəniş hesablanmışdır. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. “Qaz təchizatı haqqında Azərbaycan Respublikası qanununun 13-cü maddəsinin 6-cı bəndində göstərilir ki, qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 4.2-ci maddəsinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin qaydaların Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 6.7-ci maddəsinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna 4 olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından görünür ki, iddiaçı barəsində tərtib olunan akt birtərəfli tərtib olunmuş, istehlakçının iştirakı təmin edilməmişdir. Tərtib olunan aktın həqiqiliyini iddiaçı mübahisələndirir. Cavabdeh isə aktın mötəbərliyini təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin, işin materiallarından göründüyü kimi abunə kodu **********02250 olan ünvan üzrə qazdan istifadəyə görə 2019-cu il tarix üçün 399,60 manat cərimə borcu vardır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı yaşadığı ünvan 2i ünvanına adi qaz sayğacına (abonent kodu **********02250) dair hesablanmış 2019-cu il tarix üçün 399,60 manat cərimə borcu əsassız hesab edilib silinməli, iddia tələbi təmin edilməlidir. İddia təmin edildiyindən iddiaçının ödəməkdən azad edildiyi 20 manat məbləğində dövlət rüsumuna görə pul cavabdeh “Azəriqaz” İstehsalat Birliyindən dövlət büdcəsinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı yaşadığı Abşeron rayonu, Hökməli qəsəbəsi ünvanına aid qaz sayğacına (abonent kodu **********02250) dair hesablanmış 399,60 manat cərimə borcu silinsin. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyindən dövlət rüsumuna görə 20 manat tutulub dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-3210/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3210/2021
26.07.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver