Məhkəmə qərarları › İş №2(012)-3225/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3225/2025

31.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3225/2025 31.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Rzayev Fariz Gündüz oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi) hüquqi əhəmiyyəti olan faktın müəyyən olunmasına dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi) hüquqi əhəmiyyəti olan faktın müəyyən olunmasına dair ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi torpaq sahəsinə dair 14440 reyestr və 387 inventar nömrəli qeydiyyat vəsiqəsinin və həmin nömrəli texniki pasportun mərhum anası X4 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək onunla əsaslandırmışdır ki, o, mərhum anası X3 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi torpaq sahəsi üzərində mərhum anasının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və bu barədə çıxarış verilməsi barədə hazırki iş üzrə maraqlı şəxs olan inzibati orqana müraciət etmişdir. Cavabdeh inzibati orqan isə hüquqların qeydə alınmasından imtina edərək təqdim edilən texniki pasportda hüquq sahibinin ata adına münasibətdə uyğunsuzluq olduğunu qeyd etmişdir. Bundan sonra o həmin inzibati orqana müraciət edərək 14440 reyestr və 387 inventar nömrəli qeydiyyat vəsiqəsində və həmin nömrəli texniki pasportda mərhum anası X3 ata adına münasibətdə olan uyğunsuzluğun aradan qaldırılmasını xahiş etmişdir. Lakin inzibati orqan yenə də müraciətinin təmin edilməsindən imtina edərək xahiş edilən işin onun səlahiyyəti xaricində olduğunu bildirmişdir. Bildirir ki, qeyd edilən uyğunsuzluq aşağıdakından ibarətdir: mərhum anası Hökümə Xalıqovanın ata adı şəxsiyyəti müəyyən edən sənədlərdə Hövsət qızı kimi qeyd edilsə də, 14440 reyestr və 387 inventar nömrəli qeydiyyat vəsiqəsində və həmin nömrəli texniki pasportda yanlış olaraq Əlövsət qızı kimi qeyd edilmişdir. Göstərilən hallara görə o, ərizəçi olaraq ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi torpaq sahəsinə dair qeydiyyat vəsiqəsinin və texniki pasportun mərhum anasına məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Odur ki, göstərilənlərə əsasən ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6. maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2 maddələrinə əsasən işdə iştirak edən şəxslərin izahatları, eləcədə şahidlərin ifadələri sübutların bir növü kimi qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1. maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, məhkəmə, iş materiallarına əlavə olunmuş sənədlərin məhkəmə iclasında tədqiqi zamanı aşağıdakıları müəyyən etmişdir: -Abşeron Rayon VVAQ Şöbəsi tərəfindən verilmiş Xİİİ-ЖГ 489142 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1854-cü ildə anadan olmuşdur. Atası Ərizəçi, anası isə X5r. -Abşeron Rayon VVAQ Şöbəsi tərəfindən verilmiş AZ 037293 saylı ölüm haqqında şəhadətnaməsinin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X8 xx.xx.2002-ci il tarixində vəfat etmişdir. -Azərbaycan Respublikası Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş qeydiyyat vəsiqəsindən və ona uyğun verilmiş texniki pasportdan görünür ki, Abşeron rayonu, Xırdalan qəsəbəsi, Əzizbəyov küçəsi, 2 yaşayış otaqlı, yaşayış sahəsi 30 m2, köməkçi sahəsi 28 m2 olan 15 nömrəli yaşayış evi Abşeron RİH Xırdalan Qəsəbəsi üzrə Nümayəndəsinin 2247 nömrəli xx.xx.1998-ci il tarixli qərarı əsasında 14440 nömrəli reyestr kitabında 387 inventar nömrəsi ilə X2 adına qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsindən xx.xx.2022-ci il tarixdə Ərizəçi ünvanlanmış bildirişdən görünür ki, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən mərhum X6 məxsus fərdi yaşayış evi və.yerləşdiyi 0.0887 ha (faktiki 0.0401 ha) torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 27 iyul 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli müraciətinizə baxılmışdır. Aparılan araşdırma zamanı müraciət üzrə əlavə edilmiş 14440 reyestr və 387 inventar nömrəli texniki pasportda göstərilən hüquq sahibinin ata adına münasibətdə uyğunsuzluq olduğu müəyyən edilmişdir. Bundan başqa sözügedən texniki pasportda göstərilən fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsinin bir hissəsinin yüksək gərginlikli elektrik xəttinin (10 KVT) mühafizə zolağında yerləşdiyi aşkar edilmişdir. Həmçinin təqdim edilmiş sənədlərdə torpaq sahəsi 0.0887 ha göstərilsə də, faktiki vəziyyətdə 0.0401 ha olduğu müəyyən edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-oi maddəsinin müddəalarına əsasən ərizənizin icrasından imtina edilmişdir. Beləliklə məhkəmə iclasında işin araşdırılan hallarına görə müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş qeydiyyat vəsiqəsindən və ona uyğun verilmiş texniki pasportdan göründüyü kimi Abşeron rayonu, Xırdalan qəsəbəsi, Əzizbəyov küçəsi, 2 yaşayış otaqlı, yaşayış sahəsi 30 m2, köməkçi sahəsi 28 m2 olan 15 nömrəli yaşayış evi Abşeron RİH Xırdalan Qəsəbəsi üzrə Nümayəndəsinin 2247 nömrəli xx.xx.1998-ci il tarixli qərarı əsasında 14440 nömrəli reyestr kitabında 387 inventar nömrəsi ilə X2 adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş qeydiyyat vəsiqəsindən və ona uyğun verilmiş texniki pasportda hüquqi sahibi “X7” göstərilməsinə baxmayaraq, Abşeron Rayon VVAQ Şöbəsi tərəfindən verilmiş AZ 037293 saylı ölüm haqqında şəhadətnamədə şəxsin “X8” olduğu müəyyən edilmiş, bu səbəbdən də ərizənin icrası mümkün olmamışdır. Ərizəçi hazırda sənədin mərhum anasına məxsus olması faktının təsdiq olunması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən hallardan məlum olmuşdur ki, Azərbaycan Respublikası Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş qeydiyyat vəsiqəsindən və ona uyğun verilmiş texniki pasportda mülkiyyəçi “X7” kimi göstərilmişdir. Lakin Abşeron Rayon VVAQ Şöbəsi tərəfindən verilmiş AZ 037293 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, ərizəçinin soyadı, adı və ata adı X1 göstərilmişdir. Göründüyü kimi qeydiyyat vəsiqəsində və ona uyğun verilmiş texniki pasportda Xalıqova Hökümənin ata adı Əlövsət olaraq göstərilsə də ərizəçinin doğum haqqında şəhadətnamədən, mərhumənin ölüm haqqında şəhadətnaməsindən məlum olur ki, qeydiyyat vəsiqəsində Xalıqova Hökümənin ata adı yazılarkən şəxsiyyəti təsdiq edən sənədə əsasən Hövsət deyil, səhvən Əlövsət kimi yazılmışdır. Ona görə də, Xalıqova Hökümənin ölüm haqqında şəhadətnaməsində və doğum haqqında şəhadətnaməsinin surətində onun ata adı Hövsət olduğu öz təsdiqini tapdığından, X2 X8 ilə eyni şəxs olması faktını tam olaraq təsdiqlənir. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş Abşeron RİH Xırdalan Qəsəbəsi üzrə Nümayəndəsinin 2247 nömrəli xx.xx.1998-ci il tarixli qərarı ilə Abşeron rayonu, Xırdalan qəsəbəsi, Əzizbəyov küçəsi, 2 yaşayış otaqlı, yaşayış sahəsi 30 m2, köməkçi sahəsi 28 m2 olan 15 nömrəli yaşayış evini tikmək üçün ayrılmış, 14440 nömrəli reyestr kitabında 387 inventar nömrəsi ilə ilə uçota alınmış qeydiyyat vəsiqəsində hüquq sahibi kimi göstərilən “X7” Abşeron Rayon VVAQ Şöbəsi tərəfindən verilmiş AZ 037293 saylı ölüm haqqında şəhadətnaməsinə uyğun olaraq “X8” ilə eyni şəxs olduğundan, həmin sənədin X4 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların müvcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsində göstərilir ki, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4. maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Azərbaycan Respublikası Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş Abşeron RİH Xırdalan Qəsəbəsi üzrə Nümayəndəsinin 2247 nömrəli xx.xx.1998-ci il tarixli qərarı ilə Abşeron rayonu, Xırdalan qəsəbəsi, Əzizbəyov küçəsi, 2 yaşayış otaqlı, yaşayış sahəsi 30 m2, köməkçi sahəsi 28 m2 olan 15 nömrəli yaşayış evini tikmək üçün ayrılmış, 14440 nömrəli reyestr kitabında 387 inventar nömrəsi ilə uçota alınmış qeydiyyat vəsiqəsində və ona uyğun verilmiş texniki pasportda hüquq sahibi kimi göstərilən “X7” Abşeron Rayon VVAQ Şöbəsi tərəfindən verilmiş AZ 037293 saylı ölüm haqqında şəhadətnaməsinə uyğun olaraq “X8” ilə eyni şəxs olduğundan, həmin sənədlərin X4 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar