Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-325/2021 01.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı SOCAR-ın İddiaçı Cavabdeh qarşı “neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 01 iyun 2021-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı SOCAR-ın İddiaçı Cavabdeh qarşı “neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, SOCAR-ın İddiaçı istismarında olan Böyükşor-Sumqayıt Dş-700 mmlik magistral neft kəmərinin 30,5-ci km-də, kəmərdən 5-10 metr aralı məsafədə, kəmərin mühafizə zonasında ünvan 1 ünvanında yaşayan Cavabdeh tərəfindən qanunsuz inşa edilmiş tikilinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması və həmin ünvanda tikinti-quraşdırma işlərinin aparılmasının cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, SOCAR-ın İddiaçı istismarında olan Böyükşor-Sumqayıt Dş-700 mm-lik magistral neft kəmərinin 30,5-ci km-də, kəmərdən 5- 10 metr aralı məsafədə, kəmərin mühafizə zonasında ünvan 1 ünvanında Cavabdeh tərəfindən tikinti aparılması faktı aşkar olunmuşdur. Bu səbəbdən də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmənin iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edib iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Telefon əlaqəsui zamanı məhkəmə prosesinə gəlmək istəmədiyini bildirdi.Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi təmin edilməlidir. Mülki işin materiallarından olan 22.06.2020-ci il tarixli aktdan və 22.06.2020-ci il tarixli xəbərdarlıq məktubundan müəyyən edilir ki, neft kəmərlərinin mühafizə zonasında qanunsuz tikinti işlərinin aparılmasına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222-2 maddəsi ilə cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə Cavabdeh müvafiq olaraq şifahi və yazılı şəkildə xəbərdar edilmişdir. Mülki işin materiallarında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 aprel 2021-ci il tarixli, 10/1376 №-li rəyindən müəyyən edilir ki, Cavabdeh faktiki istifadəsində olan 0.1226 ha torpaq sahəsinin daxilində yerləşən tikililər (yaşayış evi və köməkçi tikili) borunun marşurutu boyunca boru kəmərinin oxunun hər tərəfdən 50 metrlik məsafədə mühafizə zonası müəyyən edildiyindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı İstismarında olan Böyükşor- Sumqayıt Dş-700 mm-lik yeraltı magistral neft kəmərinin mühafizəsi zonasında yerləşir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. İşin materiallarında olan DƏKÜRX-nin 11 mart 2021-ci il tarixli mütəxəssis rəyinə əsasən müəyyən edilir ki, elektron kadastr baza məlumatına əsasən kameral şəraitdə iş araşdırılarkən məlum olmuşdur ki, Cavabdeh faktiki istifadəsində olan 0,1226 ha torpaq sahəsinin daxilində yerləşən tikililəri (yaşayış evi və köməkçi tikili) borunun marşurutu boyunca boru kəmərinin oxunun hər tərəfdən 50 metrlik məsafədə mühafizə zonası müəyyən edildiyindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı İstismarında olan Böyükşor-Sumqayıt Dş-700 mm-lik yeraltı magistral neft kəmərinin mühafizəsi zonasında yerləşir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.11-ci bəndinə görə Boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı tikinti və ya quraşdırma işlərin aparılması qadağandır. Həmin Qaydaların 7-ci bəndinə görə boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir: boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə “50 metr” keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirir. Həmin Məcəllənin 22.2-ci maddəsinə əsasən əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Həmin Məcəllənin 22.5-ci maddəsinə əsasən sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli mühafizə zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Prezidentinin 15.04.2002-ci il tarixli, 685 saylı Fərmanında, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.11.2004-cü il tarixli, 167 saylı Qərarında İxrac neft boru kəmərinin mühafizə zolağında hər hansı qurğunun yerləşdirilməsi və ya yikintisinin aparılmasının yolverilməzliyi göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. İşin məhkəmə tərəfindən araşdırılan hallarından və iş üzrə keçirilmiş ekspertiza rəyindən müəyyən edilir ki, SOCAR-ın İddiaçı istismarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı İstismarında olan Böyükşor-Sumqayıt Dş-700 mm-lik yeraltı magistral neft kəmərinin mühafizəsi zonasında ünvan 1 ünvanında cavabdeh tərəfindən qanunsuz tikililər (yaşayış evi və köməkçi tikililər) inşa edilmişdir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, SOCAR-ın İddiaçı istismarında olan Böyükşor-Sumqayıt Dş- 700 mm-lik magistral neft kəmərinin 30.5-ci km-də, kəmərdən 5-10 metr məsafədə, kəmərin mühafizə zonasında ünvan 1 ünvanında yaşayan Cavabdeh tərəfindən elə həmin ünvanda inşa edilmiş qanunsuz tikililər (yaşayış evi və köməkçi tikililər) mühafizə zonasına düşdüyündən, Cavabdeh hesabına sökülərək ərazidən çıxarılmalı və həmin ərazidə tikinti-quraşdırma işlərinin aparılması Cavabdeh qadağan edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Həmçinin, məhkəmə hesab edir ki, ekspertizanın keçirilməsi ilə bağlı aparılmış tədqiqatın dəyəri olan 50 manat məhkəmə ekspertizası xərci cavabdehdən alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin X2 AZ34 CTRE******************** saylı hesabına köçürülməlidir. Eləcə də, mütəxəsiss rəyinin alınması üçün 95 manat məhkəmə xərci cavabdehdən tutularaq Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. SOCAR-ın İddiaçı istismarında olan Böyükşor-Sumqayıt Dş-700 mm-lik magistral neft kəmərinin 30.5-ci km-də, kəmərdən 5-10 metr aralı məsafədə, kəmərin mühafizə zonasında ünvan 1 ünvanında yaşayan Cavabdeh tərəfindən inşa edilmiş qanunsuz tikililər (yaşayış evi və köməkçi tikililər) Cavabdeh hesabına sökülərək ərazidən çıxarılsın və həmin ərazidə tikinti-quraşdırma işlərinin aparılması Cavabdeh qadağan edilsin. Cavabdeh 50 manat məbləğində pul vəsaiti tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin X2 AZ34 CTRE******************** saylı hesabına və mütəxəsiss rəyinin alınması üçün 95 manat məbləğində pul Cavabdeh tutularaq Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şıkayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-325/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-325/2021
01.06.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver