Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-3234/2024 18.11.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Əliyev Elmir Habil oğlunun katibliyi, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «borcun silinməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı «borcun silinməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Saray qəsəbəsi, X5 küçəsi, ev 1 ünvanına **********000 saylı abonent kodu üzrə hesablanmış 1869,88 manat məbləğində pulun cavabdeh tərəfindən silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Saray qəsəbəsi, X5 küçəsi, ev 1 ünvanına hesablanmış 1869,88 manat məbləğində pulun silinməsi və olmayan sayğacın həmin ünvandan silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə İddiaçı 18 noyabr 2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmiş, məhkəmə işə iddiaçının iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. Cavabdeh nümayəndəsi X2 18 noyabr 2024-cü il tarixə, saat12:30 təyin edilmiş məhkəmə iclasında iştirak edərək izahatında göstərmişdir ki, İddiaçı tərəfindən cavabdeh düzgün seçilməmişdir, belə ki, iddiaçı iddia ərizəsində "xxxx" ASC-ni cavabdeh kimi göstərmişdir, lakin vaxtilə "xxxx" ASC-nin tabeliyində olan Abşeron rayon Su Kanalı İdarəsi hazırda Cavabdeh balansındadır. Bundan əlavə iddia ərizəsində qeyd olunmuş **********000 saylı abonent kodu İddiaçı anası Şahxanım Azadəliyevanın adına olmuş, daha sonra iddiaçının anası vəfat etmişdir. Qeyd edir ki, iddiaçının silinməsini tələb etdiyi borc məbləği əsaslı olaraq hesablanmış borcdur. İddiaçı anası Şahxanım Azadəliyevanın hüquqi varisi deyildir və anasını təmsil etməsi ilə bağlı onun vərəsəlik şəhadətnaməsi yoxdur, buna baxmayaraq iddiaçı anasının adından iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edir ki, Abşeron rayonu, Saray qəsəbəsi, X5 küçəsi, ev 1 ünvanında yerləşən ev də iddiaçının deyil, onun anası Şahxanım Azadəliyevanın adınadır. Qeyd edilənlərə əsasən o, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi, həmçinin hazırki mülki işin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirdi. Məhkəmədə məlum olmuşdur ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Saray qəsəbəsi, X5 küçəsi, ev 1 ünvanına hesablanmış 1869,88 manat məbləğində pulun silinməsi və olmayan sayğacın həmin ünvandan silinməsini xahiş etsə də iddia ərizəsinin məzmunundan və iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, iddia ərizəsində qeyd edilmiş **********000 saylı abonent kodu hazırda iddiaçının anası – 04 mart 2018-ci il tarixdə vəfat etmiş Azadəliyeva Şahxanım (Şaxanım) Əbdürəhman qızının adınadır. Məhkəmədə işin obyektiv və ədalətli araşdırılması üçün İddiaçı onun Azadəliyeva Şahxanım (Şaxanım) Əbdürəhman qızının hüquqi varisi kimi qəbul edilməsi ilə bağlı iddia tələbinin dəqiqləşdirməsi barədə ərizənin məhkəməyə təqdim etməsi tələb edilmiş, lakin iddiaçı iddia ərizəsinə sözügedən məsələ ilə bağlı dəqiqləşdirmə vermək əvəzinə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsində Abşeron rayonu, Saray qəsəbəsi, X5 küçəsi, ev 1 ünvanına hesablanmış 1869,88 manat məbləğində pulun silinməsi və olmayan sayğacın həmin ünvandan silinməsini xahiş etmişdir. Odur ki, məhkəmə hesab edir ki, hakim tərəfindən müəyyən edilmiş müddətdə nöqsanlar aradan qaldırılmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən mülki iş baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-in 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 259, 260, 263, 264, 266-269cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı «borcun silinməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılmamış saxlanılsın. Qərardad tərəfə rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-3234/2024
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-3234/2024
18.11.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver