Məhkəmə qərarları › İş №2(012)-3262/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3262/2023

05.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3262/2023 05.09.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi ƏMDX yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı «hüquqi əhəmiyyətli olan faktın müəyyən olunması» ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilə dair 15743 reyestr nömrəli qeydiyyat vəsiqəsinin və həmin mənzilə dair 10 aprel 2002-ci il tarixdə verilmiş texniki pasportun ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında izahatında bildirdi ki, o, maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi ƏMDX yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə adına olan ünvan 2 ünvanında yerləşən mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət etmişdir. Ona cavab olaraq bildirilmişdir ki, aparılan araşdırma zamanı təqdim edilmiş sənədlərdə hüquq sahibinin adına münasibətdə uyğunsuzluq olduğu aşkar edilmişdir. Bildirir ki, 15743 reyestr nömrəli qeydiyyat vəsiqəsində hüquq sahibinin adı “Ərizəçinin Tofiq qızı” göstərildiyi halda şəxsiyyət müəyyən edən sənədlərdə onun adı “Ərizəçi” kimi göstərilmişdir. Maraqlı şəxs olan orqan tərəfindən verilən bildirişdə qeyd edilmişdir ki, göstərilən sənədlərdə olan yanlışlığın düzəldilməsi orqanın səlahiyyətli xaricindədir. Göstərilən hallara görə o, ərizəçi olaraq ünvan 2 ünvanında olan mənzilə dair qeydiyyat vəsiqəsinin və texniki pasportun ona məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qeyd olunanlara əsasən o, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə maraqlı tərəfin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinə əsasən məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan AZE Seriyalı, ******** saylı, xxxxxxx FİN №-li şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi xx.xx.1983-cü ildə Bakı şəhərində anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 10 aprel 2002-ci il tarixli, 15743 №-li Qeydiyyat Vəsiqəsi və həmin mənzilə dair verilmiş texniki pasportdan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllə, Mehdi Hüseynzadə küçəsi, bina 3 ünvanında yerləşən 2 saylı mənzil Ərizəçinin Tofiq qızının adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi,xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin(həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Məhkəmə ərizəçinin izahatını və iş materiallarını araşdıraraq, hesab edir ki, Ərizəçi adı yaşayış evinin qeydiyyat vəqisəsi və texniki pasportunda səhv olaraq Ərizəçinin Tofiq qızı olaraq göstərilmiş, lakin ərizəçinin adı şəxsiyyət vəsiqəsində Ərizəçi olaraq qeyd edilmişdir. Bu uyğunsuzluq ərizəçiyə mülkiyyət hüququnun həyata keçirilməsinə maneçilik törətdiyindən məhkəmə hesab edir ki, Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllə, Mehdi Hüseynzadə küçəsi, bina 3 ünvanında yerləşən 2 saylı mənzil üzərində mülkiyyət hüququnu təsdiq edən Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 10 aprel 2002-ci il tarixli, 15743 №-li Qeydiyyat Vəsiqəsi və həmin mənzilə dair verilmiş texniki pasportun Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149-150, 216-220, 307,308, 311 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin edilsin. Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllə, Mehdi Hüseynzadə küçəsi, bina 3 ünvanında yerləşən 2 saylı mənzilə dair Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 10 aprel 2002-ci il tarixli, 15743 №-li Qeydiyyat Vəsiqəsinin və həmin mənzilə dair verilmiş texniki pasportun AZE Seriyalı, ******** saylı, xxxxxxx FİN №-li şəxsiyyət vəsiqəsində göstərilən Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar