Məhkəmə qərarları › İş №2(012)-3293/2020

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-3293/2020

13.08.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-3293/2020 13.08.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Cəmilə İbrahim qızı Səfiyeva İddiaçı Cavabdeh qarşı mülkiyyət sənədinin etibarsız hesab edilməsinə dair iddia ərizəsinə xx xxxxxx 2020-ci il tarixdə, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı Cavabdeh qarşı mülkiyyət sənədinin etibarsız hesab edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Abşeron rayonu Xırdalan şəhəri E.Sabitoğlu küçəsi 15 saylı fərdi yaşayış evinə dair DƏDRX tərəfindən verilmiş çıxarışın etibarsız hesab edilməsi haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edirəm ki, iddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı mərhum atası X1 tərəfindən hələ sağlığında dəyəri ödənilmədiyi halda mülkiyyətində olan Abşeron rayonu Xırdalan şəhəri E.Sabitoğlu küçəsi 15 saylı fərdi yaşayış evinin Əbdül adlı dostunun adına, sonradan isə onların tələbinə əsasən cavabdehin adına rəsmiləşdirildiyinə əsaslanaraq, mübahisəli evə dair cavabdehin adına verilmiş çıxarışın etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişdir. Qeyd edilənlərdən göründüyü kimi cavabdehin adına Abşeron rayonu Xırdalan şəhəri E.Sabitoğlu küçəsi 15 saylı fərdi yaşayış evinə dair DƏDRX tərəfindən verilmiş çıxarışın hüquqi əsası hansısa özgəninkiləşdirmə müqaviləsi, habelə cavabdehə qədər digər bir şəxslə də belə bir müqavilə mövcud olmuşdur. Həmin müqavilələrin etibarsızlığı məsələsi həll edilməyincə hazırkı iddia tələbinə məhkəmə qaydasında baxılması mümkün deyildir. MPM-nin 149.2.3 maddəsinə görə iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə qarşı yönəldikdə isə onların hər birinə qarşı olan tələblər göstərilməlidir. Həmin Məcəllənin 152.1.1 maddəsinə görə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən edilmiş formasına və məzmununa riayət edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər hakim tərəfindən geri qaytarılmalıdır. Ona görə də, məhkəmə hesab edir ki, hazırkı halda iddia ərizəsi geri qaytarılmalı, qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra, məhkəməyə müraciət etməsi ərizəçiyə izah olunmalıdır. Göstərilənlərə əsasən və MPM-nin 263,264 və 268-ci maddəsinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı Cavabdeh qarşı mülkiyyət sənədinin etibarsız hesab edilməsinə dair iddia ərizə ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qayatrılsın. Qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra, məhkəməyə müraciət etməsi ərizəçiyə izah olunsun. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: C.İ.Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar