Məhkəmə qərarları › İş №2(012)-3227/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3227/2025

05.08.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3227/2025 05.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «borcun silinməsi» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli, ******* saylı və xx.xx.2018-ci il tarixli, ******* saylı aktların etibarsız hesab edilməsi, həmin aktlar əsasında qanunsuz və əsassız olaraq hesablanmış 1871,4 manat pulun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Miriyev küçəsi, ev 1 (keçmiş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi onun mülkiyyətindədir. Həmin fərdi yaşayış evi əvvəllər onun qaynanası X1 mülkiyyətində olmuş, onun vəfatından sonra onun mülkiyyətinə keçmişdir. Fərdi yaşayış evi 2009-cu ildən əldə edilmişdir. 2016-cı ildən hazırki günədək də həmin fərdi yaşayış evində yaşayış yoxdur. Arada bir evin vəziyyətini yoxlamaq üçün evə gediş-gəliş olur. Evi onun adına rəsmiləşdirdikdən sonra kommunal xidmətlərə dair müqavilələri də öz adına rəsmiləşdirmək üçün Asan Kommunal xidmətinə müraciət etmişdir. O zaman ona bildirilmişdir ki, Cavabdeh tərəfindən tərtib edilmiş, 2018-ci ildən qalma 3 akt vardır və həmin aktlar əsasında guya sayğacdan kənar istifadə faktı olduğundan sayğaca cərimə hesablanmışdır. Ona təqdim edilmiş abonent saldosu, aktlar və itirilmiş qazın hesablanması barədə tələbnamədən belə görünür ki, 2018-ci ildə 3 dəfə - yanvar, fevral və aprel aylarında guya onun iştirakı ilə fərdi yaşayış evinə baxış keçirilib sayğacdan kənar istifadə aşkarlanmış və guya aktı imzalamaqdan imtina etmişdir. Sual yaranır ki, 1 evdə, xüsusən də evdə yaşayış yoxdursa, ardıcıl 3 dəfə necə qazdan qanunsuz istifadə faktı mövcud ola bilər? O, heç vaxt qazdan, sudan və ya enerjidən qeyri-qanuni istifadə hallarına yol verməmişdir. Lakin cavabdehin nümayəndələri ondan fərdi yaşayış evinin həmin dövrdə mülkiyyətçisi olmuş mərhum qaynanası Ofelya Həsənzadədən və onun ailə üzvlərindən xəbərsiz naməlum şəraitdə ona 3 dəfə olmaqla, ümumilikdə, 1871,40 manat məbləğində borc hesablamışdır. Bu barədə 2025-ci ilin aprel ayında cavabdeh qurumun əməkdaşları ona məlumat vermiş, ondan xəbərsiz və qanunsuz olaraq tərtib edilmiş akt və abonentin saldosunu əldə etmişdir. Tərtib olunmuş sənədlərə baxdıqda da hesablanmış borcun qanunsuz olması öz təsdiqini tapır. Təqdim edilmiş, xx.xx.2018-ci il tarixli, ******* saylı və xx.xx.2018-ci il tarixli, ******* saylı aktdan belə xx.xx.2018-ci il tarixli, ******* saylı görünür ki, mülkiyyətçi tərəfindən qazdan qanunsuz, sayğacdan kənar xətt vasitəsilə istifadə edilmiş və müvafiq olaraq 4317 m3, 648 m3 və 4392 m3 həcmində ziyan dəymişdir. Lakin fərdi yaşayış evində hər hansı bir sayğacdan kənar istifadə heç vaxt olmamış, ümumiyyətlə, evdə yaşayış olmamışdır. Görünür ki, cavabdeh qurumun əməkdaşları statistika və maaşdan əlavə hədiyyələr almaq üçün bu cür qanunsuzluğa yola vermişdirlər. İlk növbədə qeyd edir ki, akt ondan və onun ailəsindən xəbərsiz tərtib edilmiş, ümumiyyətlə, həmin ərəfələrdə heç vaxt onun sayğacına baxış keçirilməmişdir. Aktdan da görünür ki, ümumiyyətlə, mülkiyyətçi guya akta imza etməkdən imtina etmişdir. Cavabdeh İB tərəfindən tərtib edilmiş 90 faizində istehlakçıların imzadan imtina etməsi, yəqin ki, cavabdehin öz fəaliyyətini xüsusi şərtlərdə yerinə yetirməsi ilə əlaqəlidir. Faktiki olaraq cavabdehin nümayəndələri onun mənzilinə gəlməmiş, hər hansı bir yoxlama aparmamış və öz idarələrində oturaraq belə bir kağız parçası hazırlamışdırlar. Həmin evdə faktiki yaşayış olmadığı halda cavabdeh tərəfindən öz maraqlarına uyğun hansısa qüsur müəyyən edilməsi barədə akt tərtib etmələri heç cür qanunamüvafiq deyildir. Onu da qeyd edir ki, ona məxsus fərdi yaşayış evinə dair quraşdırılmış sayğac evdən kənarda, açıq şəraitdə quraşdırılmış və onun mühafizə imkanlarından kənardadır. Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli, ******* saylı akta əsasən 863,40 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akta əsasən 129,60 manat və xx.xx.2018-ci il tarixli, ******* saylı akta əsasən 878,40 manat cərimə edilmişdir. Bildirir ki, ona qanun pozuntusunun olması barədə SMS şəklində məlumat gəlməmişdir. Həmin evdə yaşamadığına görə orada qaz xidmətindən istifadə edilməmişdir. Onlar qeyd olunan vaxtda orada yaşamamaları barədə icra nümayəndəliyindən arayış almışdırlar. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin cavabdeh şirkətin nümayəndəsi Nadir Yasinov ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddia tələbi qanunsuz və əsassız olduğu üçün rədd olunmalıdır. Bildirir ki, Abşeron rayonu, Xırdalan şəhəri, 30 məhəllə ünvanında yaşayan İddiaçı məxsus sayğaca əməkdaşlar tərəfindən baxış keçirilmiş və yerində “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında“ akt tərtib edilmiş və aktda “Sayğacdan kənar qeyri-qanuni qaz xətti aşkar olunduğu” qeyd olunmuşdur. Belə ki, abonent 2018-ci il ərzində müxtəlif vaxtlarda 3 dəfə sayğacdan kənar xətt çəkərək qazdan qeyri-qanuni istifadə etmişdir. Abonentin sayğacdan kənar qaz xətti istifadə etməsi adi hal almışdır. Belə ki, İddiaçı dəfələrlə sayğacdan kənar qeyri-qanuni qaz xəttindən istifadə etdiyinə görə abonent barəsində bir neçə akt tərtib olunmuşdur. Dövlət əmlakı talanmışdır. Bu faktla bağlı iddiaçıya bildirilmişdir ki, vurulmuş zərər ödənilsin. Lakin hazırkı vaxta kimi iddiaçı dövlətə vurduğu zərəri ödəməmişdir. xx.xx.2018-ci il tarixli, ******* saylı akta əsasən 4317 m3 həcmində itirilmiş qazın bərpasına görə 863,40 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akta əsasən 648 m3 həcmində itirilmiş qazın bərpasına görə 129,60 manat və xx.xx.2018-ci il tarixli, ******* saylı akta əsasən 4392 m3 həcmində itirilmiş qazın bərpasına görə 878,40 manat cərimə hesablanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulmuşdur ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Bütün yuxarıda göstərilənləri nəzərə alaraq o, 2(012)-3227/2025 saylı mülki iş üzrə İddiaçı hesablanmış borcun silinməsi tələbinə dair iddiasının əsassız hesab edilərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdeh şirkətin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 31 yanvar 2018-ci il tarixli, ******* saylı aktdan görünür ki, X2 məxsus (abonent kodu: **********03130) Abşeron rayonu, Hökməli kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış sayğaca baxış keçirilən zaman təbii qazdan sayğacdan kənar istifadə edildiyi aşkar edilmişdir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 28 fevral 2018-ci il tarixli, ******* saylı aktdan görünür ki, X2 məxsus (abonent kodu: **********03130) Abşeron rayonu, Hökməli kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış sayğaca baxış keçirilən zaman abonentin təbii qazdan rezin boru vasitəsilə sayğacdan kənar qeyri-qanuni istifadə etdiyi aşkar edilmişdir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 aprel 2018-ci il tarixli, ******* saylı aktdan görünür ki, X2 məxsus (abonent kodu: **********03130) Abşeron rayonu, Hökməli kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış sayğaca baxış keçirilən zaman abonentin təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən 0,0256 ha torpaq sahəsi üzərində inşa edilmiş ümumi sahəsi 165,40 kv.m olan fərdi yaşayış evi dövlət reyestr xidmətində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə mülkiyyət hüququ üzrə İddiaçı adına dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan 17 aprel 2025-ci il tarixli abonentin saldosundan görünür ki, X2 məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən evə (abonent kodu: **********03130) 31 yanvar 2018-ci il tarixli, ******* saylı akta əsasən 863,40 manat, 28 fevral 2018-ci il tarixli, ******* saylı akta əsasən 129,60 manat və 30 aprel 2018-ci il tarixli, ******* saylı akta əsasən 878,40 manat olmaqla, cəmi 1871,4 manat məbləğində borc hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Abşeron rayon İcra Hakimiyyəti Başçısının Hökməli qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 1834 nömrəli arayışdan görünür ki, Həsənzadə (Həsən zadə) Əfsanə Fərman qızının Abşeron rayonu, Hökməli qəsəbə yeni yaşayış massivində özünə məxsus fərdi evi vardır və həmin evdə 2015-ci ildən indiyə qədər yaşayış olmamışdır. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş abunə haqqında cədvəldən görünür ki, Abşeron rayonu, Hökməli kəndində yerləşən fərdi yaşayış evi üzrə xx.xx.2015-ci il tarixdən etibarən elektrik enerjisindən istifadəyə görə yaranmış sərfiyyat sıfıra bərabərdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddiası təmin edilməlidir. Belə ki, İddiaçı qayınanası X2 məxsus olmuş, daha sonra isə iddiaçının mülkiyyətinə keçmiş Abşeron rayonu, Hökməli kəndində yerləşən evdə abonent kodu **********25120 olan sayğac üzrə Cavabdeh tərəfindən “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında xx.xx.2018-ci il tarixli dəymiş ziyan hesabatı tərtib edilmiş, dəymiş ziyan hesabatına görə istehlakçının nominal qaz sərfi 1,5 m3, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 92 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 863,40 manat məbləğində; xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında xx.xx.2018-ci il tarixli dəymiş ziyan hesabatı tərtib edilmiş, dəymiş ziyan hesabatına görə istehlakçının nominal qaz sərfi 1,2 m3, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 129,60 manat məbləğində; xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında xx.xx.2018-ci il tarixli dəymiş ziyan hesabatı tərtib edilmiş, dəymiş ziyan hesabatına görə istehlakçının nominal qaz sərfi 1,5 m3, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 120 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 878,40 manat məbləğində cərimə hesablanmışdır. İş materiallarında olan 17 aprel 2025-ci il tarixli abonentin saldosundan göründüyü kimi X2 məxsus olmuş Abşeron rayonu, Hökməli kəndində yerləşən evə (abonent kodu: **********03130) 31 yanvar 2018-ci il tarixli, ******* saylı akta əsasən 863,40 manat, 28 fevral 2018ci il tarixli, ******* saylı akta əsasən 129,60 manat və 30 aprel 2018-ci il tarixli, ******* saylı akta əsasən 878,40 manat olmaqla, cəmi 1871,4 manat məbləğində borc hesablanmışdır. Cavabdeh şirkətin nümayəndəsi məhkəməyə ünvanladığı etiraz ərizəsində iddia tələbinin əsassız olduğunu sübut etməmiş və sayğacdan kənar qoşulma ilə bağlı aktlardan başqa hər hansı bir sübut məhkmə iclasında müəyyən edilməmişdir.Həmçinin iş materiallarına əlavə edilmiş aktlardan görünür ki, həmin aktlar bir tərəfli qaydada tərtib edilmiş,formal olaraq abonentin imzalamaqdan imtina etdiyi göstərlmişdir.Lakin, iş materiallarında olan Azərbaycan Respublikası Abşeron rayon İcra Hakimiyyəti Başçısının Hökməli qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 1834 nömrəli arayışdan və "xxxx" ASC tərəfindən verilmiş abunə haqqında cədvəldən görünür ki, İddiaçı Abşeron rayonu, Hökməli qəsəbə yeni yaşayış massivində yerləşən fərdi evində 2015-ci ildən etibarən yaşayış olmamışdır və elektrik enerjisindən istifadəyə görə yaranmış sərfiyyat sıfıra bərabərdir.Belə olan təqdirdə həmin aktların mötəbərliyi kifayət qədər şübhə döğurduğundan və həmin şübhələrin aradan qaldırılması ilə bağlı cavabbdeh təşkilat tərəfindən hər hansı bir sübut təqdim etmədiyindən,məhkəmə həmin aktlar əsasında müəyyən edilmiş hallara mənfi yanaşaraq iddianın təmin edilməsi nəticəsinə gəlmişdir. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə görə öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən, dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. İstehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqların müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Həmin Qanunun 26-cı maddəsinə görə, istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Qaz təchizatı hqqında” AR Qanunun 8-ci maddəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (döndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tanı ödənildikdən sonra, qaz. paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz. paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə görə istehlakçı kimi pozulmuş hüquqlarının bərpası barədə iddia tələbi üzrə İddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə əsasən 38,71 (otuz səkkiz manat, yetmiş bir qəpik) manat dövlət rüsumu Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə görə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********03130) xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli, ******* saylı və xx.xx.2018-ci il tarixli, ******* saylı aktlar əsasında hesablanmış 1871,4 manat məbləğində cərimə silinsin. Cavabdehndən 38,71 (otuz səkkiz manat, yetmiş bir qəpik) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar