Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-3215/2024 03.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, İddiaçı Cavabdeh ASC-yə qarşı qanunsuz hesablanmış borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işi nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı qanunsuz hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət etmişdir. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-2818/2024 saylı qərardadı ilə mülki iş baxılması üçün aidiyyətı üzrə Abşeron rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında mülki işin aidiyyətla göndərilməsinə əsas kimi Cavabdeh ASC-nin verdiyi vəsatətə, İddiaçı məhkəmə iclasında verdiyi izahata və MPM-nin 40.1 və 44.2.2-ci maddələrinə istinad edilmişdir. Cavabdeh vəsatətində cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə borc hesablandığı, həmin ərazinin Abşeron rayon Saray bağları olduğu üçün mülki işin baxılması üçün Abşeron rayon Məhkəməsinə göndərilməsini xahiş etmiş, iddiaçı izahatında cavabdehin vəsatətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Sumqayıt şəhər Məhkəməsinin mülki işin aidiyyətlə baxılması üçün Abşeron rayon məhkəməsinə göndərməsi aidiyyətlə bağlı fikir ayrılığı yaratdığından işin hansı məhkəmədə baxılmasına qiymət verilməsi üçün mülki iş Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarına əlavə olunan Sumqayıt ŞPİ QŞVŞ tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1958-ci il tarixdə Qubadlı rayonu, Məlik-Əhmədli kəndində anadan olmuş, İddiaçı Sumqayıt şəhəri, MİK-9, ev 38A, mənzil 43-də qeydiyyatdadır. İddiaçı hüquqlarının müdafiəsi üçün iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət etmişdir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəmə iclasında mülki işin aidiyyəti üzrə göndərilməsi barədə vəsatət qaldırılmamışdır Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 36.9-cu maddəsinə əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Göründüyü kimi iddiaçı qanunun ona verdiyi hüquqdan düzgün istifadə etməklə haqlı olaraq, yaşayış yeri üzrə qeydə alındığı Sumqayıt şəhər Məhkəməsinə iddia ərizəsi vermişdir. İddaçı qanunun ona verdiyi hüququndan istifadə edərək özünün yaşayış yeri üzrə ona yaxın olan Məhkəməyə müraciət etmişdir ki, bu seçim onun birbaşa iradəsinin ifadəsi olduğunu göstərir. Buna baxmayaraq iddia ərizəsinin bu kimi hallar nəzərə alınmayaraq baxılması üçün Abşeron rayon məhkəməsinə göndərilməsi, onsuzda iş yükünün çox olduğu Abşeron rayon Məhkəməsində işlərin süni surətdə çoxalmasına səbəb olmaqla işlərin obyektiv, mükəmməl baxılması keyfiyyətini aşağı salır. Beləliklə belə nəticəyə gəlirəm ki, İddiaçı tərəfindən istehlakçının hüququnun müdafiəsi haqqında verilmiş iddia ərizəsi iddiaçının qeydiyyatda olduğu və yaşadığı yer üzrə Sumqayıt şəhər Məhkəməsinə düzgün olaraq verdiyindən və bununla bağlı məhkəmələr arasında fikir ayrılığı olduğundan, mülki işin aidiyyəti üzrə hansı məhkəmədə baxılmalı olmasını müəyyən etmək üçün mülki iş Sumqayıt Apellyasiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 45.4-ci maddəsinə əsasən, bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apelyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 44, 45, 263- 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddiaçı Cavabdeh ASC-yə qarşı qanunsuz hesablanmış borcun silinməsi tələbinə dair mülki işin aidiyyəti üzrə hansı məhkəmədə baxılmalı olmasını müəyyən etmək üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Sumqayıt Apellyasiya məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-3215/2024
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-3215/2024
03.05.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver