Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3270/2022 10.08.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, Ərizəçilər Ərizəçi3, Ərizəçi1, Ərizəçi2 nümayəndəsi X1 iştirakı ilə, Ərizəçilər Ərizəçi3, Ərizəçi1, Ərizəçi2 maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı «hüquqi əhəmiyyətli olan faktların müəyyən olunması» ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçilər Ərizəçi3, Ərizəçi1, Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək, JN-857A saylı, kod 30800118 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin X2, X3, Ərizəçi2” na məxsus olması faktının müəyyən edilməsinə dair qatnamə qəbul edilməsini xahiş etmişlər. Ərizəçilər Ərizəçi3, Ərizəçi1, Ərizəçi2 məhkəməyə dəqiqləşdirmə ərizəsi ünvanlayaraq, KN-857A saylı, kod 30800118 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin X4, X3, X5” na məxsus olması faktının müəyyən edilməsinə dair qatnamə qəbul edilmısini xahiş etmişlər. Ərizəçilər Ərizəçi3, Ərizəçi1, Ərizəçi2 nümayəndəsi X6 məhkəməyə dəqiqləşdirmə ərizəsi ünvanlayaraq, JN-857A saylı, kod 30800118 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Ərizəçi3, Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktının müəyyən edilməsinə dair qatnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçilər Ərizəçi3, Ərizəçi1, Ərizəçi2 nümayəndəsi X6 məhkəmə iclasında izahatında bildirdi ki, ərizəçlər Ərizəçi3, Ərizəçi1, Ərizəçi2 onun övladlarıdır. ünvan 1i ünvanında yerləşən 0.12 ha torpaq sahəsi JN-857A saylı, kod 30800118 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən ərizəçilərin verilmişdir. Sözügedən torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün ƏMDK yanında DƏDRX-in 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət edilmişdir. Sözügedən qurumun xx.xx.2021-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, hüquq sahiblərinin ata adları ilə şəxsiyyəti təsdiq edən sənədlərdə göstərilən ata adları arasında fərq olduğu aşkar edilmişdir. Belə ki, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən hüquq sahibləri “X7, X8, Ərizəçi2 Ayaz oğlu” göstərildiyi halda şəxsiyyət vəsiqələrində “X2, X3, Ərizəçi2” kimi qeyd edildiyi aşkar edilmişdir. Bu səbəbdən də, JN-857A saylı, kod 30800118 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Ərizəçi3, Ərizəçi1, Ərizəçi2 məxsus olması faktının məhkəmə qaydası ilə müəyyən edilməsi zərurəti yaranmışdır. Qeyd olunanlara əsasən o, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı tərəfin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan AZE Seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi3 xx.xx.1989-cu ildə ünvan 1ində anadan olmuşdur. İş materiallarında olan AZE Seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi1 xx.xx.1991-ci ildə ünvan 1ində anadan olmuşdur. İş materiallarında olan AA******* №-li şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi2 xx.xx.1993-cü ildə anadan olmuşdur. İş materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair JN-857 A nömrəli, kod 30800118 olan şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu Aqrar İslahat Komissiyasının 30 avqust 1999-cu il tarixli, 28 nömrəli qərarı ilə verilmiş 0,12 hektar ölçüsü olan torpaq sahəsi X7, X9 və Ərizəçi2 Ayaz oğlunun mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi,xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin(həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Məhkəmə ərizəçilərin nümayəndəsinin izahatını və iş materiallarını araşdıraraq, hesab edir ki, Ərizəçi3, Ərizəçi1, Ərizəçi2 adı torpağın mülkiyyətə verilməsinə dair JN-857 A nömrəli, kod 30800118 olan şəhadətnamədə səhv olaraq X7, X9 və Ərizəçi2 Ayaz oğlu olaraq göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149-150, 216-220, 307,308, 311 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin edilsin. JN-857A saylı, kod 30800118 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Ərizəçi3, Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktının müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №2(012)-3270/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3270/2022
10.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver