Məhkəmə qərarları › İş №2(012)-3212/2020

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-3212/2020

07.08.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-3212/2020 07.08.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Cəmilə İbrahim qızı Səfiyeva İddiaçı cavabdeh DİN-nin BDYPİ-ə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair ərizəsinə xx xxxxxx 2020-ci il tarixdə, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı cavabdeh DİN-nin BDYPİ-ə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Hyundai Tucson”markalı avtomobilə dair cavabdeh tərəfindən bağlanmış xx.xx.2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edirəm ki, ərizəçinin xahişi üzrə iddia ərizəsi qanunla müəyyən edilən forma və məzmunda tərtib edilmədiyindən iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçının mübahisələndirdiyi avtomobili X1 Rövşən Çingiz oğluna satmışdır. Məlum olduğu kimi avtomobillərin özgəninkiləşdirilməsi müqavilələri DİN-nin BDYPİ tərəfindən qeydə alınır. Göründüyü kimi, iddiaçının cavabdeh kimi qoyduğu DİNnin BDYPİ müqavilə tərəfi deyildir. Hazırkı halda iddiaçının X3 ilə Ələkbərov Rövşən Çingiz oğlu arasında mübahisəli avtomobilə dair bağlanan alqı-satqı müqaviləsini mübahisələndirmək hüququ olduğundan onun iddia ərizəsində cavabdeh kimi də X3 və Ələkbərov Rövşən Çingiz oğlu qeyd edilməlidir. MPM-nin 149.2.3 maddəsinə görə iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə qarşı yönəldikdə isə onların hər birinə qarşı olan tələblər göstərilməlidir. Ona görə də, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalı, qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra iddia ərizəsi üzrə aidiyyatı məhkəməyə müraciət etməsi ərizəçiyə izah olunmalıdır. Göstərilənlərə əsasən və MPM-nin 263,264 və 268-ci maddəsinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı cavabdeh DİN-nin BDYPİ-ə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qayatrılsın. Göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək olar. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: C.İ.Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar